
Simonyan haqlıdır: Köçəryan Rusiyanın həm Ermənistanda, həm də Qarabağda istifadə etdiyi alətdir
11:29 05.05.2025
Cənubi Qafqaz
335
Hesab edirəm ki, sabiq prezident Robert Köçəryan Ermənistanda Rusiya casusu statusuna malik şəxsdir.
Bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.
“Hesab edirəm ki, Robert Köçəryan Ermənistan Respublikasında Rusiya casusu statusuna malik şəxsdir. Köçəryan Rusiyanın maraqlarını güdən və yalnız bu istiqamətdə xidmət göstərən fiqurdur. Mən onun fəaliyyəti, yaydığı mətnlər və bəyanatlarını görürəm, bu, mənim siyasi qiymətimdir. Siz Rusiyanın bəyanatları ilə tam üst-üstə düşən bəyanat verəndə, fraksiyanızın üzvləri Rusiya tərəfinin fikirləri ilə üst-üstə düşən çıxışlar edəndə mən belə nəticələr çıxara bilərəm”, - parlamentin sədri qeyd edib.
Politoloq Natiq Miri Sherg.az-a bildirib ki, Simonyanın Rusiyanı və Köçəryanı ittiham edən açıqlaması Paşinyanı birbaşa hədəfə gətirməmək üçündür:

"Çünki Simonyan dövlət rəhbərliyində təmsil olunan siyasətçi kimi istənilən zaman özünün subyektiv fikirlərini bildirə bilər. Hər şeydən öncə patlamentin spikeri Milli Məclisin deputatıdır. Yəni xalq tərəfindən seçilmiş bir nümayəndədir. Bu fikirlərə gəldikdə isə Simonyan bunu açıq şəkildə ifadə edir. Bundan açıqlamaya görə Ermənistan-Rusiya münasibətlərinin gərginləşəcəyini demək mümkün deyil. Ümumiyyyətlə həm Rusiyaya ,həm də Ermənistana birbaşa aydındır ki, Köçəryan Rusiyanın hazırladığı casusdur. Hətta Köçəryan Rusiyanın həm Ermənistanda, həm də Qarabağda istifadə etdiyi alətdir. Kreml bu gün də o missiyanı davam etdirir. Keçmişdə Rusiya özü Sarksyanı hakimiyyətdən uzaqlaşdıraraq yerinə Köçəryanı gətirdi. Bununla da Ermənistan Rusiyanın nəzarəti altında oldu. Bu mənada Simonyanın dediklərində həqiqətdən kənar açıqlama yoxdu. Sözügedən klan vasitəsilə həm Qarabağ idarə olunub, həm də Ermənistan iqtisadi, hərbi və siyasi cəhətdən Rusiyanın nəzarətində olub".
Analitik əlavə edib ki, Ermənistanda həmçinin növbəti Parlament seçkiləri keçiriləcək və Köçəryan bu seçkilərə hazırlaşır:
"Parlament seçkiləri öncəsi Ermənistan ictimai rəyində də müxtəlif fikirlər mövcuddur. Ermənistanın heç vaxt müstəqil iradəyə sahib prezidentləri olmuyub. Bu dönəmdə Ermənistan sadəcə Rusiyanın əyaləti statusunda ola bilər. Köçəryan kimi prezidentlərin siyasi iradələri heç nəyi ifadə etmir".
Fidan Fərhad
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ailə dəyərləri milli məsələ səviyyəsinə çatıb - EKSPERT
18:39 15.05.2026
Cəmiyyət
WUF13 üçün onlayn qeydiyyat başa çatıb
18:32 15.05.2026
Aktual
WUF13 üçün onlayn qeydiyyat başa çatıb
18:30 15.05.2026
Cəmiyyət
Azərbaycan-Rusiya iqtisadi münasibətləri müzakirə olunub
18:18 15.05.2026
Gündəm
Merz Trampa zəng etdi: Hörmüz açılmalıdır!
18:00 15.05.2026
Dünya
Putin Pekinə məcbur qalıb getdi - POLİTOLOQ
17:44 15.05.2026
Dünya
Tramp: İranın göndərdiyi sənədin ilk cümləsini oxuyub, kənara atdım
17:29 15.05.2026
Dünya
Rusiya Ermənistandan son qərarı verməsini tələb etdi
17:05 15.05.2026
Gündəm
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
16:08 15.05.2026
Cəmiyyət
Rixard Raşi Xankəndidə quruculuq işləri ilə tanış olub
14:43 15.05.2026
Gündəm
Açıq Bankçılıq sahibkarlığın inkişafında yeni mərhələdir
14:41 15.05.2026
İqtisadiyyat
Türküstanda TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçirilir
14:41 15.05.2026
Gündəm