
Yaşıl enerjinin ənənəvi enerjini əvəz etməsi üçün addımlar atılır -ŞƏRH
10:01 04.04.2024
Sosial
504
"Mən, ilk növbədə, Sizə təşəkkürümü ifadə etmək istərdim ki, Siz bizə şərait yaratdınız, biz Sizin gözəl ölkənizi, gözəl şəhərinizi, paytaxtınızı ziyarət edə bildik. Biz uzun müddətdir ki, Bakı haqqında eşitmişik və Sizin dəvətiniz sayəsində biz Azərbaycanı və Bakını ziyarət etdik. Buna görə Sizə bir daha təşəkkürümü ifadə edirəm".
Bu fikirləri Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqesso Prezident İlham Əliyevlə geniş tərkibdə görüşü zamanı deyib.
“Siz bizim təkbətək görüşümüzün icmalını etdiniz. Mən, sadəcə, bir-iki şərh vermək istərdim ki, bizim ölkələrimiz arasında çox böyük potensial var və o, bizim əhalimiz üçün inkişafa töhfə verə bilər. Mən məsələn, qeyd etmişdim ki, bizim ölkəmizin çox böyük kənd təsərrüfatı potensialı var və biz əkin sahələrinin bəlkə də cəmi 3 faizini istifadə edirik, bu da o deməkdir ki, yerdə qalan hamısı istifadə üçün hazırdır. Bizim bol su mənbələrimiz və bütün ilboyu şəfəq saçan Günəşimiz var. Biz bu potensialdan və sizin bu sahədəki böyük təcrübənizdən kənd təsərrüfatımızın inkişafı üçün istifadə edə bilərik. Məsələn, biz Konqoda məhsul istehsal edə və sonra onu ixrac edə bilərik. Mən, eyni zamanda, bir daha qeyd etmək istərdim ki, bərpaolunan enerji sahəsində də bizim çox böyük potensialımız var, bütün ilboyu Günəşimiz var və Azərbaycanın bu sahədəki zəngin təcrübəsindən yararlana bilərik”, - o əlavə edib. "Azərbaycan xüsusi mühafizə olunan xüsusi milli parklarının yaradılması üçün tədbirlər görür". Bunu isə ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva Bakıda Xəzəryanı dövlətlərin Baş Prokurorluqlarının rəhbər vəzifəli şəxslərinin beştərəfli görüşündə deyib. O qeyd edib ki, Azərbaycan öz növbəsində Xəzər dənizinin ətraf mühitinə mənfi təsirləri minimuma endirmək üçün tədbirlər görür: “Bu tədbirlərdən biri də Xüsusi mühafizə olunan təbiət əraziləri şəbəkəsinin yaradılmasıdır. Xəzər sahili zonasında ümumi sahəsi 165 989 hektar olan 4 milli park - Abşeron, Qızılağac, Samur Yalama və Şirvan milli parkları var. Ölkəmiz ətraf mühitin mühafizəsi, ondan səmərəli istifadə edilməsi, nəsli kəsilməkdə olan “Qırmızı Kitab”a daxil olan nadir fauna və flora növlərinin qorunub saxlanılması, ekoturizmin inkişaf etdirilməsi məsələlərinə xüsusi diqqət yetirir. Brakonyerliklə mübarizə ilə yanaşı dəniz bioresurslarının bərpası və artırılmasına xüsusi diqqət yetirilir. Xəzər dənizinə və digər daxili su hövzələrinə son 3 ildə 20 milyondan çox balıq körpələri buraxılıb, bunlardan 1 milyon 771 mini nərə cinsli balıq körpələri olub". Nazir müavini deyib ki, Xəzər dənizinin ətraf mühitinin ekoloji zərərlərinin müəyyənləşdirilməsi məqsədilə "Əlif Hacıyev" gəmisi ilə mütəmadi monitorinqlər həyata keçirilir: “Bu il Azərbaycan COP29 mötəbər beynəlxalq tədbirinə ev sahibliyi edəcək. COP29-un əsas komponentləri arasında Xəzər dənizindəki ekoloji dəyişiklik problemləri də mühüm yer tutacaq. Danışıqlar prosesi ilə paralel İqlim Fəaliyyəti gündəliyi çərçivəsində Xəzər dənizi ilə bağlı təşəbbüs də yer tutacaq. Bu da öz növbəsində Xəzər probleminin yalnız milli və regional səviyyədə deyil, həm də beynəlxalq səviyyədə iqlim dəyişmələrinə uyğunlaşma proqramları çərçivəsində həlli üçün zəmin yarada bilər”.
"Yaşıl enerji"-nin mahiyyətindən danışan ekoloq Rövşən Abbasov “Sherg.az"a açıqlamasında bildirib ki, yaşıl enerji dedikdə, ətraf mühitə karbon emesyaları atılmayan enerji başa düşülür:

"Bu zaman daha az yanacaqdan istifadə olunur və bu qeyri-enerji forması sayılır. Burada daha çox alternativ enerji mənbələrindən külək, günəş, dalğa enerjilərindən istifadə edilir. Bu zaman ətraf mühitə heç bir ziyan dəymir. Azərbaycan 2030-cu ilə qədər istixana qazlarını azaltmağı qarşıya hədəf olaraq qoyub. Hazırda ölkədə istifadə olunan enerjinin 95 faizi qaz yandırılması hesabına başa gəlir. Azərbaycanda çoxlu günəş, külək elektrik stansiyaları tikilir ki, yaşıl enerji getdikcə ənənəvi enerjini əvəz etsin".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Prezident İlham Əliyev Məsud Pezeşkianla görüşüb - YENİLƏNİB
16:04 09.10.2026
Gündəm
“Türkmənistan üçün Azərbaycan Qərbə açılan qapıdır” - Azər Həsrət
15:11 09.10.2026
Siyasət
Türkiyədə Beynəlxalq Nəsimi Simpoziumu keçiriləcək
15:10 09.10.2026
Mədəniyyət
Xəzərin xilası tək bir ölkənin gücü ilə mümkün deyil
14:52 09.10.2026
Aktual
Yunanıstan ABŞ-dən milyardlıq silah alacaq
14:47 09.10.2026
Dünya
Prezident İlham Əliyev Məsud Pezeşkianla görüşüb - YENİLƏNİB
14:42 09.10.2026
Gündəm
Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb
14:42 09.10.2026
Gündəm
Azərbaycan-Türkmənistan ittifaqı yeni güc mərkəzi yaradır - TƏHLİL
14:38 09.10.2026
Gündəm
NATO İtaliyada nüvə təlimlərinə başlayacaq
14:16 09.10.2026
Dünya
Cari ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ölüb
13:51 09.10.2026
İnfrastruktur
İrana yeni hücum planı Trampa təqdim edildi
13:29 09.10.2026
Gündəm
Nobel Sülh mükafatı laureatı məlum oldu
13:16 09.10.2026
Dünya
Sabah Bakıya fasilələrlə yağış yağacaq
12:51 09.10.2026
Ekologiya