- Hesab edirəm ki, əsgərimizin valideynləri Beynəlxalq Qırmızı Xaç Komitəsinin Bakıdakı ofisi ilə mütəmadi əlaqə saxlamalıdırlar. Valideynlərə tövsiyə edirəm ki, BQXK-yə müraciət etsinlər, hətta tələb etsinlər ki, övladları barədə onlara dəqiq, ətraflı məlumat verilsin. Buna onların haqqı var. BQXK-nin Bakı nümayəndəliyi Ermənistandakı nümayəndəliklə əlaqəli işləyir. Onlar əsgərin harada olması, saxlanma şəraiti, ona işgəncə verilib-verilmədiyini dəqiqləşdirib ailəyə xəbər verməlidir. Dövlət orqanları üzərinə düşəni edir. Lakin valideynlər də BQXK-dən tələb etməlidir.
Əsgərimizin hansı şəraitdə, harada saxlandığı məlum deyil
21:47 04.03.2024
Gündəm
198
Ombudsman Ermənistan ombudsmanına müraciət etməli və izahat tələb etməlidir
Azərbaycan Ordusunun əsgəri Ruslan Eldəniz oğlu Pənahovun hazırda hansı şəraitdə, harada saxlandığı məlum deyil. Verilən məlumata görə, R.Pənahov Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində istiqaməti itirərək azıb. Hərbçimiz Ermənistan tərəfindən saxlanılıb və onun barəsində müxtəlif maddələrlə uydurma cinayət işi açılıb. "Şərq" xəbər verir ki, Ruslan Pənahovun atası Eldəniz Pənahov Bizim.Media-ya açıqlamasında məsələ ilə bağlı dövlət qurumlarının mütəmadi iş apardıqlarını bildirib: “Hazırda Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasındayam. Bir azdan Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinə gedəcəyəm. Övladımın nə vaxt qaytarılacağı ilə bağlı məlumat deyilmir. Bu, dövlətin bildiyi məsələdir. Ancaq bizimlə daim əlaqə saxlayırlar və müvafiq qurumlarımızın hər biri çalışır. Beynəlxalq Qızıl Xaç Komitəsi övladımla onlayn görüş təşkil edəcəklərini deyiblər. Vaxt bildirilməyib”.
Beynəlxalq İnsan Hüquqları Cəmiyyəti Azərbaycan Milli Bölməsinin rəhbəri Səadət Bənənyarlı “Sherg.az"a açıqlamasında qeyd etdi ki, Azərbaycan dövlət orqanları R.Pənahovun azad edilməsi istiqamətində çalışır. Lakin:
- Hesab edirəm ki, əsgərimizin valideynləri Beynəlxalq Qırmızı Xaç Komitəsinin Bakıdakı ofisi ilə mütəmadi əlaqə saxlamalıdırlar. Valideynlərə tövsiyə edirəm ki, BQXK-yə müraciət etsinlər, hətta tələb etsinlər ki, övladları barədə onlara dəqiq, ətraflı məlumat verilsin. Buna onların haqqı var. BQXK-nin Bakı nümayəndəliyi Ermənistandakı nümayəndəliklə əlaqəli işləyir. Onlar əsgərin harada olması, saxlanma şəraiti, ona işgəncə verilib-verilmədiyini dəqiqləşdirib ailəyə xəbər verməlidir. Dövlət orqanları üzərinə düşəni edir. Lakin valideynlər də BQXK-dən tələb etməlidir. S.Bənənyarlı bildirdi ki, Azərbaycan ombudsmanı da Ermənistan ombudsmanına müraciət etməli və izahat tələb etməlidir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Məkkədə Böyük Həcc ziyarəti bu vaxt başlayacaq
20:02 22.05.2026
Cəmiyyət
Kim Çen In İlham Əliyevi təbrik edib
19:40 22.05.2026
Rəsmi
Bəhreyn Kralı İlham Əliyevə təbrik məktubu göndərib
19:33 22.05.2026
Rəsmi
BƏƏ Prezidenti Azərbaycan liderini təbrik edib
19:26 22.05.2026
Rəsmi
"Sabah" mövsümü qalib başa vurub
19:19 22.05.2026
Futbol
Putin Ukrayna əsgərlərinə çağırış etdi
18:42 22.05.2026
Region
Köçəryanın səs yazısı qalmaqalı təsadüf ola bilməz - ŞƏRH
18:27 22.05.2026
Gündəm
Ermənistan Qərblə yaxınlaşmanın ağır bədəlini ödəyəcək - ŞƏRH
17:54 22.05.2026
Gündəm
CHP-də böhran yox, idarəetmə dəyişikliyi yaşanır - Buğra Sucu
17:28 22.05.2026
Gündəm
Milli Məclisin sədri MDB PA-nın 60-cı plenar iclasında çıxış edib
17:04 22.05.2026
Gündəm
Kamal Kılıçdaroğlu rəsmən CHP sədri oldu
17:00 22.05.2026
Gündəm
ABŞ-İran danışıqları iflasa yaxındır, müharibə riski artır - ŞƏRH
16:58 22.05.2026
Dünya
Sumqayıt-Bakı istiqamətində yol çökdü
16:38 22.05.2026
Hadisə
Uşaqpulunun verilməsinin tərəfdarıyam, vəssalam! - Deputat
16:23 22.05.2026
Gündəm
TDT-nin Baş katibi Prezident İlham Əliyevi təbrik edib
16:19 22.05.2026
Gündəm