İcmadan bəyanat: Qarabağla bağlı təxribat xarakterli yazı...
Yusif Nəzərli
13:47 12.03.2024
Siyasət
470
Qərbi Azərbaycan İcması “Vaşinqton Post” qəzetində Qarabağla bağlı dərc olunmuş təxribat xarakterli yazını pisləyib.
Axar.az xəbər verir ki, bu barədə İcmanın yaydığı bəyanatda qeyd olunub.
“Vaşinqton Post” qəzetində Qarabağla bağlı dərc olunmuş həqiqətləri təhrif edən, təxribat xarakterli yazını qətiyyətlə pisləyirik. Yazının müəllifi David İqnatiusun davamlı olaraq erməni havadarlarının sifarişi əsasında Azərbaycan əleyhinə qərəzli məqalələr ilə çıxış etməsi artıq heç kəsi təəccübləndirmir. 30 il ərzində Ermənistan tərəfindən Qarabağda azərbaycanlı əhaliyə qarşı vəhşiliklərin törədilməsi, maddi-mədəniyyət abidələrinin dağıdılması və yerli əhalinin öz yurd-yuvalarından qovulması faktlarına göz yuman, eləcə də Ermənistandan zorla qovulmuş azərbaycanlıların öz doğma torpaqlarına təhlükəsiz və ləyaqətli şəkildə geri qayıdış hüququ barədə bir kəlmə də yazmayan D.İqnatiusun yalnız Qarabağ ermənilərinin “geri qayıtmaq” hüququndan dəm vurması onun peşəkar jurnalistikadan nə qədər uzaq olduğunu, eyni zamanda ikiüzlü və riyakar mövqeyini göstərir.
“Tarixi ədalətsizlik və beynəlxalq hüquq”dan şikayətlənən “jurnalist”ə bir daha xatırlatmaq istərdik ki, münaqişənin yaratdığı və beynəlxalq hüquq sisteminin məhəl qoymadığı ədalətsizliyə, ərazilərinin işğalına məhz Azərbaycan tərəfi məruz qalıb və məhz azərbaycanlılar həm Qarabağ, həm də Ermənistan ərazisindəki öz doğma yurd-yuvalarından zorla qovulublar", - bəyanatda vurğulanıb.
Qeyd olunub ki, Qərbi azərbaycanlıların öz doğma torpaqlarına dinc yolla geri qayıdış hüququ heç bir vəchlə inkar edilə bilməz və bu məsələ özünü “peşəkar və tərəfsiz” kimi qiymətləndirən beynəlxalq medianın da diqqətini cəlb etməlidir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Litva və Ukrayna PUA komponentlərini birgə istehsal edəcək
18:54 15.10.2026
Aktual
Fyodor Şukin Dağıstanın rəhbəri seçildi
18:46 15.10.2026
Dünya
Tuskdan Zelenskiyə: Siz tək deyilsiniz!
18:20 15.10.2026
Dünya
Səidə Mirziyoyeva Ərdoğanla görüşdü
17:50 15.10.2026
Gündəm
Paşinyan sülh sazişini bilərəkdən uzadır - ŞƏRH
17:36 15.10.2026
Gündəm
Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
17:19 15.10.2026
Region
Kobaxidze Ermənistana səfər edib
17:13 15.10.2026
Gündəm
Onlar Mətbuat Şurasından gedir
17:07 15.10.2026
Media
Azərbaycan-Türkiyə qardaşlığını heç kim poza bilməz - TƏHLİL
16:42 15.10.2026
Gündəm
DTX tərəfindən saxlanılan Saleh Səmədova hökm oxunub
16:17 15.10.2026
Hadisə
3+3 formatında növbəti görüş Azərbaycanda keçirilə bilər
16:03 15.10.2026
Gündəm
İlham Əliyev Hakan Fidanı qəbul etdi
15:50 15.10.2026
Gündəm