Bolsonaru artıq özünü "Braziliyanın seçilmiş prezidenti" hesab etmir

Braziliyadakı prezident seçkilərində məğlub olduqdan sonra ölkəni tərk edən və özünü "əsl seçilmiş prezident" adlandıran senator Flaviu Bolsonaru ifadəni dəyişərək özünü "Braziliya lideri" elan edib.

"Report" xəbər verir ki, müvafiq müraciət onun "X" hesabında dərc olunub.

"Braziliya xalqına və beynəlxalq ictimaiyyətə Braziliya lideri olaraq müraciət edirəm", - müraciətin yenilənmiş versiyasında deyilir. Siyasətçi müraciətin ilkin variantını silib.

Bundan başqa, Bolsonaru dövlət gerbinin təsvirini dəyişib: o, 1889–1967-ci illər dövrünə aid tarixi gerbin əvəzinə, Braziliya Federativ Respublikasının müasir simvolunu yerləşdirib.

Dəyişikliklərin motivləri açıqlanmayıb.

Qeyd edək ki, oktyabrın 25-də prezident seçkilərinin ikinci turunda Luis İnasio Lula da Silva Flaviu Bolsonarunu məğlub edərək dördüncü müddətə yenidən seçilib. Senatorun namizədliyini irəli sürən Liberal Partiya, eləcə də onun əsas müttəfiqləri məğlubiyyəti etiraf ediblər. Bir gün sonra senator tələsik ölkəni tərk edib, çünki məhkəmə əvvəllər onu iqtisadi cinayətlərdə, o cümlədən çirkli pulların yuyulmasında ittiham etmişdi.