Gürcüstanda kirayə mənzil qiymətləri iki dəfədən çox bahalaşıb
04:49 02.04.2023
Dünya
523
Gürcüstanda kirayə mənzil qiymətləri iki dəfədən çox bahalaşıb. Ən çox bahalaşma paytaxt Tbilisidə qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, bu barədə “TBC Capital” məlumat yayıb.
Bildirilir ki, cari ilin fevralında paytaxt Tbilisidə mənzil qiymətləri ötən ilin fevralı ilə müqayisədə 2,25 dəfə bahalaşaraq orta hesabla hər kvadratmetr üçün 13,1 dollar təşkil edib. Fevral ayında mənzillərin satış qiyməti isə illik müqayisədə 30 faiz bahalaşaraq hər kvadratmetr üçün orta hesabla 1136 dollar olub.
Evlərin satışı və kirayəsi üzrə ekspert Tamar Nuqzadze deyir ki, bahalaşma Rusiya ilə Ukrayna arasında müharibə başlayandan sonra başlayıb. Rusiyadan və Ukraynadan gələnlər həm ev alqı-satqısında, həm də kirayə bazarında xüsusi rol oynayıblar.
Onun sözlərinə görə, Gürcüstan qanunvericiliyinə görə, istənilən xarici ölkə vətəndaşı burada ev ala bilər. Qiyməti 100 min dollar və daha çox olan evləri alan xaricilərə vətəndaşlıq almaq imkanı verilir. Bu da xarici ölkə vətəndaşlarının Tbilisidə və ətraf şəhərlərdə mənzil almağa marağını artırıb.
Digər ekspert Tamaz Qumaşvili də ev bazarında qiymət artımının xarici ölkə vətəndaşlarının gəlişi ilə əlaqələndirib.
Bildirib ki, hazırda dünyanın əksər ölkələrində mənzil bazarında qiymət artımı müşahidə olunur. Lakin, Gürcüstanda mənzil kirayəsi və alqı-satqısı ilə bağlı qiymət artımında sui-istifadə hallarına da rast gəlinir. Onun sözlərinə görə, bəzi möhtəkirlər müharibə bölgələrindən gələn insanların acınacaqlı vəziyyətindən istifadə edərək süni olaraq qiyməti artırırlar. Belə hallarda da, ən çox onlar varlanırlar.
Qeyd edək ki, ötən ay Tbilisidə ümumilikdə 3383 mənzil satılıb ki, bu da yanvar ayı ilə müqayisədə 19 faiz, illik müqayisədə isə 12 faiz çoxdur. Satılan mənzillərin 72 faizinin sahəsi 75 kvadratmetrdən azdır.
Tbilisinin ən çox mənzil satılan Vake və Mtatsminda rayonlarında, mənzillərin bir kvadratmetri orta hesabla 1800 dollara satılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Kurtlar Vadisi" geri dönür
07:51 11.11.2026
Şou
Neslihan Atagül kitab çıxardı
04:50 11.11.2026
Şou
Süd verən analar, diqqət! - "Skuşonka”, “mürəbbəli çay”...
04:14 11.11.2026
Sosial
Ümid edirik ki, bu ölkə TDT-yə üzv olacaq
02:57 11.11.2026
Aktual
Kenan Yıldız Lamin Yamalla müqayisə olundu
01:30 11.11.2026
Futbol
Qalibaf: Müctəba Xamenei Çinlə əlaqələrə dair tapşırıqlar verib
01:11 11.11.2026
Region
Hegseth impiçment cəhdini “siyasi tamaşa” adlandırıb
00:53 11.11.2026
Aktual
Moldova səfiri Rusiya XİN-ə çağırıldı
00:31 11.11.2026
Son dəqiqə
Rusiyaya təklifləri çatdırdıq, gözləyirik - Sibiqa
23:33 10.11.2026
Gündəm
ABŞ istehsalı olan 4 raketi vurduq – Rusiya ilk dəfə açıqladı
23:18 10.11.2026
Dünya
Rubio: İran tezliklə neft ixrac etmək qabiliyyətini itirəcək
23:00 10.11.2026
Dünya
"Sabah" "Trabzonspor"u məğlub etdi
22:07 10.11.2026
İdman
Oman sahillərində tanker vuruldu
21:34 10.11.2026
Gündəm
Rezai: İranla ABŞ arasında danışıqlar aparılmır
21:17 10.11.2026
Region
İsraildə 120 deputat and içdi
21:01 10.11.2026
Dünya