Azərbaycana gələn əcnəbilərin sayı artıb
08:55 30.03.2023
Cəmiyyət
661
2023-cü ilin yanvar-fevral aylarında Azərbaycan Respublikasına 148 ölkədən 232,5 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,5 dəfə çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, gələnlərin 32,4 faizi Rusiya Federasiyası, 21,0 faizi Türkiyə, 9,2 faizi İran, 5,7 faizi Gürcüstan, 3,8 faizi Hindistan, hər birindən 3,1 faiz olmaqla Birləşmiş Ərəb Əmirlikləri və Pakistan, 1,9 faizi Küveyt, 1,8 faizi Səudiyyə Ərəbistanı, 1,7 faizi Qazaxıstan, hər birindən 1,5 faiz olmaqla Ukrayna və Belarus, 1,4 faizi Özbəkistan, 1,3 faizi Türkmənistan, 10,6 faizi digər ölkələrin vətəndaşları olub. Gələnlərin 77,5 faizini kişilər, 22,5 faizini qadınlar təşkil edib.
Ötən ilin eyni dövrü ilə müqayisədə Pakistandan gələnlərin sayı 7,2 dəfə, Hindistandan - 6,7 dəfə, Özbəkistandan - 5,8 dəfə, Türkmənistandan - 5,1 dəfə, Belarusdan - 4,3 dəfə, Çindən - 3,6 dəfə, Qazaxıstandan - 2,4 dəfə, İsraildən - 1,9 dəfə, Omandan - 1,8 dəfə, Birləşmiş Ərəb Əmirliklərindən - 1,8 dəfə, ABŞ-dan - 1,7 dəfə, Küveytdən - 1,6 dəfə, Gürcüstandan - 1,5 dəfə, Rusiya Federasiyasından - 1,5 dəfə, Böyük Britaniyadan - 1,5 dəfə, Türkiyədən - 33,4 faiz, Ukraynadan - 8,8 faiz, İrandan - 7,8 faiz artıb.
2022-ci ilin yanvar-fevral ayları ilə müqayisədə MDB ölkələrindən gələnlərin sayı 1,6 dəfə artaraq 93,4 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 1,4 dəfə artaraq 9,5 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 19,8 faiz artaraq 40,6 min nəfər olub.
Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 35,1 faizi dəmir yolu və avtomobil, 63,4 faizi hava, 1,5 faizi isə dəniz nəqliyyatından istifadə edib.
2022-ci ilin yanvar-fevral ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının ümumi sayı 18,3 faiz artaraq 218,0 min nəfər olub. Gürcüstana gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 1,5 dəfə, Türkiyəyə gedənlərin sayı 15,9 faiz, Rusiya Federasiyasına gedənlərin sayı 8,4 faiz artıb, İrana gedənlərin sayı isə 15,5 faiz azalıb. Ölkə vətəndaşlarının 39,7 faizi Türkiyəyə, 22,8 faizi Rusiya Federasiyasına, 9,9 faizi Gürcüstana, 8,4 faizi İrana, 19,2 faizi digər ölkələrə səfər edib. Gedənlərin 70,0 faizini kişilər, 30,0 faizini qadınlar təşkil edib.
2023-cü ilin yanvar-fevral aylarında xarici ölkələrə səfər edən Azərbaycan Respublikası vətəndaşlarının 29,7 faizi dəmir yolu və avtomobil, 67,8 faizi hava, 2,5 faizi isə dəniz nəqliyyatından istifadə edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Nike-dan yenilik – Toy üçün idman ayaqqabısı, baha qiymətə - FOTO
08:20 11.11.2026
İdman
"Kurtlar Vadisi" geri dönür
07:51 11.11.2026
Şou
Neslihan Atagül kitab çıxardı
04:50 11.11.2026
Şou
Süd verən analar, diqqət! - "Skuşonka”, “mürəbbəli çay”...
04:14 11.11.2026
Sosial
Ümid edirik ki, bu ölkə TDT-yə üzv olacaq
02:57 11.11.2026
Aktual
Kenan Yıldız Lamin Yamalla müqayisə olundu
01:30 11.11.2026
Futbol
Qalibaf: Müctəba Xamenei Çinlə əlaqələrə dair tapşırıqlar verib
01:11 11.11.2026
Region
Hegseth impiçment cəhdini “siyasi tamaşa” adlandırıb
00:53 11.11.2026
Aktual
Moldova səfiri Rusiya XİN-ə çağırıldı
00:31 11.11.2026
Son dəqiqə
Rusiyaya təklifləri çatdırdıq, gözləyirik - Sibiqa
23:33 10.11.2026
Gündəm
ABŞ istehsalı olan 4 raketi vurduq – Rusiya ilk dəfə açıqladı
23:18 10.11.2026
Dünya
Rubio: İran tezliklə neft ixrac etmək qabiliyyətini itirəcək
23:00 10.11.2026
Dünya
"Sabah" "Trabzonspor"u məğlub etdi
22:07 10.11.2026
İdman
Oman sahillərində tanker vuruldu
21:34 10.11.2026
Gündəm
Rezai: İranla ABŞ arasında danışıqlar aparılmır
21:17 10.11.2026
Region
İsraildə 120 deputat and içdi
21:01 10.11.2026
Dünya