Üç türk liderin razılaşması diqqət çəkdi: Hədəf Zəngəzurdan daha böyükdür
08:50 26.08.2025
Cənubi Qafqaz
422
Azərbaycan, Türkmənistan və Özbəkistan ticari-iqtisadi sahədə üçtərəfli əməkdaşlığı dərinləşdirməyi qarşılarına məqsəd qoyublar. Üç ölkənin liderləri Türkmənbaşıda keçirilən görüşdə bu barədə razılığa gəliblər.
Teleqraf xəbər verir ki, bu barədə “Respublika Meydanı” Teleqram kanalı (Ermənistan) yazıb.
Kanal bildirib ki, tərəflər üç ölkənin tranzit potensialından istifadə edərək, Çindən Yaxın Şərq və Avropaya uzanan dəhlizin yaradılması barədə razılaşıblar:
Mənbə qeyd edib ki, 2024-cü ildə Türkmənistanla Azərbaycan arasında ticarət dövriyyəsi 400 milyon dollara çatıb, Azərbaycan Mərkəzi Asiya və Türkiyə arasında – türk dünyasını birləşdirən dəhlizə çevrilir:
“Azərbaycan öz logistik imkanlarını genişləndirmək, qaz kəmərləri, yollar, hava limanları tikmək, Bakı limanının tranzit imkanlarını genişləndirmək üçün onilliklər ərzində milyardlarla dollar sərmayə qoyub. Azərbaycan Çin və türkdilli Mərkəzi Asiya üçün Orta dəhlizi “Tramp marşrutu” və ya faktiki olaraq Zəngəzur dəhlizi ilə birləşdirən, həm siyasi, həm də iqtisadi fayda əldə edən tranzit dəhlizinə çevrilmək yolundadır”.
Məqalə müəlliflərinin sözlərinə görə, Azərbaycan Türkiyə və bütün türk cümhuriyyətləri üçün Böyük Turanı birləşdirən körpüdür:
“Beləliklə, Cənubi Qafqazda logistik dəhlizlər uğrunda rəqabət qızışır: Azərbaycan enerji resurslarını Qərbə ixrac etməklə lider ölkə mövqeyini qorumaq istəyir, Ermənistan da özünü gücləndirməlidir”.
Xatırladaq ki, 22 avqust 2025-ci il tarixində Türkmənistanın Türkmənbaşı şəhərində Türkmənistan Xalq Məsləhəti Şurasının sədri Qurbanqulu Berdiməhəmmədov, Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev arasında görüş keçirilib. Sonda üçtərəfli görüşün yekunu üzrə liderlərin 12 bənddən ibarət birgə bəyannaməsi qəbul olunub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakı-Vyentyan xəttində yeni gediş: Azərbaycan Asiyaya açılır
14:17 15.10.2026
Gündəm
Səidə Mirziyoyeva Bayraktarla görüşdü
14:01 15.10.2026
Dünya
Əhaliyə xəbərdarlıq: Bu gündən başlayır, 2 gün davam edəcək...
13:54 15.10.2026
Ekologiya
Paşinyan: Ermənistanın Rusiya ilə münasibətləri heç vaxt soyumayıb
13:29 15.10.2026
Dünya
Husilər Mədinəyə hücum etdilər
13:27 15.10.2026
Dünya
Tacikistan Prezidenti AQEM-də bir sıra təkliflərlə çıxış edib
13:26 15.10.2026
Gündəm
Paşinyanın sülh mükafatı kimi aldığı pul bank hesabına köçürüləcək
13:11 15.10.2026
Gündəm
Paşinyan Azərbaycanla sülhü 2031-ci ilə saxlayır
12:23 15.10.2026
Gündəm
Azərbaycanda “Rəqəmsal rabitə” informasiya sistemi yaradılır
12:20 15.10.2026
Gündəm
İlham Əliyev: Laosun AQEM-ə üzvlüyünü yüksək qiymətləndiririk
12:19 15.10.2026
Gündəm
İshaq Dar Bakıda olan Hakan Fidana zəng etdi
11:38 15.10.2026
Dünya
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir
11:35 15.10.2026
Gündəm