Ceyhun Bayramov əlcəzairli həmkarı ilə görüşüb
Ceyhun Bayramov əlcəzairli həmkarı ilə görüşüb
13:29 19.01.2024
Gündəm
475
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Qoşulmama Hərəkatının (QH) Dövlət və Hökumət Başçılarının 19-cu Zirvə Görüşü çərçivəsində Əlcəzair Xalq Demokratik Respublikasının xarici işlər və xaricdəki milli icma naziri Əhməd Attaf ilə görüşüb.
Nazirlikdən verilən xəbərə görə, görüşdə, iki ölkə arasında mövcud ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyində duran məsələlər, habelə regional vəziyyət müzakirə olunub.
Son dövrlərdə Azərbaycan və Əlcəzair arasında qarşılıqlı təmasların artımının müşahidə olunduğunu məmnunluqla qeyd olunub.
Ölkələrimiz arasında müxtəlif sahələr, o cümlədən iqtisadiyyat, ticarət, enerji təhlükəsizliyi, təhsil, mədəniyyət və s. istiqamətlər üzrə əməkdaşlığın geniş perspektivlərinin mövcud olduğu, mövcud imkanların müzakirəsi baxımından siyasi məsləhətləşmələr platformasının əhəmiyyəti qeyd edilib.
Nazir Əhməd Attaf, Azərbaycanın 4 il müddətində QH-ya uğurla sədrlik etdiyini, Hərəkatın dirçəldilməsində vacib rol oynadığını diqqətə çatdıraraq, göstərilən səylərə görə Azərbaycan tərəfinə təşəkkür edib. Əlcəzair ilə Azərbaycan arasında xüsusilə regional və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı faydalı əməkdaşlıq gündəliyinin mövcud olduğu, bu istiqamətdə əməkdaşlığın daha da genişləndirilməsi üçün qarşılıqlı təmasların daha da artırılmasının vacibliyi vurğulanıb.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xarkov raketlə vuruldu: ölənlər var
22:15 26.10.2026
Son dəqiqə
Təhlükəsizliklə bağlı Türkiyə ilə danışıqlar aparırıq - Rusiya
21:27 26.10.2026
Region
Ərdoğan: Regionumuzda yeni münaqişə istəmirik
21:06 26.10.2026
Gündəm
Hizbullah İsrailə qarşı İrandan on milyonlarla dollar alıb
20:42 26.10.2026
Aktual
Dövlət müəssisələri ilə bağlı vacib qərar
20:10 26.10.2026
Ölkə
Millimiz Haitiyə böyük hesabla uduzdu
19:53 26.10.2026
Futbol
Azərbaycan Avropanın yeni bazarlara çıxışının açarıdır - RƏY
19:37 26.10.2026
Gündəm
Pezeşkian: İran nüvə proqramını inkişaf etdirəcək
19:31 26.10.2026
Region
Ermənistanın ilk prezidenti tibbi müayinədən keçib
19:25 26.10.2026
Gündəm
Paşinyan: Ermənistanda yeni müxalifət formalaşmalıdır
19:18 26.10.2026
Cənubi Qafqaz
Misir parlamenti Səudiyyə Ərəbistanına hərbi dəstəyi təsdiqləyib
19:10 26.10.2026
Dünya
Ceyhunun qətlinə görə daha iki nəfər barədə qərar
19:02 26.10.2026
Hadisə
İsrail 27 oktyabr seçkilərinə qədər İrana hücum etməyəcək
18:56 26.10.2026
Siyasət
Ceyhun Bayramov İƏT-in Baş katibi ilə görüşüb
18:49 26.10.2026
Siyasət