70 milyon yaşı olan skelet satılır
Yusif Nəzərli
23:32 30.03.2023
İqtisadiyyat
886
Təqribən 70 milyon yaşı olduğu bildirilən dinozavr skeleti hərraca çıxarılacaq. Bu barədə “NTV.com.tr” məlumat verib. Məlumatda qeyd olunur ki, 70 milyon il əvvəl yaşamış dinozavrın skeleti 3 T-Rex sümüyündən ibarətdir. Skelet İsveçrənin Cenevrə şəhərində hərraca çıxarılacaq. Bu çox nadir skeletdir. Hündürlüyü 4 metr, uzunluğu isə 12 metrdir. Skeletin qiyməti 5-8 İsveçrə frankı təyin edilib. Skelet hərraca çıxarılmadan öncə ictimaiyyətə nümayiş olunur. Bildirilir ki, skelet arxeoloji qazıntılar zamanı tapılmış 3 T-Rex qalıqlarının birləşdirilməsiylə əldə edilib. Hərracı keçirəcək auksion evinin sahibi Kril Koller deyib ki, bu skelet “TRX-293 Trinity” adlanır. Çünki skelet 3 skelet qalıqlarından ibarətdir və onların hamısı ABŞ-də tapılıb. 293 rəqəmi isə skeletdəki sümüklərin sayını bildirir. İsveçrənin “Aathal Dinozavr Muzeyi”ndə çalışan paleontoloq Hans Jacob-Siber isə T-Rex skelet qalıqlarının tapılmasını son dərəcə nadir hadisə kimi dəyərləndirərək tapılan skelet qalıqlarının əsl sümüklər olduğunu bildirib. Lakin nadir tapıntının satışa çıxarılması təpkilərlə də qarşılanıb. Təpki göstərənlər bu fikirdədir ki, nadir tapıntı kiminsə şəxsi əmlakı yox, xalqa mənsub olmalıdır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Nike-dan yenilik – Toy üçün idman ayaqqabısı, baha qiymətə - FOTO
08:20 11.11.2026
İdman
"Kurtlar Vadisi" geri dönür
07:51 11.11.2026
Şou
Neslihan Atagül kitab çıxardı
04:50 11.11.2026
Şou
Süd verən analar, diqqət! - "Skuşonka”, “mürəbbəli çay”...
04:14 11.11.2026
Sosial
Ümid edirik ki, bu ölkə TDT-yə üzv olacaq
02:57 11.11.2026
Aktual
Kenan Yıldız Lamin Yamalla müqayisə olundu
01:30 11.11.2026
Futbol
Qalibaf: Müctəba Xamenei Çinlə əlaqələrə dair tapşırıqlar verib
01:11 11.11.2026
Region
Hegseth impiçment cəhdini “siyasi tamaşa” adlandırıb
00:53 11.11.2026
Aktual
Moldova səfiri Rusiya XİN-ə çağırıldı
00:31 11.11.2026
Son dəqiqə
Rusiyaya təklifləri çatdırdıq, gözləyirik - Sibiqa
23:33 10.11.2026
Gündəm
ABŞ istehsalı olan 4 raketi vurduq – Rusiya ilk dəfə açıqladı
23:18 10.11.2026
Dünya
Rubio: İran tezliklə neft ixrac etmək qabiliyyətini itirəcək
23:00 10.11.2026
Dünya
"Sabah" "Trabzonspor"u məğlub etdi
22:07 10.11.2026
İdman
Oman sahillərində tanker vuruldu
21:34 10.11.2026
Gündəm
Rezai: İranla ABŞ arasında danışıqlar aparılmır
21:17 10.11.2026
Region
İsraildə 120 deputat and içdi
21:01 10.11.2026
Dünya