
Regionda Rusiyanın vasitəçiliyi sıfırlanıb: İrəvan və Bakı prosesi ikitərəfli şəkildə aparır
04:47 19.08.2025
Cənubi Qafqaz
254
Ermənistan tərəfi Overçukla danışıqlarda manipulyasiya edib, yola salacaq
Rusiyanın baş nazirinin müavini Aleksey Overçuk yaxın günlərdə Ermənistana gedəcək. Bu barədə Overçuk özü bildirib. Baş nazirin müavininin sözlərinə görə, o, Ermənistanın Avrasiya İqtisadi İttifaqındakı (Aİİ) işini müzakirə edəcək: "Səfər əvvəlcədən planlaşdırılıb və Ermənistan Respublikasının normativ-hüquqi bazasında normativ-hüquqi aktın, Ermənistan hökumətinin qərarının meydana çıxması ilə bağlıdır ki, bu da fikrimizcə, Avrasiya İqtisadi İttifaqının hüquq normalarına ziddir". Overçukun İrəvandan sonra Bakıya gələcəyi və müzakirələr aparacağı deyilir. Qeyd edək ki, Ermənistan, Rusiya və Azərbaycan baş nazirlərinin müavinləri - Mher Qriqoryan, Aleksey Overçuk və Şahin Mustafayevin həmsədrliyi ilə regionda kommunikasiyaların açılması üzrə üçtərəfli işçi qrupunun sonuncu iclası 2 iyun 2023-cü il tarixində Rusiya paytaxtında baş tutub.
Politoloq Məhəmməd Əsədullazadə Sherg.az-a deyib ki, Overçukun səfəri zamanı nəqliyyat və kommunikasiya yollarının açılması müzakirə ediləcək. Ekspertin sözlərinə görə, Rusiya ABŞ-də imzalanmış üçtərəfli razılaşmadan sonra hərəkətə keçib: "Rusiya baş nazirinin müavini A.Overçuk 2020-ci ildə imzalanmış üçtərəfli Birgə Bəyannamənin qüvvədə olduğu, həmçinin Rusiya, Azərbaycan və Ermənistan Baş nazirlərinin müavini səviyyəsində Komissiyasının işinin davam etdiyi görüntüsünü yaradır:

"Rusiyanın iştirakı ilə üçtərəfli Birgə Bəyannamə qüvvədən düşüb. Eyni zamanda, üçtərəfli komissiya da işlək deyil. Çünki ABŞ-də imzalanan sənədlər Rusiya ilə üçtərəfli razılaşmaların üzərindən xətt çəkdi. Overçuk yenidən Rusiyanın vasitəçiliyini irəli sürməklə prosesi dayandırmaq və ABŞ-nin prosesdə iştirakının qarşısını almaq niyyəti güdür. Overçuk Azərbaycana gəlib nəyi müzakirə edəcək?! Azərbaycanla Ermənistan ikitərəfli şəkildə nəqliyyat və kommunikasiya əlaqələrinin açılmasını həyata keçirə bilər. Onsuz da tərəflər arasında ikitərəfli danışıqlar aparılır. Üçüncü ölkənin vasitəçiliyinə ehtiyac yoxdur. Ona görə də Rusiya Baş nazirinin müavinini Bakıda qəbul etməyə ehtiyac yoxdur. Ermənistan tərəfi də Overçukla danışıqlarda manipulyasiya edib, yola salacaq. Demək olar ki, regionda Rusiyanın vasitəçiliyi sıfırlanıb. İrəvan və Bakı prosesi ikitərəfli şəkildə aparır. O baxımdan ABŞ proseslerdə aktiv olmalı və Rusiyanın Zəngəzur dəhlizi ilə bağlı hərəkətliliyinin qarşısını almalıdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İlham Əliyev Hakan Fidanı qəbul etdi
15:50 15.10.2026
Gündəm
Fransa yenə də Ermənistanın arxasındadır - Politoloq
15:29 15.10.2026
Gündəm
"Novaya Qazeta" qəzetinin baş redaktorunun evində axtarış aparılır
14:39 15.10.2026
Dünya
Bakı-Vyentyan xəttində yeni gediş: Azərbaycan Asiyaya açılır
14:17 15.10.2026
Gündəm
Səidə Mirziyoyeva Bayraktarla görüşdü
14:01 15.10.2026
Dünya
Əhaliyə xəbərdarlıq: Bu gündən başlayır, 2 gün davam edəcək...
13:54 15.10.2026
Ekologiya
Paşinyan: Ermənistanın Rusiya ilə münasibətləri heç vaxt soyumayıb
13:29 15.10.2026
Dünya
Husilər Mədinəyə hücum etdilər
13:27 15.10.2026
Dünya
Tacikistan Prezidenti AQEM-də bir sıra təkliflərlə çıxış edib
13:26 15.10.2026
Gündəm
Paşinyanın sülh mükafatı kimi aldığı pul bank hesabına köçürüləcək
13:11 15.10.2026
Gündəm
Paşinyan Azərbaycanla sülhü 2031-ci ilə saxlayır
12:23 15.10.2026
Gündəm
Azərbaycanda “Rəqəmsal rabitə” informasiya sistemi yaradılır
12:20 15.10.2026
Gündəm
İlham Əliyev: Laosun AQEM-ə üzvlüyünü yüksək qiymətləndiririk
12:19 15.10.2026
Gündəm