
Suriyadan gətirilən azərbaycanlıların reabilitasiyası - AÇIQLAMA
08:03 23.02.2024
Gündəm
453
Əksəriyyəti yetimdir, heç kim onlara yaxın durmaq istəmir Suriyadan gətirilən azərbaycanlı uşaqlar sosial reabilitasiyadan əlavə tibbi müayinələrdən keçməlidir
Suriyanın ərazisində yerləşən düşərgələrdə saxlanılan 5-i uşaq və 2-si qadın olmaqla daha 7 nəfər Azərbaycan vətəndaşı ölkəsinə repatriasiya olunub.
Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin məlumatına görə, Azərbaycan vətəndaşları Türkiyə ərazisi vasitəsilə ölkəyə gətirilib.
Nazirlik bildirir ki, Azərbaycan hökuməti tərəfindən xarici ölkələrin ərazisində silahlı münaqişənin qurbanına çevrilmiş Azərbaycan vətəndaşlarının repatriasiyası üçün zəruri tədbirlərin görülməsi davam etdiriləcək.
Rəsmi məlumatlara görə, bu günədək İraq və Suriyadan 406 uşaq və 37 qadın olmaqla cəmi 453 nəfər vətəndaşın Azərbaycana repatriasiyası həyata keçirilib.
2018-ci ilin oktyabr ayında Beynəlxalq Miqrasiya Təşkilatının nümayəndələri ilə görüş zamanı Azərbaycan Daxili İşlər Nazirliyi tərəfindən verilən ən son rəsmi məlumata əsasən, terror təşkilatlarına qoşulmaq üçün Suriya və İraqa Azərbaycandan 1477 (1136 kişi və 341 qadın) nəfərin getdiyi, 903 nəfərin (749 kişi və 154 qadın) öldüyü və ya itkin düşdüyü güman edilir.
Bununla yanaşı yerli mediada dərc edilən məlumatların təhlili göstərir ki, İraq və Suriyada həbsxanalarda hələ çoxsaylı Azərbaycan vətəndaşları saxlanılır. 2023-cü ilin martında Bağdad həbsxasında 121 nəfər Azərbaycan əsilli qadının aclığa başlaması barədə onların audiomüraciətləri yayılıb.
Suriyadan gətirilən azərbaycanlıların reabilitasiyası ilə bağlı danışan
sosioloq, professor Əhməd Qəşəmoğlu isə “Sherg.az"a açıqlamasında bu məsələnin kifayət qədər zəruri hal olduğunu deyib.

Bu istiqamətdə atılan addımları alqışladığını vurğulayan sosioloq deyib ki, söhbət tək psixoloji travmadan getmir, ideoloji təsir altına düşdüklərinə görə psixoloqlar onların ideologiyasına, inamına, dininə toxunmadan real həyata qaytarmağa, interqrasiya olunmalarına çalışmalıdırlar. Çünki bir kiçik təbliğat başlasa, onlar dərhal kənarlaşacaq və kontakt pozulacaq: “Həm olduqları ölkələrin mühiti tamam başqa idi, həm də müharibə, terror faktları mülki əhalinin gözü qarşısında gedirdi. Sözsüz ki, geri dönən uşaqların xeyli problemləri olacaq. Çünki onlar xoş güzərandan geri dönməyiblər. Buna görə də istər səhhəti, istərsə də psixoloji durumları ilə bağlı işlər aparılmalıdır. Əgər biz həmin uşaqlar, onların valideynlərinin reabilitasiyası ilə məşğul olmasaq, keçirdikləri sarsıntılar, psixoloji travmaları gələcəkdə müxtəlif xəstəliklərə çevrilər. Həmçinin də onlar cəmiyyətimiz üçün böyük təhlükə ola bilərlər”.
Ə.Qəşəmoğlunun fikrincə, Suriyadan gətirilən azərbaycanlılara sosial reabilitasiyadan əlavə tibbi müayinələr də edilməlidir. Müharibə dəhşətlərinin onların həyatında qoyduğu izlər, yaşadıqları sarsıntılar mütləq aradan qaldırılmalıdır: “Suriyadan gətirilmiş uşaqların cəmiyyətə inteqrasiyası o halda mümkün olacaq ki, reabilitasiya və inteqrasiya prosesi düzgün aparılsın.
Bəzi ailələr natamamdır, əksəriyyət uşaqlar yetimdir, bəzən nənə-baba, bibi-xala, əmi-dayı onlara yaxın durmaq istəmir. Həmçinin həmin şəxslər nə qədər hadisələrin canlı şahidi olub. Bir sözlə, bu iş çox mürəkkəbdir və hər kəs onu yerinə yetirə bilməz, bunun üçün xüsusi hazırlıq olmalıdır. Psixoloqların özləri bəzən bu ağır işin içində ziyan çəkə bilirlər. Ona görə də bir daha qeyd edirəm ki, bacardığımız qədər bu işə ehtiyatlı və mülayim yanaşmalıyıq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Husilər Ər-Riyada hücum etdilər
13:42 20.10.2026
Dünya
“Barselona” “Mançester Yunayted”in müdafiəçisi ilə maraqlanır
13:28 20.10.2026
Futbol
Kallas Qara dənizdə hücumlara moratorium qoyulmasını tələb etdi
13:23 20.10.2026
Gündəm
Bağçalı: Türk dünyasının birliyini dosta-düşmənə göstərəcəyik
13:15 20.10.2026
Gündəm
Paşinyan ölkə vətəndaşlarını etirazlara çağırdı
12:35 20.10.2026
Region
Vens: Ukrayna NATO-ya üzv olmamalıdır
12:09 20.10.2026
Dünya
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb - FOTO
11:57 20.10.2026
Hadisə
Azərbaycanda bu şəxslər pensiyaya 20 il tez çıxa bilər
11:39 20.10.2026
Sosial
ABŞ-nin müharibə naziri Netanyahu ilə gizli görüş keçirib
11:13 20.10.2026
Dünya
Qəzzada 500 min fələstinliyə ərzaq yardımı dayandırılır
10:48 20.10.2026
Dünya
Kim Çen Inin səhhəti ilə bağlı şayiələr yayılıb
10:35 20.10.2026
Dünya
Məşhur meyxanaçı vəfat etdi - Foto
10:20 20.10.2026
Hadisə
Rusiya ayıları NATO ölkələrinə “hücum”a keçdilər
10:17 20.10.2026
Dünya
Ağ Ev sözçüsü vəzifəsində cəmi 5 gün qaldı
10:02 20.10.2026
Dünya
Qripdən sonra infarkt riski 16 dəfə arta bilər
09:54 20.10.2026
Sağlamlıq