Rus ekspert: Azərbaycanın Qarabağda hərbi əməliyyat keçirməsi qaçılmazdır
12:23 17.07.2023
Gündəm
547
“Azərbaycanın Qarabağ iqtisadi regionunda Ermənistanın silahlı qüvvələri hələ də qalmaqdadır. Ona görə də, hesab edirəm ki, bu amil Azərbaycanı Qarabağda hərbi əməliyyatlar keçirməyə sövq edir”.
Bunu APA-nın Moskva müxbirinə müsahibəsində Rusiyanın “Nasionalnaya Oborona” jurnalının baş redaktoru İqor Korotçenko bildirib.
Onun sözlərinə görə, Azərbaycanın tam təhlükəsizliyə nail olmaq üçün Qarabağdakı Ermənistan silahlı qüvvələrinə qarşı dəqiq hərbi əməliyyat keçirməsi ən effektiv ssenaridir: “Azərbaycanın Qarabağ iqtisadi rayonunda Ermənistan silahlı qüvvələrinin törətdiyi miqyaslı təxribatlar sayəsində regionda vəziyyət olduqca gərgin olaraq qalır. Bəli, Ermənistan silahlı qüvvələri hələ də Qarabağda mövcuddur. Onlar destruktiv fəaliyyət göstərərək təxribatlar törədirlər. Bütün bunlar Azərbaycanı Qarabağda hərbi əməliyyatlar keçirməyə sövq edir. Məcbur edir ki, Azərbaycan dəqiq “cərrahiyyə üsulu” ilə hərbi əməliyyat keçirmək ssenarisinə baxsın və bununla da özü üçün gördüyü təhlükəni sovuşdursun. Ona görə də, bu gün İrəvanı düzgün yola gətirmək üçün siyasi-diplomatik vasitələrdən başqa, Azərbaycanın hərbi əməliyyatlar keçirməsi təəssüf ki, qaçılmazdır. Ermənistanın hər bir silahlı təxribatına qarşı “Qisas” əməliyyatının keçirilməsi, düşünürəm ki, ən effektiv ssenaridir”, - rusiyalı hərbi ekspert vurğulayıb.
Korotçenko Azərbaycan diplomatiyasının Ermənistanla sülh sazişinə nail olmaq üçün bütün meydançalarda israrla çalışdığını da qeyd edib: “Azərbaycan diplomatiyası yüksək səviyyədə, həm Rusiya, həm Avropa, həm də ABŞ-da İrəvanla sülhə nail olmaq üçün israrla çalışır. Qeyd edim ki, Ermənistan öz revanşist niyyətindən, milliyyətçi Njde ideologiyasından əl çəkmədən onunla tez bir zamanda sülh sazişini bağlamağa ümid etmək çətin olacaq. Lakin bu, mümkündür. Buna səy göstərmək lazımdır. Bunun üçün Ermənistanla Azərbaycan arasında sərhədlərin delimitasiyası və demarkasiyası aparılmalıdır. Hazırda top İrəvan tərəfdədir. Nə vaxt ki, Ermənistan rəhbərliyi öz keçmiş şovinist və qeyri-konstruktiv siyasətindən əl çəkəcək, o zaman sülh mümkün olacaq. Biz hamımız bunu gözləyirik. Ümid edirik ki, 2023-cü ildə Bakı ilə İrəvan arasında sülh real olacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya
“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi
19:51 08.11.2026
Futbol
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
19:35 08.11.2026
Dünya