Ərdoğan Azərbaycana gedir: Prezident vəzifəsini Cevdet Yılmaz icra edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan səfəri ilə əlaqədar Prezident vəzifəsini vitse-prezident Cevdet Yılmaz icra edəcək.

Sherg.az xəbər verir ki, DHA-nın məlumatına görə, bununla bağlı sərəncam “Rəsmi Qəzet”də dərc olunub.

Sərəncama əsasən, Rəcəb Tayyib Ərdoğanın 8 noyabr tarixində Azərbaycan səfəri səbəbilə Türkiyə Konstitusiyasının 106-cı maddəsinə uyğun olaraq Prezident vəzifəsini vitse-prezident Cevdet Yılmaz icra edəcək.