125 il yaşadığını iddia edən insan sirrini açıb
Yusif Nəzərli
04:55 12.04.2025
Dünya
479
Bu ilin aprelində ad gününü qeyd edən uzunömürlü özünü yaxşı hiss etməyə kömək edən xüsusi pəhrizdən danışıb.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, Marselino Abad Tolentino dünyanın ən yaşlı insanı ola bilər. Belə ki, perulu uzunömürlü 1900-cü ilin aprelində anadan olduğunu iddia edir. O, hazırda Uanuko şəhərindəki qocalar evindədir. Ətrafdakılar onu tərcümədə “müdriklik” mənasını verən “masiko” çağırırlar.
Bir çox işdə çalışan, valideynlərini erkən itirən, böyük tarixi hadisələrin şahidi olan bu şəxs daim fiziki fəaliyyətlə məşğul olduğunu qeyd edib. Təmiz havada çox gəzib, təbiəti öyrənib, kifayət qədər bitki mənşəli qida qəbul edib. Əslində Marselino hesab edir ki, onun uzunömürlü olması məhz qidalanma ilə bağlıdır.
O izah edib ki, meyvə və tərəvəz onun gündəlik qida rasionunun bir hissəsi olub. Lakin gününü onsuz təsəvvür edə bilməyəcəyi bir məhsul var – bu, avokadodur. Qocalar evində aşpaz olan Dolores Perez, Marselinonun hər gün səhər yeməyinə avokado ilə başladığını söyləyib.
O həm də öz ölkəsində yetişdirilənlərlə qidalanmağa üstünlük verib. Bununla belə, kişinin menyusuna çox vaxt quzu əti də daxil olub: o, əmindir ki, bu ət xüsusilə faydalıdır.
Abad Tolentino sona qədər şəxsi fermasında yaşayıb, yalnız özünə qulluq etmək qabiliyyətini itirəndən sonra qocalar evinə köçüb. Bu barədə “Mirror” yazır.
Perulu uzunömürlülüyün əsas meyarları kimi düzgün qidalanma, fiziki aktivlik və müsbət əhvali-ruhiyyəni göstərib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya
“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi
19:51 08.11.2026
Futbol