Qərbi Azərbaycan İcmasının fəaliyyəti davamlı və planlıdır
Qərbi Azərbaycan İcmasının fəaliyyəti davamlı və planlıdır
Yusif Nəzərli
10:20 31.03.2023
Aktual
621
"Dünya ictimaiyyəti bilməlidir ki, yüz minlərlə azərbaycanlı öz ata-baba yurdundan qovulub"
"Qərbi Azərbaycan İcması öz hüquqlarını müdafiə etməklə və reallaşdırmaq üçün davamlı addımlar atmaqla beynəlxalq səviyyədə Azərbaycanın nüfuzunun, mövqeyinin real görüntüsünü yaradır". Bu sözləri "Şərq"ə açıqlamasında “İnformasiya Təşəbbüslərinə Dəstək” İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə deyib. QHT rəhbəri bildirib ki, 44 günlük Vətən müharibəsindən öncə bu barədə, məhz bu formada danışmağı və addımlar atmağı əlbəttə təsvir edə bilməzdik: "Azərbaycanın qalib gəldiyi müharibədən sonra regionda baş verən dəyişikliklər azərbaycanlıların öz hüquqlarının yeni müstəvidə müdafiəsini tələb edir. Bu baxımdan Birləşmiş Millətlər Təşkilatının (BMT) katibliyinin Qərbi Azərbaycan İcmasının Qayıdış Konsepsiyasını BMT Təhlükəsizlik Şurasının, Baş Assambleyasının və İqtisadi və Sosial Şurasının rəsmi sənədi kimi yayımlaması siyasi və hüquqi baxımdan çox əhəmiyyətli məqamları özündə ehtiva edir. Öncə onu qeyd etmək vacibdir ki, həmin sənədin yayımlanması Qərbi Azərbaycan İcmasının beynəlxalq səviyyədə tanınmasının göstəricisidir və artıq bu icmaya istinad ediləcək. Sənədin BMT emblemi və Təhlükəsizlik Şurası adı altında paylaşılması da Konsepsiyanı beynəlxalq münasibətlər sisteminə daxil olan bir sənəd kimi xarakterizə edir. Qurumun rəsmi saytında yayımlanması həmçinin sənədin rəsmi və etibarlı olmasına, müxtəlif məqamlarda istinad edilməsinə səbəb olacaq. Qayıdış Konsepsiyasının xüsusi və vacib başlıqlar altında yayımlanmasına da diqqəti çəkilməlidir. Qeyd olunan bəndlərin hər bir üzrə Ermənistanın hüquqi məsuliyyəti yaranmalıdır".
Cəsarət Hüseynzadə vurğulayıb ki, indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə, sülh yolu ilə geriyə qayıtmasının təmin edilməsi barədə Konsepsiyanın dünya ictimaiyyətinə çatdırılması çox vacibdir: "Dünya ictimaiyyəti bilməlidir ki, yüz minlərlə azərbaycanlı öz ata-baba yurdundan qovulub. Hər bir Qərbi azərbaycanlının əlində bu faktları təsdiq edən bir neçə rəsmi sənəd var. Doğum şəhadətnaməsi, orta və ali təhsili bitirmə haqqında sənədlər, mülklərin sənədləri və digər sübutlar yüz minlərlə azərbaycanlının Ermənistan ərazində anadan olduğunu və uzun müddət yaşadığını təsdiqləyir. Bütün beynəlxalq konvensiya və prinsiplərlə təsdiq olunmuş yaşamaq hüququnun pozulması faktının aradan qaldırılması vaxtı çatıb. Konsepsiya dünya ictimaiyyətinə Qərbi azərbaycanlıların sülh yolu ilə öz doğma torpaqlarına qayıtmaq istəklərini də bildirir. Qərbi Azərbaycan İcması bu istiqamətdə davamlı addımlar atacağını bəyan edir. Yayımlanan sənəddə İcmanın həyata keçirəcəyi fəaliyyətin məqsədləri, prinsipləri, hazırlıq və icra tədbirləri üçün ümumi çərçivə öz əksini tapıb. Tarixi ədalət, beynəlxalq hüquq və digər vacib mexanizmlərə əsaslanan konsepsiya eyni zamanda sülhün və birgəyaşayışın vacibliyini dünya ictimaiyyətinə çatdırır. Azərbaycanlıların öz doğma yurdlarına qayıtmaq üçün israrlı olduğunu göstərir".
Ekspertə görə, çox müsbət haldır ki, Qərbi Azərbaycan İcmasının beynəlxalq müstəvidə fəaliyyəti davamlı və planlıdır: "Bu, İcmanın BMT sənədi kimi yayılmış ikinci sənədidir. Bundan əvvəl yanvar ayında İcmanın beynəlxalq ictimaiyyətə müraciəti yayılmışdı. Eyni zamanda İcma Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelə, Avropa Şurası Parlament Assambleyasına müraciətlər göndərib. Qərbi Azərbaycan İcması UNESCO-nun Baş direktoru Odri Azuleyə də məktub göndərərək Ermənistandakı azərbaycanlı mədəni irsinin vəziyyətinin monitorinqi üçün faktaraşdırıcı missiya göndərməyi xahiş edib. Bu addımların hər biri olduqca əhəmiyyətlidir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Nike-dan yenilik – Toy üçün idman ayaqqabısı, baha qiymətə - FOTO
08:20 11.11.2026
İdman
"Kurtlar Vadisi" geri dönür
07:51 11.11.2026
Şou
Neslihan Atagül kitab çıxardı
04:50 11.11.2026
Şou
Süd verən analar, diqqət! - "Skuşonka”, “mürəbbəli çay”...
04:14 11.11.2026
Sosial
Ümid edirik ki, bu ölkə TDT-yə üzv olacaq
02:57 11.11.2026
Aktual
Kenan Yıldız Lamin Yamalla müqayisə olundu
01:30 11.11.2026
Futbol
Qalibaf: Müctəba Xamenei Çinlə əlaqələrə dair tapşırıqlar verib
01:11 11.11.2026
Region
Hegseth impiçment cəhdini “siyasi tamaşa” adlandırıb
00:53 11.11.2026
Aktual
Moldova səfiri Rusiya XİN-ə çağırıldı
00:31 11.11.2026
Son dəqiqə
Rusiyaya təklifləri çatdırdıq, gözləyirik - Sibiqa
23:33 10.11.2026
Gündəm
ABŞ istehsalı olan 4 raketi vurduq – Rusiya ilk dəfə açıqladı
23:18 10.11.2026
Dünya
Rubio: İran tezliklə neft ixrac etmək qabiliyyətini itirəcək
23:00 10.11.2026
Dünya
"Sabah" "Trabzonspor"u məğlub etdi
22:07 10.11.2026
İdman
Oman sahillərində tanker vuruldu
21:34 10.11.2026
Gündəm
Rezai: İranla ABŞ arasında danışıqlar aparılmır
21:17 10.11.2026
Region
İsraildə 120 deputat and içdi
21:01 10.11.2026
Dünya