
Rusiya uzun illərdir Apostol kilsəsindən kəşfiyyat qurumu kimi istifadə edir -ŞƏRH
10:00 18.08.2025
Cənubi Qafqaz
548
Hətta Moskva din xadimi cildində təxribatçılar da yetişdirib
Ermənistanda kilsə siyasiləşib və demək olar ki, ikinci paralel hakimiyyətə çevrilib
Son illərdə bəzi ölkələrdə, o cümlədən Ermənistanda müşahidə olunan hallar göstərir ki, din adı altında fəaliyyət göstərən qurumlar bəzən siyasi məqsədlər güdə bilər. Belə vəziyyət isə həm daxili sabitliyə zərbə vurur, həm də region ölkələri arasında münasibətlərin normallaşmasına mane olur. Ermənistan mediası məlumat yayıb ki, İrəvan məhkəməsi arxiyepiskopu Mikael Acapaxyanın həbsdən azad edilməsi ilə bağlı müdafiə tərəfinin iddiasını rədd edib. Məlumata görə Acapaxyan günahını etiraf etməyib və onun həbs müddəti 10 gün uzadılıb.
Qeyd edək ki, Acapaxyan iyun ayının sonunda hakimiyyətin devrilməsinə açıq çağırışlar etməkdə ittiham olunaraq həbs edilib.
Politoloq Tural İrfan mövzu ilə bağlı Sherg.az-a açıqlama verib:

"Rusiya keşişlər və kilsə vasitəsilə Ermənistanda hakimiyyəti dəyişmək istəyirdi ki, özünün əlaltısı olan şəxsləri hakimiyyətə gətirsin. Əgər elə olsaydı Azərbaycan və Ermənistan arasında sülh müqaviləsindən söhbət gedə bilməzdi. Rusiyanın maraqları və diktəsi ilə Ermənistan hərəkət edəcəkdi. Rusiya uzun illərdir Apostol kilsəsindən kəşfiyyat qurumu kimi istifadə edir. Hətta Moskva din xadimi cildində təxribatçılar da yetişdirib. Arxiyepiskop Acapaxyan isə millətlər və dövlətlərarası düşmənçilik toxumu səpir, kin və nifrət aşılayır. O, Ermənistan hakimiyyətini Türkiyə və Azərbaycana güzəştə getməkdə günahlandırır və zor gücünə çevrilişə səsləyirdi. Şübhəsiz ki, onun təxribatları baş tutsaydı nəinki Ermənistan, bütün bölgə terror altında qala bilərdi. Böyük ehtimalla o törətdiyi əməllərə görə mühakimə olunaraq cəzalanacaq".
Politoloq Ermənistanda kilsənin siyasiləşdiyini və demək olar ki, ikinci paralel hakimiyyətə çevrildiyini söyləyib:
"İrandakı kimi sanki ikili hakimiyyət hökm sürür. Əgər din pərdəsi altında gizlənib təxribatlar törədən erməni keşişləri məsuliyyətə cəlb edilməsə, bu Baş nazir Paşinyanın bölgə üçün nəzərdə tutulan sülh prosesinə töhfə verməsinə mənfi təsir göstərə bilər. Bunu dərk edən hakimiyyət kilsəni siyasətə qarışmaqdan məhrum etmək və keşişlərin hakimiyyətə problemlər yaratmasının qarşını almaqda israrlı görünür. Paşinyanın öhdəlikləri icra etməsinə mane olan kilsə mənsubları ya həbs ediləcək ya da başqa yollarla dəf ediləcəklər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İlham Əliyev Hakan Fidanı qəbul etdi
15:50 15.10.2026
Gündəm
Fransa yenə də Ermənistanın arxasındadır - Politoloq
15:29 15.10.2026
Gündəm
"Novaya Qazeta" qəzetinin baş redaktorunun evində axtarış aparılır
14:39 15.10.2026
Dünya
Bakı-Vyentyan xəttində yeni gediş: Azərbaycan Asiyaya açılır
14:17 15.10.2026
Gündəm
Səidə Mirziyoyeva Bayraktarla görüşdü
14:01 15.10.2026
Dünya
Əhaliyə xəbərdarlıq: Bu gündən başlayır, 2 gün davam edəcək...
13:54 15.10.2026
Ekologiya
Paşinyan: Ermənistanın Rusiya ilə münasibətləri heç vaxt soyumayıb
13:29 15.10.2026
Dünya
Husilər Mədinəyə hücum etdilər
13:27 15.10.2026
Dünya
Tacikistan Prezidenti AQEM-də bir sıra təkliflərlə çıxış edib
13:26 15.10.2026
Gündəm
Paşinyanın sülh mükafatı kimi aldığı pul bank hesabına köçürüləcək
13:11 15.10.2026
Gündəm
Paşinyan Azərbaycanla sülhü 2031-ci ilə saxlayır
12:23 15.10.2026
Gündəm
Azərbaycanda “Rəqəmsal rabitə” informasiya sistemi yaradılır
12:20 15.10.2026
Gündəm
İlham Əliyev: Laosun AQEM-ə üzvlüyünü yüksək qiymətləndiririk
12:19 15.10.2026
Gündəm