Faiq Ağayev 22 il küsülülükdən sonra Zülfiyyə Xanbabayeva ilə barışdı
19:29 30.12.2023
Şou
713
Xalq artistləri Faiq Ağayev və Zülfiyyə Xanbabayeva 22 il davam edən küsülülüyə son qoyublar.
Bizim.Media xəbər verir ki, bu haqda Faiq Ağayev qonaq olduğu “10-da görüşək” səhər verilişində danışıb.
Ağayev Xanbabayeva ilə barışdığını belə nəql edib:
“Altı ay əvvəl konsertlərin birində həmkarım Zülfiyyə Xanbabayeva ilə barışdıq. 22 ildən sonra münasibətlərimiz düzəldi. O dönəmdə bir xəbər yayıldı ki, Dəniz adlı bir abituriyent İngiltərənin universitetlərinin birinə daxil olub. Elə gözəl imtahan verib ki, ondan təhsil pulu almayıblar.
Əksinə deyiblər ki, biz sizə təqaüd verəcəyik. Qızın isə adı Dəniz idi. Mən də bilirdim ki, Zülfiyyənin qızının adı Dənizdir. Fikirləşdim ki, Dəniz də o yaşda olar. Zülfiyyə ilə yanbayan oturmuşdum, ona sual verdim ki, “Sənin qızındır o? Fəxr edirəm onunla”.
Cavab verdi ki, “nə?”, əhvalatı danışdım ona. Zülfiyyə söylədi ki, “xeyr, o, mənim qızım deyil. Dəniz hələ 9-cu sinifdə oxuyur”. Söylədim ki, Dənizin də belə gözəl bəxti olsun. O da xarici ölkəyə getsin, orada universitetə daxil olsun və tələbə təqaüdünü xarici ölkə versin.
O zamandan bəri biz Zülfiyyə ilə tədbirlərdə görüşürük, salamlaşırıq. Həyatın bilinməyən tərəfləri var. Kimdənsə, biz müvəqqəti uzaqlaşırıq, kimdənsə, birdəfəlik uzaqlaşdırıq. Bizim Zülfiyyə ilə yəqin uzaqlaşmağımız müvəqqəti idi. Düzdür bu uzaqlaşmaq 22 il çəkdi, amma istər-istəməz insanın ürəyində ləkə qalır. Arada olan anlaşmazlıq itən kimi ləkə də gedir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Yeni qanun korrupsiyanın qarşısını ala bilməyəcək - Tural Abbaslı
16:39 30.10.2026
Aktual
Anar Əliyev Şuşada vətəndaşları qəbul edib
16:21 30.10.2026
Sosial
ADAU-da müəllimlərin kütləvi ixtisarı aparılıb
16:03 30.10.2026
Elm və Təhsil
Gəncədə yanğın-taktiki təlimi keçirilib
15:36 30.10.2026
Hadisə
Hörmüz boğazında daha iki tankerdə yanğın baş verib
15:29 30.10.2026
Dünya
Rusiya ilə Avropa müharibəsinin qalibi olmayacaq - POLİTOLOQ
15:06 30.10.2026
Gündəm
Bakı-Balakən-Bakı qatarının hərəkəti bərpa edilir
14:36 30.10.2026
İnfrastruktur
Ukrayna Rusiyaya sanksiya tətbiq etdi
14:22 30.10.2026
Dünya
Qaxda silsilə oğurluqlar edən şəxs saxlanılıb
14:11 30.10.2026
Hadisə
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
13:57 30.10.2026
Sosial
Rusiya ilə Avropa arasında müharibə qapıdadır - ŞƏRH
13:51 30.10.2026
Gündəm
Qətərli vasitəçilər danışıqlar aparmaq üçün İrana gedib
13:41 30.10.2026
Gündəm
Azərbaycan-Gürcüstan sənədləri imzalanıb - FOTO
12:58 30.10.2026
Gündəm