
Simonyan-Berse görüşü: İrəvan sülhü öz şərtləri ilə formalaşdırmaq istəyir
09:56 11.06.2025
Cənubi Qafqaz
220
Ermənistan parlamentinin sədri Alen Simonyan Avropa Şurasının baş katibi Alen Berse ilə görüş keçirib. Görüşdə əsas diqqət Ermənistan-Azərbaycan sülh sazişi, regional sabitlik və Ermənistandakı demokratik islahatlara yönəlib. Simonyan ölkəsində həyata keçirilən hüquqi və siyasi islahatlar barədə məlumat verib. O, bu islahatların Avropa dəyərlərinə uyğunlaşmaq məqsədi daşıdığını bildirib. Ermənistan rəhbərliyi Avropa strukturları ilə əməkdaşlığı gücləndirməyə çalışır. Bu da onların Avropaya inteqrasiyasını daha da sürətləndirmək niyyətindən irəli gəlir. Görüşdə sülh danışıqlarının əhəmiyyəti xüsusi vurğulanıb. Ermənistan tərəfi sülhün vacibliyini qeyd etsə də, bu məsələni daha çox öz maraqları kontekstində təqdim edir. Avropa Şurası regional sabitliyin təmin olunmasına dəstək verməyə hazır olduğunu bildirib. Lakin bu dəstək bəzən birtərəfli xarakter daşıyır. Xüsusilə Avropanın Ermənistan mövqeyinə daha yaxın durması balanssız yanaşma təsiri yaradır. Bu isə regionda real və ədalətli sülhün əldə olunmasını çətinləşdirə bilər. Sonda tərəflər dialoqun davam etdirilməsinin vacibliyini qeyd ediblər.
Politoloq Asif Nərimanlı Sherg.az-a açıqlamasında bildirib ki, Azərbaycan-Ermənistan sülh sazişi və regional sabitliyin müzakieə edilməsi, əslində Avropanın Cənubi Qafqazdakı siyasi planlarının tərkib hissəsidir:

"İstər iqtisadi, istər hərbi, istərsə də diplomatik baxımdan Azərbaycanın mövqeyi daha güclüdür. Azərbaycan regionda sülh və sabitliyin tərəfdarıdır, lakin bu sülh birtərəfli, ədalətsiz və Azərbaycanın maraqlarını nəzərə almadan formalaşdırıla bilməz. Avropa bu reallığı nə qədər tez qəbul etsə, regionda davamlı sülhün bərqərar olması bir o qədər mümkün olar.
Nəticə etibarilə, Ermənistan sülhü öz xeyrinə formalaşdırmaq istəsə də, bu prosesdə həlledici mövqeyə malik olan tərəf Azərbaycandır. Avropanın sülh təşəbbüslərinin uğurla nəticələnməsi üçün regionun yeni reallıqları ilə hesablaşmaq və Azərbaycanın legitim mövqeyini nəzərə almaq zəruridir."
Politoloq əlavə edib ki,Azərbaycan regionda əsas söz sahibi və lider dövlətdir:
"Avropa İttifaqı bu regionda öz maraqlarını təmin etmək, enerji təhlükəsizliyini möhkəmləndirmək və geosiyasi mövqeyini gücləndirmək məqsədilə fəallığını artırıb. Xüsusilə 44 günlük Vətən müharibəsindən sonra Avropanın bu istiqamətdəki təşəbbüsləri daha da güclənib. Regionun gələcəyinə dair formalaşan yeni geosiyasi reallıqlarda Avropa Ermənistanı özünə daha uyğun və yaxın tərəfdaş kimi görür. Son illərdə Ermənistanın Avropaya inteqrasiya səyləri açıq şəkildə görünməkdədir. İrəvan rəhbərliyi Avropa strukturları ilə sıx təmaslar qurur, müxtəlif platformalarda sülh gündəmini önə çəkərək, bu məsələdə Avropanın dəstəyini əldə etməyə çalışır. Ermənistanın məqsədi sülh sazişinin öz maraqlarına uyğun şəkildə formalaşmasıdır. Belə bir yanaşma, bir tərəfdən, sülh danışıqlarında balanssızlıq yaradır, digər tərəfdən isə regionun real güc nisbətini nəzərə almadan situasiyanı manipulyasiya etməyə yönəlmişdir.
Bu prosesin arxa planında bir neçə mühüm faktor dayanır. Ən başlıcası, Avropa daxilində Fransa kimi ölkələrin Ermənistanı açıq şəkildə dəstəkləməsi və erməni lobbisinin təsir imkanlarının yüksək olmasıdır. Xüsusən Fransa siyasi rəhbərliyinin mövqeyi regionda sülhün obyektiv və ədalətli formada təşkili üçün maneə törədir. Eyni zamanda, 44 günlük müharibədən sonra Avropanın Qarabağdakı separatçılığa dolayı və ya birbaşa şəkildə rəğbət göstərməsi bu siyasətin birtərəfli və qərəzli xarakter daşıdığını sübut edir.
Bununla yanaşı, qeyd edilməlidir ki, son dövrlərdə Avropanın Gürcüstandakı nüfuzu da zəifləyib. Bu, regionun bütövlükdə yeni bir geosiyasi mərhələyə qədəm qoyduğunu göstərir. Belə şəraitdə Avropanın Ermənistana yönəlməsi, onu əsas platforma olaraq seçməsi, həm də bu ölkə üzərindən regionda təsir imkanlarını genişləndirmək niyyətindən irəli gəlir. Ermənistan isə bu maraqlardan istifadə edərək, Avropa nümayəndələri ilə keçirdiyi görüşlərdə hər dəfə sülh məsələsini gündəmə gətirir və sazişi öz lehinə çevirmək üçün səylər göstərir."
Fidan Fərhad
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ChatGPT ilə xərçəngə qarşı peyvənd hazırladı
02:34 29.03.2026
Sağlamlıq
“Yeraltı” serialının Bozosu Bakıya gəlir
02:02 29.03.2026
Şou
ABŞ İrana qarşı əməliyyatda 11000-dən çox hədəfi vurub
01:36 29.03.2026
Dünya
ABŞ-la İsrailin hücumlarının əsl məqsədi aydınlaşır - Bəqai
00:04 29.03.2026
Region
ÜST: Livanda həlak olan səhiyyə işçilərinin sayı 50-ni keçib
23:42 28.03.2026
Dünya
İranın zərbəsi nəticəsində Amerika təyyarələri sıradan çıxıb
23:17 28.03.2026
Dünya
Göyərtəsində ABŞ dəniz piyadalarının olduğu gəmi Yaxın Şərqə çatıb
21:33 28.03.2026
Dünya
AFFA-nın daha yeddi liqasında oyunlar təxirə salındı
20:53 28.03.2026
Futbol
Bərzanin evi dron hücumuna məruz qalıb
20:39 28.03.2026
Dünya
Haaqada İrana dəstək aksiyasl keçirildi
20:12 28.03.2026
Dünya
Pezeşkian ABŞ-nin vədlərinə inanmır
19:20 28.03.2026
Gündəm
Mingəçevir su anbarında itkin düşən şəxslər tapıldı
18:53 28.03.2026
Hadisə
DİN: Vətəndaşlara yerində köməklik göstərilir
18:40 28.03.2026
Aktual
FHN su basmış ərazilərdən 84 nəfəri təxliyə edib
18:28 28.03.2026
Hadisə