Ombudsman Moldova Konstitusiya Məhkəməsinin sədrini məlumatlandırıb
Ombudsman Moldova Konstitusiya Məhkəməsinin sədrini məlumatlandırıb
Yusif Nəzərli
13:23 27.09.2023
Gündəm
331
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Moldova Konstitusiya Məhkəməsinin sədri Nikolay Roşka ilə görüşüb.
Ombudsman Aparatından "Report"a bildirilib ki, görüş zamanı Müvəkkil Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi ilə insan hüquq və azadlıqlarının daha səmərəli müdafiəsi istiqamətində mövcud əməkdaşlıq əlaqələri və Konstitusiya Məhkəməsinə göndərilən sorğular barədə ətraflı məlumat verib.
S.Əliyeva işğaldan azad olunmuş torpaqlarımızda Ermənistan tərəfindən basdırılmış minaların hərbi qulluqçularımızın və mülki şəxslərin həyatına son qoymaqda davam etdiyini, indiyədək 300-dən çox şəxsin mina terrorunun qurbanına çevrildiyini bildirib. Ombudsman dəfələrlə tələb edilməsinə baxmayaraq, Ermənistanın minalanmış ərazilərin dəqiq xəritələrini təhvil verməkdən boyun qaçırdığını qeyd edib.
Müvəkkil Birinci Qarabağ müharibəsində itkin düşmüş 4000-ə yaxın azərbaycanlının taleyinin bu günədək naməlum qaldığını, Ermənistanın insan hüquqları və beynəlxalq humanitar hüquq normalarını kobud şəkildə pozduğuna görə məsuliyyət daşıdığını diqqətə çatdırıb.
S.Əliyeva istər Vətən müharibəsi zamanı, istərsə də postmüharibə dövründə dünya ictimaiyyətinə müraciətlərin edildiyini, faktlara əsaslanan hesabat və bəyanatlar hazırlanaraq aidiyyəti beynəlxalq təşkilatlara, Ombudsman və milli insan hüquqları təsisatlarına təqdim olunduğu qeyd edib.
Görüşdə Moldova Konstitusiya Məhkəməsinin sədri Nikolay Roşka Konstitusiya Məhkəməsinin fəaliyyət istiqamətləri haqqında məlumat verib.
Oxşar xəbərlər
Brüsselə yaxınlaşmaq Paşinyana Moskva ilə danışıqlarda manevr imkanı verir - Politoloq
18:57 06.11.2026
Prezident İlham Əliyev: Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər
18:39 06.11.2026
Xəbər lenti
Hamısına bax
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya
Şuşanın azad edilməsi dünya hərb tarixində görünməmiş hadisədir
17:53 06.11.2026
Gündəm
Bloomberg: ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
17:47 06.11.2026
Gündəm
Avropa bir həftədə qaz ehtiyatlarının 2,5%-ni istifadə edib
17:39 06.11.2026
Dünya
Ağstafada bir ailənin üç üzvü zəhərlənib
17:22 06.11.2026
Hadisə
Ceyhun Bayramov BMT Baş katibinin müavini ilə görüşdü - FOTO
17:14 06.11.2026
Gündəm
İrandan dəhliz açıqlaması: Xamenei Putinə mesaj göndərdi
17:02 06.11.2026
Dünya
Daha 2 təqsirləndirilən şəxs ölkəmizə ekstradisiya edildi
16:59 06.11.2026
Hadisə
“Tramp qalib gəlir və o, İran məsələsində haqlıdır”
16:38 06.11.2026
Gündəm
Elçin Əmirbəyov Litva XİN rəhbəri ilə görüşüb
15:35 06.11.2026
Gündəm