
“Bu xəmir hələ çox su aparacaq”: Tramp savaşın bitməsinə sadəcə ümid bəsləyir
12:04 21.04.2025
Dünya
764
Son dövrlər Rusiya-Ukrayna müharibəsi ilə bağlı beynəlxalq aləmdə səsləndirilən bəyanatlar yenidən diqqət mərkəzinə gəlib.
Xüsusilə Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trampın son açıqlaması maraq doğurur.
O, bildirib ki, bu həftə Rusiya və Ukraynanın razılığa gələcəyinə ümid edirəm.
Əlavə məlumat verilməyib.
AĞ Partiya sözçüsü, siyasi şərhçi Cavanşir Abbaslı “Sherg.az”a söyləyib ki, Tramp son üç ayda tez-tez bu tipli açıqlamalar verib:

“O, ikinci dəfə hakimiyyətə gəlişindən sonra müharibəni tezliklə bitirəcəyi vədini də vermişdi, amma görünən odur ki, müharibə hələ bir müddət davam edəcək. Digər tərəfdənTrampın bu açıqlaması ilə eyni saatlara təsadüf edən bir vaxtda Ukrayna cəbhəsindəki 30 saatlıq “Pasxa atəşkəsi”nin müddəti başa çatdı və tərəflər yenidən döyüş meydanına qayıtdılar. Savaş daha da güclənib. Görünən odur ki, Ağ Ev sahibi də artıq təkbaşına bu müharibəni sonlandıra bilməyəcəyini anlamaqdadır. Sadəcə müharibə başlayanda əsas söz sahibi olan ölkəsinin hələ də bu funksiyanı daşıdığını göstərməyə çalışır. Amma artıq "qatar çoxdan gedib". Amerikanın bu məsələdə imicinə də ciddi zərbə dəydi. Hamı gördü ki, Amerika olmadan da Zelenski başqa Avropa güclərinə arxalanaraq müharibəni bir müddət də apara bilər”.
Ekspert qeyd edib ki, Tramp savaşın bitməsinə sadəcə ümid bəsləyir:
“Unutmayaq ki, atəşkəs sözlərdə deyil, diplomatik masada əldə olunur. Bunun isə hələ də rüşeymləri belə görünmür. Belə açıqlamaların hələ çox şahidi olacağıq. Söz yığınından başqa bir şey deyil. Ukrayna cəbhəsi uzunmüddətli savaşa sürüklənib. Bu müharibə hətta Trampın indi başlanan ikinci dönəm üçün hakimiyyətinin sonlarına qədər də davam edə bilər. Kremlin bu savaşdan qalib çıxarsa, nə qədər şirniKəcəyini bilməyənlər yoxdur. Onun üçün də bütün cəhdlər Rusiyanın zəiflədilməsi yönündə olacaq ki, burada əsas qurbanlıq kimi də Ukrayna seçilib. Ukraynalılar isə asan udulacaq balıq olmadıqlarını son üç ildə göstərdilər. Amerika istəsə belə digər Avropa gücləri atəşkəsi istəməyəcək. Qoca Tramp da onları qarşısına alası deyil ki. Onun üçün əsas olan biznesdir. Biznes ortaqları isə, Avropanın əsas ölkələrinin rəhbərləridir. Bir sözlə bütün müharibələrdə belə ümidverici açıqlamalar olur. İndiki halda ümidlənməyə dəyməz. “Bu xəmir hələ çox su aparacaq”.
Qalereya
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya
“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi
19:51 08.11.2026
Futbol
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
19:35 08.11.2026
Dünya