
Sankt-Peterburq görüşü: Rusiya Qərbə rest çəkir?
Yusif Nəzərli
16:25 30.12.2023
Dünya
436
Müstəqil Dövlətlər Birliyinin (MDB) dövlət başçılarının Sankt-Peterburqda görüşləri keçirildi. Müşahidələrə görə, bu görüşünm nəticələri barədə KİV-lərdə o qədər də geniş məlumatlar tirajlanmadı.
Mövzu ilə bağlı "Sherg.az"a danışan siyasi şərhçi Elmir Səftərov bildirib ki, sözügdən görüşdən əvvəl diqqətçəkən məqamlara nəzər salsaq, görərik ki, Ukrayna, Moldova, Gürcüstan, Azərbaycan, Şərqi Avropa, Yaxın Şərq və Mərkəzi Asiyanın bir sıra ölkələrində müxtəlif əməliyyatlara cəlb edilmiş Fransa xüsusi xidmət orqanlarının geniş agentura şəbəkəsi ölkəmizdə ifşa olunmuşdu:
"Digər bir məsələ isə Serbiyanın baş nazirinin ölkəsindəki iğtişaşlarla bağlı xəbərdarlıq etdiyinə görə Rusiyaya təşəkkür etməsi idi.
Bu iki məsələ fərqli siyasi anlamda əhəmiyyət kəsb etsə də, proseslərin mərkəzində Qərbin olması hadisələrin narrativlərini paralel aparmağa və uzlaşdırmağa imkan verir.
Yeni, Qərb onun diqtəsi ilə hərəkət etməyən, mənafeyinə uyğun olaraq siyasət yürütməyən dövlətlərə müdaxilələr edir, məqsədinə çatmadıqsa isə orada iğtişaşlar yaratmağa çalışır. MDB dövlət başçılarının görüşü də bu baxımdan əhəmiyyətlidir ki, Rusiyanın moderatorluğu ilə Avropanın, ABŞ-ın nüfuz dairəsini genişləndirmək cəhətlərinə preventiv cavablar hazırlanır".

E. Səftərov MDB ölkələrinin həm də cənub-şərqi Avropada, Balkan yarımadasının mərkəzi hissəsində yerləşən Serbiyanın Rusiya üçün geosiyasi cəhətdən büyük anlam kəsb etdiyini vurğulayıb:
"Rusiya-Ukrayna müharibəsi ilə paralel olaraq, Qərbin Moskvanı əhatələməsi prosesi son baş verənlər fonunda diqqətləri çəkməkdədir.
MDB dövlət başçılarının toplantısında ölkə ictimaiyyəti üçün maraqlı olan məqamlardan biri də son zamanlar sülh müqaviləsinin imzalanmasının gündəmdə olduğu məqamda Azərbaycan Prezidenti ilə Ermənistanın baş nazirinin qeyri-rəsmi də olsa nələrisə müzakirə etməsi ilə bağlı idi.
Açıqlanmasa da ehtimal etmək olar ki, Nikol Paşinyana Qərbin direktivləri ilə davranmaması " tövsiyə" edilib. Rusiya da öz növbəsində Ermənistana açıq şəkildə bildirib ki, iqtisadi və təhlükəsizlik məsələlərində Moskva ona kifayət edir. Özünə himayədar axtarması və ərazisini hansısa ölkələrin, beynəlxalq təşkilatların geosiyasi maraqları naminə istifadəyə verməsi İrəvanın sabitliyi üçün qlobal fəlakətdir.
Vaşinqtonun və Brüsselin ikili standartları fonunda vasitəçilik səylərinə paralel olaraq, Rusiyanın regional problemlərin region daxilində həll olmasına təşəbbüs göstərməsi də Qərbin Cənubi Qafqazda Ermənistan vasitəsilə möhkəmlənmək cəhdlərinə bir cavabdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Yeni qanun korrupsiyanın qarşısını ala bilməyəcək - Tural Abbaslı
16:39 30.10.2026
Aktual
Anar Əliyev Şuşada vətəndaşları qəbul edib
16:21 30.10.2026
Sosial
ADAU-da müəllimlərin kütləvi ixtisarı aparılıb
16:03 30.10.2026
Elm və Təhsil
Gəncədə yanğın-taktiki təlimi keçirilib
15:36 30.10.2026
Hadisə
Hörmüz boğazında daha iki tankerdə yanğın baş verib
15:29 30.10.2026
Dünya
Rusiya ilə Avropa müharibəsinin qalibi olmayacaq - POLİTOLOQ
15:06 30.10.2026
Gündəm
Bakı-Balakən-Bakı qatarının hərəkəti bərpa edilir
14:36 30.10.2026
İnfrastruktur
Ukrayna Rusiyaya sanksiya tətbiq etdi
14:22 30.10.2026
Dünya
Qaxda silsilə oğurluqlar edən şəxs saxlanılıb
14:11 30.10.2026
Hadisə
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
13:57 30.10.2026
Sosial
Rusiya ilə Avropa arasında müharibə qapıdadır - ŞƏRH
13:51 30.10.2026
Gündəm
Qətərli vasitəçilər danışıqlar aparmaq üçün İrana gedib
13:41 30.10.2026
Gündəm
Azərbaycan-Gürcüstan sənədləri imzalanıb - FOTO
12:58 30.10.2026
Gündəm