
Təmir adıyla təzyiq: “Rusiya qazı siyasi alətə çevirir”
10:50 24.07.2025
Cənubi Qafqaz
352
Rusiyadan Ermənistana təbii qazın nəqli müvəqqəti olaraq dayandırılıb.
Bu barədə “Qazprom Ermənistan”ın mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, təbii qazın nəqli 60 saat müddətinə, yerli vaxtla iyulun 24-ü saat 07:00-dan iyulun 26-sı saat 19:00-dək dayandırılacaq.
Qaz nəqlinin dayandırılmasına “Şimali Qafqaz - Zaqafqaziya” magistral qaz kəmərinin Gürcüstan ərazisindən keçən “Qazax-Sağuramo” hissəsində aparılan təmir işləri səbəb olub.
Şirkət vurğulayıb ki, istehlakçılar qaz təchizatında fasilə hiss etməyəcəklər. Tələbat daxili ehtiyatlar və İrandan əlavə tədarüklər hesabına təmin ediləcək.
ReAL Partiyasının sədri, iqtisadçı ekspert Natiq Cəfərli “Sherg.az”a söyləyib ki, bu texniki səbəbdən çox, siyasi səbəbə bənzəyir:

“Çünki bu cür addımlarla qonşu ölkələrə müxtəlif təsir mexanizmləri yaratmaq Rusiyanın həmişəki halıdır. Əgər bu texniki məsələdirsə, Ermənistan iqtisadiyyatına ciddi təsir göstərməyəcək. Çünki bütün ölkələrdə yeraltı qaz anbarları var və orada ehtiyyat üçün qaz saxlanılır. Bundan əlavə, Ermənistanın İrandan aldığı xətt var ki, oradan 20-25 faiz qaz ehtiyaclarını ala bilir. Azərbaycan məhsullarında guya zaman-zaman zərərli maddələrin tapılması da buna bənzər hadisədir”.
Kəmalə Vəliyeva
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İran Oman körfəzində tankeri vurdu
19:42 15.10.2026
Gündəm
İranlı general: Quru əməliyyatları ABŞ-yə baha başa gələcək
19:34 15.10.2026
Aktual
Yəməndə prezident sarayı raket hücumuna məruz qalıb
19:21 15.10.2026
Aktual
ÇL: Həftənin ən yaxşı futbolçusu bilinib
19:10 15.10.2026
Futbol
Erlinq Holand Lionel Messinin iki rekordunu qırdı
19:02 15.10.2026
Futbol
Litva və Ukrayna PUA komponentlərini birgə istehsal edəcək
18:54 15.10.2026
Aktual
Fyodor Şukin Dağıstanın rəhbəri seçildi
18:46 15.10.2026
Dünya
Tuskdan Zelenskiyə: Siz tək deyilsiniz!
18:20 15.10.2026
Dünya
Səidə Mirziyoyeva Ərdoğanla görüşdü
17:50 15.10.2026
Gündəm
Paşinyan sülh sazişini bilərəkdən uzadır - ŞƏRH
17:36 15.10.2026
Gündəm
Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
17:19 15.10.2026
Region
Kobaxidze Ermənistana səfər edib
17:13 15.10.2026
Gündəm
Onlar Mətbuat Şurasından gedir
17:07 15.10.2026
Media
Azərbaycan-Türkiyə qardaşlığını heç kim poza bilməz - TƏHLİL
16:42 15.10.2026
Gündəm