Görmə məhdudiyyətli 10 nəfər tibb müəssisələrində işlə təmin olunub - FOTO
Yusif Nəzərli
09:10 30.03.2023
Cəmiyyət
525
Görmə qabiliyyəti məhdud olan şəxslər TƏBİB-in tabeliyində fəaliyyət göstərən Bakı Baş Səhiyyə Mərkəzinin (BBSM) müxtəlif tabeli tibb müəssisələrində işlə təmin olunublar.
Bu barədə Oxu.Az-a Bakı Baş Səhiyyə Mərkəzindən (BBSM) məlumat verilib.
Azərbaycanda sosial cəhətdən həssas əhali qruplarının həyat səviyyəsinin yaxşılaşdırılmasına, eləcə də fiziki məhdudiyyətli şəxslərin məşğulluğunun təmin edilməsinə və cəmiyyətə inteqrasiyasına yönəldilmiş tədbirlər görmə qabiliyyəti məhdud olan şəxsləri də əhatə edir.
Son altı ay ərzində mərkəzin tabeli tibb müəssisələrində 10-a yaxın görmə qabiliyyəti məhdud olan şəxs işlə təmin olunub. Onların əksəriyyəti ilkin tibb müəssisələrində masaj üzrə tibb bacısı (və ya tibb qardaşı) vəzifələrində çalışır. Onlardan biri də Sarıgül Elçin qızı Rəhimlidir.
S.Rəhimli 2-ci qrup görmə qabiliyyəti məhdud olan şəxsdir. O, 2022-ci ilin oktyabr ayından Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyində fəaliyyət göstərən 6 nömrəli Şəhər Poliklinikasında masaj üzrə tibb bacısı vəzifəsində çalışır.
S.Rəhimli 1998-ci ildə Biləsuvar rayonunun Bəygilli kəndində anadan olub. Orta təhsilini doğulduğu rayonda tamamlayan S.Rəhimli 2017-ci ildə 1 nömrəli Bakı Tibb Kollecinin “İdman və müalicəvi masaj” fakültəsinə daxil olub və 2020-ci ildə həmin kollecdən məzun olub.
O vaxtdan iş axtarışında olan S.Rəhimli Bakı Baş Səhiyyə Mərkəzinə müraciət edib:
“Təhsilimi bitirdikdən sonra işsiz idim, iş axtarırdım. Bu ərəfədə Bakı Baş Səhiyyə Mərkəzində vakansiyaların olması haqqında məlumat aldım. Paytaxta gəldim. Böyük ümidlə işə qəbul olmaq üçün mərkəzə müraciət etdim. Tez bir zamanda müsbət cavab gəldi. 2022-ci ilin oktyabr ayından 6 nömrəli Şəhər Poliklinikasında masaj üzrə tibb bacısı vəzifəsində çalışıram. Bu beş ay ərzində həm tibb müəssisəsinin rəhbərliyindən, həm də kollektivdən özümə qarşı ancaq diqqət və qayğı görmüşəm. Məndən başqa, bu poliklinikada daha altı nəfər görmə qabiliyyəti məhdud olan şəxs işləyir. Əməkhaqqımız da qənaətbəxşdir”.
Məlumat üçün bildirək ki, masaj İcbari Tibbi Sığortanın Xidmətlər Zərfinə daxil olduğundan, bu xidmət ödənişsiz həyata keçirilir. Müvafiq ixtisas həkimindən göndəriş alan pasiyentlər xidmətin alınması üçün onlara yönləndirilirlər:
“Ən çox osteoxondroz, kifoz, lordoz, skolioz, artroz, artrit, insult keçirmiş, qan dövranı pozulmuş şəxslər, şəkər xəstələri müraciət edirlər. Qəbul etdiyim pasiyentlər də işimdən razılıqlarını ifadə edirlər. Əlbəttə ki, bu məni çox qürurlandırır. 2022-ci ilin dekabr ayında ailə həyatı qurmuşam. Buradakı işim, aldığım əməkhaqqı yeni qurulan gənc ailə üçün böyük maddi dəstəkdir. Bütün bu yaradılan şəraitə, göstərilən diqqət və qayğıya görə TƏBİB-in, o cümlədən Bakı Baş Səhiyyə Mərkəzinin rəhbərliyinə minnətdarlığımızı bildiririk”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Nike-dan yenilik – Toy üçün idman ayaqqabısı, baha qiymətə - FOTO
08:20 11.11.2026
İdman
"Kurtlar Vadisi" geri dönür
07:51 11.11.2026
Şou
Neslihan Atagül kitab çıxardı
04:50 11.11.2026
Şou
Süd verən analar, diqqət! - "Skuşonka”, “mürəbbəli çay”...
04:14 11.11.2026
Sosial
Ümid edirik ki, bu ölkə TDT-yə üzv olacaq
02:57 11.11.2026
Aktual
Kenan Yıldız Lamin Yamalla müqayisə olundu
01:30 11.11.2026
Futbol
Qalibaf: Müctəba Xamenei Çinlə əlaqələrə dair tapşırıqlar verib
01:11 11.11.2026
Region
Hegseth impiçment cəhdini “siyasi tamaşa” adlandırıb
00:53 11.11.2026
Aktual
Moldova səfiri Rusiya XİN-ə çağırıldı
00:31 11.11.2026
Son dəqiqə
Rusiyaya təklifləri çatdırdıq, gözləyirik - Sibiqa
23:33 10.11.2026
Gündəm
ABŞ istehsalı olan 4 raketi vurduq – Rusiya ilk dəfə açıqladı
23:18 10.11.2026
Dünya
Rubio: İran tezliklə neft ixrac etmək qabiliyyətini itirəcək
23:00 10.11.2026
Dünya
"Sabah" "Trabzonspor"u məğlub etdi
22:07 10.11.2026
İdman
Oman sahillərində tanker vuruldu
21:34 10.11.2026
Gündəm
Rezai: İranla ABŞ arasında danışıqlar aparılmır
21:17 10.11.2026
Region
İsraildə 120 deputat and içdi
21:01 10.11.2026
Dünya