
Rusiya ağır durumda! - Kreml sülhə can atır, rəsmi Kiyev isə...” - ŞƏRH
Yusif Nəzərli
13:47 10.11.2022
Dünya
727
"Rusiya böyük sürətlə ağır məğlubiyyətə doğru yaxınlaşır. Rusiya əleyhinə beynəlxalq koalisiyada parçalanma və ya başqa müəyyən ciddi problemlər yaranmasa, Kreml yaxın bir neçə ay ərzində kapıtulyasiya məcburiyyətində qala bilər. Çünki, Kreml etiraf etməsə də, Rusiyanın maliyyə-iqtisadi və hərbi-texniki resursları tükənmək üzrədir".
Bunu "Sherg.az" açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib.
Analitik bildirib ki, Kreml hazırda Rusiya ordusunun silah-sursat və hərbi texnika ehtiyaclarını ödəməkdən ötrü ABŞ və Qərblə ciddi problemləri olan ölkələrə mühacirət etmək məcburiyyətində qalıb:

"Rusiyanın müraciətləri ümid bəslənən nəticələrdən çox uzaqdır. Kremlin hətta qismən səfərbərlik ilə orduya çağırılmış yeni əsgərləri ən elementar hərbi ləvazimatlarla belə, təmin etməkdə çətinlik çəkdiyi bildirilir.
Ona görə də, hazırda Rusiya işğal etdiyi Ukrayna ərazilərindən tədricən çıxmaq məcburiyyətində qalıb. Rusiyanın həmin əraziləri nəzarətdə saxlamağa hərbi gücü çatmır. Hətta Ukrayna savaşının tezliklə Rusiya ərazisinə keçirilmə ehtimalı da artıq daha inandırıcı görünür.
Rusiyanın Ukrayna savaşında ağır vəziyyətə düşdüyünü Kremlin sülh danışıqlarına can atması da təsdiqləyir. Ancaq müharibə meydanında vəziyyət Ukraynanın xeyrinə dəyişdiyinə görə rəsmi Kiyev hələlik sülh danışıqları barədə düşünmür. Yəqin bu məsələ daha çox ABŞ və Qərbin verəcəyi keçid qərarından asılı olacaq. Qərb ölkələri də Ukrayna savaşı ucbatından indi ağır durumdadırlar.
Yəni, ABŞ və Qərbin müəyyən şərtlər altında Rusiya ilə anlaşma ehtimalı da qətiyyən istisna deyil. Üstəlik, Rusiya prezidenti Vladimir Putinin öz emissarları vasitəsilə 20-dən çox Qərb ölkəsi ilə gizli təmaslar qurduğu və anlaşmağa çalışdığı haqda da məlumatlar mövcuddur. Rusiyanın savaş meydanında mövcud olan indiki situasiya çərçivəsində dərhal sülh sazişi imzalamağa hazır olduğunu düşünmək mümkündür".
Qeyd edək ki, Rusiya qoşunlarının Ukraynadakı komandanı Sergey Surovikin açıqlamasına əsasən, rus ordusu bu il fevralın 24-dən sonra Ukraynada ələ keçirdiyi yeganə vilayət mərkəzi olan Xerson şəhərini tərk edəcək.Xerson şəhəri Ukraynanın cənubunda yerləşən Xerson vilayətinin mərkəzidir. Şəhər Dnepr çayının sağ sahilində, çay mənsəbindən 25 km məsafədə yerləşir. Xerson Rusiyanın ilhaq etdiyi dörd vilayətdən biridir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sumqayıtda "Azərboru" zavodunda bıçaqlanma oldu
22:10 13.11.2026
Hadisə
Rusiya Qara dənizdə yük gəmisini vurdu
21:42 13.11.2026
Gündəm
Bakıda avtomobil piyadanın həyatına son qoydu
21:17 13.11.2026
Hadisə
Hacıyevin işdən çıxarılmasının səbəbi - İşdə sevgi macərası
21:08 13.11.2026
Cəmiyyət
Rusiya və Çin ömrü uzadan dərmanlar hazırlayır
20:44 13.11.2026
Dünya
Quterreşdən XƏBƏRDARLIQ: “Yanan planetdə sülh qurmaq mümkün deyil”
20:43 13.11.2026
Gündəm
BMT: Yəməndə məcburi köçkünlərin sayı 340 mini ötüb
20:28 13.11.2026
Dünya
Dmanisidə V-VIII əsrlərə aid məbədin qalıqları aşkarlanıb
20:21 13.11.2026
Tarix
Avropanın enerji xəritəsində Azərbaycanın çəkisi artır - ŞƏRH
20:20 13.11.2026
Gündəm
Azərbaycanda kirayə qiymətləri 6 %-ə yaxın artıb
20:07 13.11.2026
Sosial
Türkiyə və Qətər arasında "Qarşılıqlı Müdafiə Sazişi" imzalanıb
20:05 13.11.2026
Dünya
Tələbələrin fotolarını montaj edərək hədələyən şəxs saxlanıldı
19:56 13.11.2026
Hadisə
Teymur Hacıyev işdən çıxarıldı - Qərarla razı deyil
19:47 13.11.2026
Cəmiyyət
Sumqayıtda yol çökdü
19:21 13.11.2026
Hadisə