
Turla gəzinti, yoxsa stress... – Jurnalist gileyləndi, deputat çıxış yolu göstərdi
Yusif Nəzərli
14:01 01.06.2022
İqtisadiyyat
733
Ramina Eyvazqızı:“ Tur aparanın pulunu evə qayıdanda vermək lazımdır!”
Vahid Əhmədov:“ Elə şirkətlər olur ki, kifayət qədər vəsait götürürlər, amma xidmətləri elə də yüksək səviyyədə olmur. Belə şirkətlər mövcuddur. Ona görə də seçmək lazımdır”
“Dünən guya oğlumun 11-ci sinfi ilə son dəfə turla gəzintiyə çıxdıq. İstirahət olmadı, konkret stress. Sizə turla gəzinti ilə bağlı təəssüratlarımı bölüşmək istədim, çünki çox adam peşman olurmuş. Bu sahəyə nəzarət yoxdur!!!”
Bu barədə jurnalist Ramina Eyvazqızı öz feybusk hesabında paylaşım edib. O, qarşılaşdığı mənzərəni paylaşaraq, öz izləyicilərinə bu barədə məsləhət verib.
“Tur və tur rəhbəri ( tanışlıq var idi guya) hər yerindən duran olur və əziyyəti gəzinti həvəskarı çəkir. Tura çıxmazdan səfər proqramı tələb edin və konkret məkan, vaxt, zamanı dəqiqliklə öyrənin. Tur rəhbəri reklam pulu alır deyə ziyarətçiləri hansısa restoranın daşına, qayasına çıxarıb, guya fotosessiya qayğınıza qalırsa, imtina edin. Tur rəhbəri özbaşına marşrutu dəyişəndə, etiraz edin. Tur yiyəsindən öz hesabınıza olacaq nahar məkanını, restoranını əvvəldən soruşun, yoxsa xidmət səviyyəsindən əziyyət çəkmək o yana, gələn yeməyiniz də burnunuzdan gələcək.Bizim gələcəyimizi bilən restoran sifarişimizi 2 saat sonra gətirdi, xidmət bərbaddan bərbad. Tur sahibi həmin restoranlara adam gətirdiyi üçün pul alır, sözsüz. Tur aparanın pulunu evə qayıdanda vermək lazımdır! Qabaqcadan pul alıb, sonra istədikləri kimi əsəblə oynayırlar.Tur nəqliyyatının saz vəziyyətdə olduğunu tələb edin. Bizim avtobusa yoldan başqa tura gedənləri doldurdular ki, qonşu avtobus xarab olub” – deyə əlavə edib.

Problemə münasibət bildirən deputat Vahid Əhmədov “Sherg.az”a açıqlamasında bildirib ki, məsləhətli turları seçmək lazımdır:
“Yay gəlir və rayonlarda kifayət qədər şərait var. İnsanlar gedib istirahət edə bilər. Heç kim onlar üçün problem yarada bilməz. Düzdür, elə şirkətlər olur ki, kifayət qədər vəsait götürürlər, amma xidmətləri elə də yüksək səviyyədə olmur. Belə şirkətlər mövcuddur. Ona görə də seçmək lazımdır. Azərbaycanda turizm şirkətlərində seçim kifayət qədər böyük və genişdir. Məsləhətləşmək lazımdır. Kifayət qədər tanınmış şirkətlərə üz tutmaq lazımdır. Aldadan şirkətlərlə iş görməyə ehtiyac yoxdur”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Başına top dəyən futbolçu öldü
19:42 16.11.2026
Futbol
Putin APEC sammitindən dərhal sonra Tacikistana gedəcək
19:34 16.11.2026
Aktual
Tramp Çində Putin və Si Cinpinlə görüşəcəyini təsdiqləyib
19:26 16.11.2026
Aktual
COP31-in sədri Azərbaycan pavilyonunu ziyarət etdi
19:18 16.11.2026
Gündəm
Britaniya nəşri hazırda İranı kimlərin idarə etdiyini açıqladı
19:11 16.11.2026
Dünya
Tramp Çində Putinlə yanaşı Kim Çen Inla da görüşə bilər
18:47 16.11.2026
Dünya
Azərbaycan bu beynəlxalq şuranın üzvü seçildi
18:45 16.11.2026
Gündəm
Gəncədə 42 yaşlı kişi 4-cü mərtəbədən yıxılıb
18:39 16.11.2026
Hadisə
Dolların mövqeyi zəifləyir, manat güclənir - İZAH
18:28 16.11.2026
İqtisadiyyat
Bakı-London iqtisadi tərəfdaşlığı genişlənir - TƏHLİL
18:09 16.11.2026
Gündəm
Aİ Ukraynaya silah tədarükü üçün 1,76 milyard avro ayırdı
18:03 16.11.2026
Dünya
Bakıda bal yarmarkasının tarixi və yeri dəyişdirildi
17:58 16.11.2026
Sosial
Hörmüz boğazında daha bir neft tankeri minaya düşüb
17:49 16.11.2026
Dünya
Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir
17:47 16.11.2026
Sosial
İran və Pakistan XİN rəhbərləri görüşdü
17:21 16.11.2026
Dünya