Tramp: "Mən ABŞ-də iqtisadiyyatın 12 ay ərzində çökməsini istəyirəm"
09:24 09.01.2024
Gündəm
645
ABŞ-ın keçmiş prezidenti Donald Tramp müsahibəsində iqtisadiyyatın 12 ay ərzində çökəcəyinə ümid etdiyini bildirib.
Sherg.az xarici mediaya istinadən xəbər verir ki, noyabrda ABŞ-da keçiriləcək seçkilərdə Baydenin rəqibi keçmiş ABŞ prezidenti Donald Tramp olacaq. Tramp deyib ki, əgər çöküş olacaqsa, bunun 12 ay ərzində olmasını istəyir.
Tramp ABŞ-ın keçmiş prezidenti Herbert Huver kimi olmaq istəmədiyini deyib. Huver 1929-cu ildə Böyük Depressiya başlamazdan əvvəl vəzifəyə gəldi. Onun prezidentliyi ümumiyyətlə o dövrün iqtisadi çətinlikləri ilə müşaiyyət olundu.
Tramp Baydenin yenidən seçilmək iddiasına zərbə vurmaq üçün ciddi iqtisadi tənəzzül arzusunu gizlətmir.
ABŞ-ın hazırkı iqtisadiyyatının onun dövründə gördüyü işlərin sayəsində olduğunu ifadə edən Tramp, "İnanılmaz və çox kövrək bir iqtisadiyyatımız var. Onun indi işləməsinin yeganə səbəbi bizim etdiklərimizdir. İşləyir, amma Tramp administrasiyasının etdiklərinin tüstüsü ilə” - deyib.
ABŞ-da prezident və Konqres seçkiləri 2024-cü il noyabrın 5-də keçiriləcək. Seçki öncəsi aparılan sorğuların ictimaiyyətlə paylaşılması davam edir.
"ABC/Washington Post" tərəfindən aparılan son sorğu 2024-cü il prezident seçkiləri üçün Bayden və Tramp arasında hipotetik müqayisənin nəticələrini ortaya qoyub.
Sorğuda iştirakçıların 51 faizi Trampı dəstəkləyib, Bayden isə sələfindən 9 xal geri qalaraq 42 faiz dəstək alıb.
"ABC/Washington Post" tərəfindən fevral ayında keçirilən analoji sorğuda Trampa dəstək yüzdə 48, Baydenə isə 45 faiz olaraq qeydə alınıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Axios": ABŞ və İsrail İran rəhbərliyinə zərbələr endirə bilər
08:07 29.10.2026
Son dəqiqə
ABŞ-da nüvə obyektində yanğın və radiasiya sızması baş verib
07:15 29.10.2026
Gündəm
Kiçik pomidorlarda böyük təhlükə!
06:10 29.10.2026
Sağlamlıq
“Yaprak Dökümü”nün “Aslı”sı illər sonra
05:35 29.10.2026
Şou
Evdən çıxanda telefonun bu funksiyalarını söndürün
04:24 29.10.2026
Relaks
Hər Cola şüşəsi ömrünüzdən 9 dəqiqə azaldır - Alimlər
03:53 29.10.2026
Sağlamlıq
CENTCOM: Hörmüz boğazı minalardan tamamilə təmizlənib
02:46 29.10.2026
Aktual
2026-cı ilin sözü elan edildi
01:51 29.10.2026
Maraqlı
Serbiya Radio və Televiziyasının baş direktoru istefa verib
00:57 29.10.2026
Dünya
KİV: ABŞ və İsrail İrana genişmiqyaslı zərbələri bərpa edə bilər
00:39 29.10.2026
Aktual
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual