ABŞ-ın başqa planı var
Yusif Nəzərli
01:30 15.02.2022
Siyasət
897
Məqsəd Rusiya ilə Türkiyəni üz-üzə qoymaqdır
"Türkiyənin işlək və manevrli bir siyasi institutu var. Onlar Rusiya ilə münasibətləri və işbirliyini elə qurmalıdır ki, bu risklərdən sığortalansın"
“Genişmiqyaslı hücum olacağını düşünmürəm”. Axar.az xəbər verir ki, bunu ABŞ ordusunun Avropadakı keçmiş komandanı, general-leytenant Ben Hoces Ukrayna böhranı ilə bağlı açıqlamasında deyib. “Ukrayna böhranında ABŞ Türkiyə ilə əməkdaşlıq etməlidir. Regionun açarı Türkiyədir. Qara dəniz, körfəzlər üzərindəki gücü, bölgədəki hər kəslə əlaqəsi ilə Türkiyənin çox faydalı olduğunu düşünürəm", - deyə general bildirib. ABŞ-ın Türkiyəni Ukrayna-Rusiya məsələsində aktiv oyunçuya çevirmək istəyi nəyə hesablanıb?
Keçmiş ABŞ komandanının çıxışını “Şərq”ə dəyərləndirən politoloq Tofiq Abbasovun sözlərinə görə, ABŞ-ın istəyi Türkiyə və Rusiyanı üz-üzə qoymaqdır.
Amerikanı dərindən düşündürən, qayğılandıran Rusiya ilə Türkiyə arasında işbirliyinin güclənməsidir. Çünki Avrasiya məkanında ikisi də qüdrət sahibidir. Eləcə də ərazi imkanlarına, özlərinin manevrliliyinə görə onlar həqiqətən də Qərb dünyasını lərzəyə gətiriblər.
ABŞ həm rəsmi, həm də qeyri-rəsmi anti-Rusiya koalisiyası formalaşdırır. Qayəsi mütləq şəkildə müharibənin baş verməsidir. Onun da acısını yaşayan Rusiya və ya Amerika olmayacaq. Ukrayna xalqı olacaq. Ancaq Vladimir Zelenski nə baş verdiyini artıq anlayır. Buna görə də, Baydenlə telefon danışığında da bildirdi ki, vəziyyət sizin dediyiniz qədər kritik deyil. Biz prosesləri çözmək imkanlarına malikik və çox güman ki, bu məsələni müharibəsiz həll edəcəyik.
Qərbin istəyi bütün ölkələri bir-biri ilə üz-üzə qoymaqdır. İstəyirlər ki, müharibələr təşkil edib, özləri də kənardan baxaraq siyasi dividendlər götürsünlər.
Rusiya ABŞ üçün hədəfdir. Ona görə də, Ukraynanın NATO-ya qəbul olunmasını dəstəkləyir. İndi bu proseslər ətrafında da sirkulyasiyalar gedir. Amerikanın və Qərb dünyasının Şərqə doğru yürüşünə start verilib. Keçmiş sosialist ölkələri hamısı Şimali Atlantika Müqaviləsi Təşkilatının tərkibindədir. İndi də növbədə post-sovet məkanındakı ölkələrdir. Plan Rusiya ilə qarşıdurmada üstünlüyü ələ almaq və yavaş-yavaş Çinin sərhədlərinə yaxınlaşmaqdır.
Ancaq Türkiyə gərək başqalarının oyununun qurbanına çevrilməsin. Türkiyənin işlək və manevrli bir siyasi institutu var. Onlar Rusiya ilə münasibətləri və işbirliyini elə qurmalıdır ki, bu risklərdən sığortalansın. Çünki bu plan Türkiyə və Rusiyaya heç bir müsbət dəyişiklik vəd etmir.
Sənan İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Serbiya parlamentində ikinci gündür yeni sədr seçilə bilmir
23:32 18.11.2026
Dünya
İsrail Qəzzanın mərkəzində əməliyyata başladı
22:54 18.11.2026
Gündəm
Putinlə Trampın görüşü qısa olacaq - Kreml
22:18 18.11.2026
Dünya
Bərdədə piyadanı avtomobil vuraraq öldürüb
21:16 18.11.2026
Hadisə
Ölsəniz belə, sülh olacaq - Ararat Mirzoyan
21:04 18.11.2026
Cənubi Qafqaz
Milli Məclisin sədri Türkmənistana işgüzar səfərə gedib
20:52 18.11.2026
Siyasət
Paşinyanın ən çətin sınağı başlayır - Elçin Alıoğlu
20:31 18.11.2026
Gündəm
Putinlə Tramp arasında APEC sammitində danışıq baş tutmayıb
20:10 18.11.2026
Siyasət
ÜST-dən SOS - 6 addım 1,6 milyon insanın həyatını xilas edə bilər
19:58 18.11.2026
Aktual
Xosep Qvardiola Səudiyyə Ərəbistanında işləməkdən imtina edib
19:50 18.11.2026
Futbol
Lemmidən çağırış: Yenidən AB üzvü olmalıyıq!
19:42 18.11.2026
Dünya
ABŞ Qeşm adasında SEPAH-ın raket buraxılış məntəqəsini vurdu
19:28 18.11.2026
Gündəm
Əkrəm İmamoğluna iki il həbs cəzası verildi
19:12 18.11.2026
Aktual
KİV: Putin Çinə nüvə çantası ilə gedib
18:24 18.11.2026
Dünya