
Ümidlər ölməyib: Hələlik Aİ Gürcüstanı tamamilə itirmək istəməz
Yusif Nəzərli
15:01 19.07.2025
Cənubi Qafqaz
395
“Rusiyayönümlü hakimiyyətlərin, əslində, tək sığınacaq yerinin Rusiya olduğunu nəzərə alsaq, Aİ bu hakimiyyətlə ən azı dialoq pəncərəsini açıq saxlayar ki, onu qismən də olsa nəzarətdə saxlasın”
İyulun 15-də Avropa İttifaqının (Aİ) Xarici İşlər Nazirlər Şurası Gürcüstanla bağlı vizasız gediş-gəliş məsələsini müzakirə edib. Aİ Xarici İşlər Nazirləri Şurası hər hansı bir qərar qəbul edə bilməyib. Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Xarici İşlər Nazirləri Şurasının toplantısından sonra bildirib ki, nazirlər Gürcüstanla bağlı vizasız rejimin, assosiasiya haqqında sazişin dayandırılması və sanksiyalar daxil olmaqla müxtəlif variantları müzakirə ediblər. Ali nümayəndə qeyd edib ki, “Gürcü Arzusu”nun demokratiyaya hücumları daha da şiddətlənir və Gürcüstanın demokratiyadan uzaqlaşmasının nəticələri olacaq. Aİ Gürcüstan hakimiyyətinə verilən tövsiyələrin yerinə yetirilməsi üçün cari il avqustun 31-dək vaxt verib.
Politoloq Azər Qasımov Sherg.az-a deyib ki, Gürcüstan hakimiyyətinin tutduğu siyasi xətt bəllidir. Ekspert qeyd edib ki, vaxtilə qərbpərəst Saakaşvili təcrübəsindən sonra gürcü xalqının böyük əksəriyyəti onu dəstəkləmədi:

"2008-ci ilin hadisələri isə Rusiyanın ekspansionizm siyasətinin ilk addımları idi. Qərb Gürcüstanın arxasında durmadı. Gürcüstan torpaq itirdi. Bu hadisələrin mahiyyəti ondan ibarət oldu ki, Gürcüstanda xalqın böyük hissəsi öz demokratik hüquqlarından vaz keçmək bahasına yeni hakimiyyətə dəstək verdi. İndi bu durumda Aİ və Qərbin Gürcüstan hakimiyyətindən hansısa demokratiya istəməsi absurddur. Gürcüstan demokratiyanın onlara gətirdiyini gördü. Amma məsələ ondadır ki, gürcü xalqının əhəmiyyətli hissəsinin yenə də demokratik dəyərlərdən vaz keçməməsi də hələ bu ümidlərin ölmədiyini göstərir. Əslində, hesab edirəm ki, indiki hakimiyyətə dəstək verən xalq da demokratiya tərəfdarıdır, amma onlar gördüklərindən qorxublar".
Analitik vurğulayıb ki, Rusiyanın adamı hesab edilən İvanişvilinin dəstəklədiyi "Gürcü Arzusu" Partiyasının funksionerlərinə dəstək verirlər:
"Aİ və Qərbin tələbləri qarşısında Gürcüstan hakimiyyətinin geri çəkilməsi mümkün deyil. Qərbin də hələlik hakimiyyətə təsir rıçaqları zəifdir. Amma yox deyildir. Bu, Gürcüstan hakimiyyətinin nümayəndələrinə sanksiyaların tətbiq edilməsindən tutmuş bütün münasibətləri minimuma sala bilər, hətta dondura bilər. Lakin buna gedəcəyinə ehtimal vermirəm, çünki hələlik Aİ Gürcüstanı tamamilə itirmək istəməz. Bu baxımdan da hadisələri gərginlik hesab olunacaq duruma gətirməz.
Rusiyayönümlü hakimiyyətlərin, əslində, tək sığınacaq yerinin Rusiya olduğunu nəzərə alsaq, Aİ bu hakimiyyətlə ən azı dialoq pəncərəsini açıq saxlayar ki, onu qismən də olsa nəzarətdə saxlasın. Daha da küncə sıxışdırıb, Rusiyanın ağuşuna atmasın".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İranlı general: Quru əməliyyatları ABŞ-yə baha başa gələcək
19:34 15.10.2026
Aktual
Yəməndə prezident sarayı raket hücumuna məruz qalıb
19:21 15.10.2026
Aktual
ÇL: Həftənin ən yaxşı futbolçusu bilinib
19:10 15.10.2026
Futbol
Erlinq Holand Lionel Messinin iki rekordunu qırdı
19:02 15.10.2026
Futbol
Litva və Ukrayna PUA komponentlərini birgə istehsal edəcək
18:54 15.10.2026
Aktual
Fyodor Şukin Dağıstanın rəhbəri seçildi
18:46 15.10.2026
Dünya
Tuskdan Zelenskiyə: Siz tək deyilsiniz!
18:20 15.10.2026
Dünya
Səidə Mirziyoyeva Ərdoğanla görüşdü
17:50 15.10.2026
Gündəm
Paşinyan sülh sazişini bilərəkdən uzadır - ŞƏRH
17:36 15.10.2026
Gündəm
Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
17:19 15.10.2026
Region
Kobaxidze Ermənistana səfər edib
17:13 15.10.2026
Gündəm
Onlar Mətbuat Şurasından gedir
17:07 15.10.2026
Media
Azərbaycan-Türkiyə qardaşlığını heç kim poza bilməz - TƏHLİL
16:42 15.10.2026
Gündəm
DTX tərəfindən saxlanılan Saleh Səmədova hökm oxunub
16:17 15.10.2026
Hadisə