
"Düşmənin güc tətbiqi ilə hədələnməsini artırmalıyıq" - ŞƏRH
09:03 15.08.2023
Gündəm
426
Sülhəddin Əkbər: "Qardaş Türkiyə ilə birlikdə böyük koalisiya quranların - gələcək qaliblərin tərəfində yer tutmalıyıq"
Ermənistan silahlı qüvvələri Laçın rayonu istiqamətində əlavə qüvvə və hərbi texnika toplayır. Azərbaycan Xarici İşlər Nazirliyindən verilən açıqlamada da bildirilib ki, son günlərdə Ermənistan tərəfindən delimitasiya olunmamış dövlət sərhədi boyunca növbəti hərbi avantüra məqsədli irimiqyaslı silah, digər hərbi texnika və şəxsi heyətin toplanması da müşahidə olunub. Ekspertlər bildirirlər ki, Ermənistanın Laçın yaxınlığına hərbi texnika cəmləməsi sülhün təmin olunması istiqamətində atılan addımlar üçün böyük təhlükə yaradır. Son həftələrdə Azərbaycan ərazisində qanunsuz yerləşdirilən Ermənistan silahlı qüvvələri də hərbi-mühəndislik işlərini və digər hərbi quruculuq fəaliyyətini intensivləşdirib. Nazirlikdən vurğulanıb ki, Azərbaycanın suveren ərazilərində qanunsuz yerləşdirilmiş radioelektron mübarizə vasitələrinin istifadəsi xüsusi narahatlıq doğurur.
Azad Demokratlar Partiyasının sədri, politoloq Sülhəddin Əkbər "Sherg.az"a deyib ki, bu proses müxtəlif formalarda davam edəcək. Partiya rəhbərinin sözlərinə görə, təxribatların qarşını almağın yolları bəllidir:

"Nə qədər ki, ermənilərin mübarizə əzmini sındırmamışıq, Rusiyanı regiondan, ən azından Azərbaycandan çıxartmamışıq, düşmənin destruktiv və pozucu addımlarını davamlı müşahidə edəcəyik. “Qarabağ məsələsi”nin tam və qəti yekun həllinin önə çıxdığı bir dövrdə məsələyə geopolitik kontekstdə strateji baxış da aktuallaşıb. Məsələnin tam və qəti yekun həlli üçün geopolitik kontekstdə strateji baxış ilk növbədə konseptual yanaşmanın dəyişdirilməsini tələb edir. Ümumiyyətlə, “Qarabağ məsələsi”nə, neoimperialist Rusiyanın Azərbaycana qarşı Ermənistan və qondarma rejim vasitəsilə apardığı vəkalət müharibəsinə yeni dünya nizamı quruculuğu və bununla bağlı gedən geopolitik mübarizə kontekstində baxmalı və həll yolu tapmalıyıq. Hazırda dünyada gedən strateji mübarizə, münaqişə və müharibələrdə həm təbii, həm də yeganə rəsmi strateji müttəfiqimiz olan qardaş Türkiyə ilə birlikdə böyük koalisiya quranların - gələcək qaliblərin tərəfində yer tutmalıyıq. Məsələni regionda destruktiv rol oynayan neoimperialist Rusiyanın Cənubi Qafqazdan çıxarılması və teokratik İranın yaranacaq boşluğu doldurmasının qarşısının alınması kontekstində qoymalıyıq. Qarabağın rus-erməni birliklərinin nəzarətində olan hissəsinin operativ mühasirəsinin taktiki və faktiki mühasirəyə çevrilməsini, mühasirə halqasının maksimum daraldılmasını təmin etməliyik. Düşmənə güc nümayişini, birbaşa “yeni təmas xətti” ətrafında irimiqyaslı və uzunmüddətli hərbi təlimlərin keçirilməsini, düşmənin güc tətbiqi ilə hədələnməsini artırmalıyıq. Hətta niyyətimizin ciddiliyini göstərmək məqsədilə lokal hərbi əməliyyatların aparılması da mümkündür. Eyni zamanda təhlükəsizlik qüvvələrinin xüsusi əməliyyatlara, eləcə də antiterror əməliyyatlarına başlamasını təmin etməliyik".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət
“Qalatasaray” Rafael Leaonun zədələndiyini açıqlayıb
14:11 08.11.2026
Futbol
Zaxarova: Makronun gizlənmək üçün bunkerə ehtiyacı var
13:56 08.11.2026
Dünya
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi - FOTO
13:45 08.11.2026
Gündəm
Rusiya XİN: İran MDB-yə qoşula bilər
13:33 08.11.2026
Region
Mansur Yavaş Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi
13:10 08.11.2026
Siyasət
Özgür Özəl Azərbaycanı təbrik etdi
13:05 08.11.2026
Siyasət
Xankəndidə Zəfər Muzeyi olacaq
12:28 08.11.2026
Rəsmi
Sabah şimşək çaxacaq, leysan yağacaq - PROQNOZ
12:24 08.11.2026
Ekologiya
İlham Əliyev: Döyüş meydanında düşmənin belini qırdıq
12:14 08.11.2026
Rəsmi
Hikmət Mirzəyev şəhid övladları ilə görüşdü
11:58 08.11.2026
Hərbi
Kasım-Jomart Tokayev Prezident İlham Əliyevi təbrik edib
11:30 08.11.2026
Rəsmi
AKP Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi
11:19 08.11.2026
Siyasət