
Analitik: “Fələstin dövləti yaradılmadan Yaxın Şərqdə sabitlik mümkün deyil”
12:34 14.07.2025
Dünya
484
Nə qədər ki, Netanyahu hakimiyyətdədir Yaxın Şərqdə vaxt sülh olmayacaq
“İsrailin əsas məqsədi Qəzza sakinlərinin bölgədən çıxarılması və Qəzzanin İsrailə birləşdirilməsindən ibarətdir. Növbəti mərhələdə isə İsrail genişləmə planına uyğun olaraq fəaliyyətini davam etdirməyə çalışacaq. Ona görə də nə qədər ki, Fələstin dövləti yaradılmayıb, İsrail-HƏMAS, İsrail-Fələstin qarşıdurması sona çata və ümumilikdə Yaxın Şərqdə heç bir halda sabitlik təmin edilə bilməz”.
Bu fikirləri Sherg.az-a açıqlamasında siyasi ekspert Əli Zülfüqaroğlu deyib.
Ə.Zülfüqaroğlu bildirib ki, HƏMAS bu vəziyyəti çox yaxşı anlayır:

“Ona görə də onların atəşkəslə bağlı şərtləri daha çox uzaq perspektivə hesablanıb. HƏMAS hesab edir ki, əgər atəşkəs razılaşması əldə olunarsa, Qəzzanın idarəçiliyində mütləq şəkildə buranın sakinləri təmsil olunmalıdır. Hətta bu idarəçilik Mahmud Abbasın rəhbərlik etdiyi Fələstin Administrasiyasına verilsə belə, əsas şərt odur ki, orada qəzzalılar təmsil olunsun. İsrail isə bu yanaşmanı qəti şəkildə qəbul etmir. İsrailin mövqeyinə görə, HƏMAS silahı yerə qoymalı və bütün girovları azad etməlidir. Belə bir halda isə tərəflər arasında razılaşma mümkün deyil. Ümumiyyətlə, beynəlxalq ictimaiyyətin mövqeyi ondan ibarətdir ki, Fələstin dövləti mütləq yaradılmalıdır. ABŞ prezidenti Donald Trampın məqsədi də İbrahim Sazişi çərçivəsində bu prosesi irəli aparmaq, İsrailin daha çox torpaq əldə etməsi fonunda Fələstin dövlətinin yaradılmasına və eyni zamanda Qəzzada atəşkəsin əldə olunmasına nail olmaqdır.
Əgər bu baş versə, Tramp bunu ABŞ ictimai rəyinə böyük uğur kimi təqdim edə və özü ilə bağlı müsbət imic formalaşdıra bilərdi. Netanyahunun məqsədi isə Trampa təzyiq göstərmək və ABŞ-ni öz planlarına alət etməkdir. Lakin proseslər göstərdi ki, vəziyyət göründüyündən daha mürəkkəb xarakter alıb. Netanyahunun İsrail daxilində mövqeyi getdikcə zəifləyir. Xüsusilə də Qəzza ilə bağlı qeyri-adekvat siyasətin aparılması İsrail daxilində də ona qarşı ictimai rəyin mənfi istiqamətdə dəyişməsinə səbəb olub. Bundan əlavə, Netanyahu korrupsiyada ittiham olunur. O, İrana qarşı hücum edərək, qələbə görüntüsü yaratmaqla bu təzyiqlərdən yaxa qurtarmağa çalışırdı. Amma bu taktika da gözlənilən effekti vermədi. Nəticədə isə belə görünür ki, Netanyahunun və onun əslində teokratik rejim olan koalisiyasının siyasi taleyinin müəyyən olunması üçün İsrailə daimi düşmən və təhdid ocaqları lazımdır. Əksər hallarda İsrail özü bu cür vəziyyətlər yaradır və idarə edir. Beləliklə, nə qədər ki, Netanyahu hakimiyyətdədir və sionist düşüncə İsrailin xarici siyasətində əsas xətti təşkil edir, İsrailin nə HƏMAS, nə də Fələstinlə münasibətlərində problemlər aradan qalxmayacaq və ümumilikdə Yaxın Şərqdə heç vaxt sülh olmayacaq”.
Qalereya
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət
“Qalatasaray” Rafael Leaonun zədələndiyini açıqlayıb
14:11 08.11.2026
Futbol
Zaxarova: Makronun gizlənmək üçün bunkerə ehtiyacı var
13:56 08.11.2026
Dünya
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi - FOTO
13:45 08.11.2026
Gündəm
Rusiya XİN: İran MDB-yə qoşula bilər
13:33 08.11.2026
Region
Mansur Yavaş Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi
13:10 08.11.2026
Siyasət
Özgür Özəl Azərbaycanı təbrik etdi
13:05 08.11.2026
Siyasət
Xankəndidə Zəfər Muzeyi olacaq
12:28 08.11.2026
Rəsmi
Sabah şimşək çaxacaq, leysan yağacaq - PROQNOZ
12:24 08.11.2026
Ekologiya
İlham Əliyev: Döyüş meydanında düşmənin belini qırdıq
12:14 08.11.2026
Rəsmi
Hikmət Mirzəyev şəhid övladları ilə görüşdü
11:58 08.11.2026
Hərbi
Kasım-Jomart Tokayev Prezident İlham Əliyevi təbrik edib
11:30 08.11.2026
Rəsmi