Bu gün Bolqarıstanda növbədənkənar parlament seçkiləri keçiriləcək
04:16 02.04.2023
Dünya
556
Aprelin 2-də Bolqarıstanda növbədənkənar parlament seçkiləri baş tutacaq. Yerli vaxtla saat 07:00-da (Bakı vaxtı ilə 08:00) ölkədə 13 minə yaxın seçki məntəqəsi açılacaq ki, burada təxminən 6,7 milyon insan yerli vaxtla saat 20:00-a qədər səs verə bilər.
“Report” xəbər verir ki, xaricdəki Bolqarıstan vətəndaşları üçün 61 ölkədə 737 seçki məntəqəsi işləyəcək.
Xüsusi maşın və ya kağız bülletenlərdən istifadə edərək səs vermək mümkündür. Nəticələr əl ilə işlənəcək ki, bu da səslərin hesablanması prosedurunu çətinləşdirəcək və uzadacaq.
49-cu çağırış Xalq Məclisində 240 yer uğrunda 14 siyasi partiya və 7 koalisiyanın nümayəndələri mübarizə aparır. Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına görə, birpalatalı parlamentin deputat mandatı uğrunda 4 566 nəfər mübarizə aparır. Seçkilərdə 207 beynəlxalq, 847 bolqar müşahidəçi çalışacaq.
Demək olar ki, bütün ötən həftə davam edən məktəblərin minalanması təhlükəsi ilə bağlı elektron məktubların kütləvi şəkildə göndərilməsi ilə əlaqədar aprelin 1-də bütün seçki məntəqələri yoxlanılaraq polis və jandarm qüvvələrinin mühafizəsinə götürülüb.
“Mərkəzi Seçki Komissiyası Daxili İşlər Nazirliyi ilə birlikdə seçki gününün sakit və səsvermə prosesində fasiləsiz keçməsi üçün bütün səylərini əsirgəməyəcək”, - MSK sədri Kameliya Neykova bildirib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Kurtlar Vadisi" geri dönür
07:51 11.11.2026
Şou
Neslihan Atagül kitab çıxardı
04:50 11.11.2026
Şou
Süd verən analar, diqqət! - "Skuşonka”, “mürəbbəli çay”...
04:14 11.11.2026
Sosial
Ümid edirik ki, bu ölkə TDT-yə üzv olacaq
02:57 11.11.2026
Aktual
Kenan Yıldız Lamin Yamalla müqayisə olundu
01:30 11.11.2026
Futbol
Qalibaf: Müctəba Xamenei Çinlə əlaqələrə dair tapşırıqlar verib
01:11 11.11.2026
Region
Hegseth impiçment cəhdini “siyasi tamaşa” adlandırıb
00:53 11.11.2026
Aktual
Moldova səfiri Rusiya XİN-ə çağırıldı
00:31 11.11.2026
Son dəqiqə
Rusiyaya təklifləri çatdırdıq, gözləyirik - Sibiqa
23:33 10.11.2026
Gündəm
ABŞ istehsalı olan 4 raketi vurduq – Rusiya ilk dəfə açıqladı
23:18 10.11.2026
Dünya
Rubio: İran tezliklə neft ixrac etmək qabiliyyətini itirəcək
23:00 10.11.2026
Dünya
"Sabah" "Trabzonspor"u məğlub etdi
22:07 10.11.2026
İdman
Oman sahillərində tanker vuruldu
21:34 10.11.2026
Gündəm
Rezai: İranla ABŞ arasında danışıqlar aparılmır
21:17 10.11.2026
Region
İsraildə 120 deputat and içdi
21:01 10.11.2026
Dünya