Zahid Oruc: “Zəngəzur dəhlizindən daha çox milli şirkətlərimiz qazanmalıdır”
09:56 25.11.2022
Aktual
412
Rusiya-Ukrayna münaqişəsi ilə qitələrarası iqtisadi əlaqələrin əsaslı dəyişməsindən sonra Zəngəzur dəhlizinin açılmasından daha çox qonşu dövlətlər və özəl şirkətlər deyil, yerli şirkətlər qazanmalıdır.
“Report” xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri Zahid Oruc deyib.
Onun sözlərinə görə, Azərbaycanın yerləşdiyi əlverişli coğrafi mövqe baxımından, dövlət başçısının reallaşdırdığı layihələr (Şimal-Cənub və Şərq-Qərb dəhlizləri) baxımdan yükdaşımalar perspektivli sahə olmalıdır.
"2019-cu ildə Azərbaycanın yükdaşımalarının həcmi 250 milyon ton təşkil edib. Daşınan malların 88 %-i avtomobil nəqliyyatı, 8,4 %-i dəmir yolu, 3,4 %-i dəniz və 0,1 %-i hava nəqliyyatının payına düşür. Lakin dövlət büdcəsi gəlirdən və vətəndaşları 100 milyonlarla dollar qazancdan məhrum edən, Rusiya, Türkiyə və Gürcüstan yükdaşıyıcıların qarşısında zəif salan bir neçə amillər var.
Biz hələ də "Avro-6" standartlarına cavab verən yanacağı istifadə edə bilmirik. Beləliklə, avtomobil parkının köhnəliyi, ehtiyat hissələrinin bahalığı kimi amillər, logistika və anbar, qaraj və digər göstəricilərə malik böyük şirkətlərin yarana bilməməsi, icazə sənədlərin alınmasında şəffaflığın olmaması kimi səbəblər də qeyd edilməlidir”, - Z. Oruc bildirib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
16:30 13.11.2026
Gündəm
Azərbaycan XİN BƏƏ-yə başsağlığı verib
16:17 13.11.2026
Gündəm
İran “neftsiz büdcə”yə hazırlaşır
15:36 13.11.2026
Dünya
Göy məscid məsələsi UNESCO-ya çıxarılmalıdır - Novella Cəfəroğlu
15:23 13.11.2026
Aktual
Növbəti həftədən beşgünlük payız tətili başlayacaq
15:03 13.11.2026
Cəmiyyət
Ukrayna Samaraya dron zərbəsi endirib, 4 nəfər ölüb
14:41 13.11.2026
Dünya
Rəqəmsal hüquqlar da əsas sənəddə əksini tapmalıdır
14:33 13.11.2026
Gündəm
SEPAH: Xameneinin qisası alınmadan müharibə bitməyəcək
14:14 13.11.2026
Gündəm
On ayda piyadaların vurulması ilə nəticələnən 384 qəza olub
13:51 13.11.2026
Hadisə
"Qalatasaray” Batrakovun müqaviləsində dəyişiklik edir
13:47 13.11.2026
Futbol
Naxçıvanda şəhidin atası və anası qəzaya düşüb - FOTO
12:20 13.11.2026
Hadisə
Türkiyə-Ermənistan sərhədində dəmir yolu tikintisi davam edir
12:14 13.11.2026
Gündəm