
Rusiya Ermənistanda din-dövlət münasibətlərini gərginləşdirməyə çalışır -ŞƏRH
10:38 18.06.2025
Cənubi Qafqaz
249
Ermənistanda fərqli düşüncəli insanlara və dini inanclara qarşı təzyiqlərin artması ölkənin gələcəyini sual altına alır. Bu barədə Rusiya Dövlət Dumasının Vətəndaş cəmiyyətinin inkişafı, ictimai və dini birliklər məsələləri üzrə komitəsinin sədr müavini Oleq Leonov açıqlama verib. Onun sözlərinə görə, rəsmi Yerevanın bu cür siyasəti Ukraynanın keçdiyi yolu xatırladır və ciddi nəticələrə yol aça bilər. Parlament üzvü bildirib ki, Ermənistan hakimiyyətinin dini inanclara qarşı sərgilədiyi münasibət çox kədərlidir və bu cəmiyyətin birliyinə zərbə vurur.
Siyasi şərhçi Tural İrfan Sherg.az-a bildirib ki, Ermənistanda son zamanlar hakimiyyət və kilsə arasında qarşıdurma yaşanır:

“Kilsənin hökumətin işinə qarışması, siyasiləşməsi və dini liderin kilsə qaydalarını pozmasına qarşı Paşinyan rəhbərliyinin təzyiqləri artib. Hökumət kilsəni dövlətə tabe etmək və neytrallaşdırmaq istəyir. Rusiya və bəzi dairələr isə Paşinyan hökumətinə kilsənin əli ilə təsir etməyə cəhd edirlər. Hətta Azərbaycan ilə Ermənistan arasındakı sülh prosesinin təmin olunması kimi əhəmiyyətli regional məsələlərin həllinə də kilsə maneə yaradırdı. Həmçinin kilsə Ermənistan hakimiyyətinin müstəqil addım atmasına imkan vermir".
Ekspert əlavə edib ki, fərqli inanc və fərqli insanlar yoxdur, fərqli təxribatçılar var:
"Baş nazir və kilsə mənsubları eyni dindədirlər. Düşünmürəm ki, Paşinyan Avropadan fərqli inancdan olan, qeyri millətdən kimisə kilsəyə başçı təyin etmək istəsin. Bu cür açıqlamalar Ermənistanda din-dövlət münasibətlərini gərginləşdirməyə hesablanıb. Rusiya tərəfi kilsəni Ermənistana qarşı təsir aləti kimi istifadə etmək istəyir. Bu niyyət baş tutmadıqda isə belə mülahizələr yürüdülür. Düşünürəm ki, Ermənistan hakimiyyəti xalqın inancına yox, din adı ilə siyasətə müdaxilə edənlərlə, kilsəni siyasiləşdirənlərlə və Rusiya təsirində olan qüvvələrin din, inanc adı ilə proseslərə müdaxiləsinə qarşı mübarizə aparır. Təbii ki, onun artdığı addımlarda da yanlışlıqlar və hüquq pozuntuları olmamış deyil. Lakin bunun Rusiyanın narahatlığına səbəb olası ciddiyyətdə olması real görünmür”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ-la İsrailin hücumlarının əsl məqsədi aydınlaşır - Bəqai
00:04 29.03.2026
Region
ÜST: Livanda həlak olan səhiyyə işçilərinin sayı 50-ni keçib
23:42 28.03.2026
Dünya
İranın zərbəsi nəticəsində Amerika təyyarələri sıradan çıxıb
23:17 28.03.2026
Dünya
Göyərtəsində ABŞ dəniz piyadalarının olduğu gəmi Yaxın Şərqə çatıb
21:33 28.03.2026
Dünya
AFFA-nın daha yeddi liqasında oyunlar təxirə salındı
20:53 28.03.2026
Futbol
Bərzanin evi dron hücumuna məruz qalıb
20:39 28.03.2026
Dünya
Haaqada İrana dəstək aksiyasl keçirildi
20:12 28.03.2026
Dünya
Pezeşkian ABŞ-nin vədlərinə inanmır
19:20 28.03.2026
Gündəm
Mingəçevir su anbarında itkin düşən şəxslər tapıldı
18:53 28.03.2026
Hadisə
DİN: Vətəndaşlara yerində köməklik göstərilir
18:40 28.03.2026
Aktual
FHN su basmış ərazilərdən 84 nəfəri təxliyə edib
18:28 28.03.2026
Hadisə
Əgər nüvə silahı Zelenskinin əlinə keçərsə... - Zaxarova
17:37 28.03.2026
Dünya
Şimali Kiprin Baş naziri Azərbaycana səfər edəcək
17:21 28.03.2026
Siyasət
Azərbaycanda 1 əsrlik rekord qırıldı
17:14 28.03.2026
Ekologiya