Xüsusi təyinatlılarımız iki böyük beynəlxalq təlimdə - Foto
Xüsusi təyinatlılarımız iki böyük beynəlxalq təlimdə - Foto
10:23 08.05.2024
Hərbi
546
Azərbaycan Silahlı Qüvvələrinin xüsusi təyinatlıları Türkiyədə iki böyük beynəlxalq hərbi təlimdə iştirak edirlər.
Axar.az xəbər verir ki, onlardan biri EFES-2024, digəri isə Anadolu Ankası-2024 təlimləridir.
EFES-2024 təlimi 25 aprel-8 may və 9-30 may tarixləri olmaqla iki mərhələdə keçirilir. Türkiyənin İstanbul və İzmir şəhərlərində keçirilən çoxmillətli təlimdə 49 ölkədən ümumilikdə 1567 nəfərdən ibarət şəxsi heyət iştirak edir. Bu ölkələr Türkiyə, Azərbaycan, Almaniya, ABŞ, Albaniya, Avstraliya, Bəhreyn, Banqladeş, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, Bosniya və Herseqovina, Braziliya, Burkina Faso, Mərakeş, Filippin, Fransa, Qambiya, Qvineya, Gürcüstan, İtaliya, Kamerun, Qətər, Qazaxıstan, Qırğızıstan, Koreya Respublikası, Konqo, Kosovo, Küveyt, Şimali Makedoniya, Misir, Latviya, Liviya, Macarıstan, Mali, Meksika, Monqolustan, Moldova, Niger, Nigeriya, Özbəkistan, Pakistan, Polşa, Ruanda, Somali, Səudiyyə Ərəbistanı, Tacikistan, Tanzaniya, Uqanda, Zambiya və Zimbabvedir.
EFES-2024 bu günə qədər keçirilən EFES seriyalı təlimlər arasında iştirakçı sayına görə ən böyük təlim olacaq. Təlim çərçivəsində mayın 28-də İzmir Seferihisardakı Doğanbey Təlim sahəsində 48 müdafiə sənayesi şirkəti tərəfindən müdafiə sənayesi sərgisi açılacaq. Təlimin Faktiki Atış Sahəsi Fazasının elit müşahidəçi günü mayın 29-30-da keçiriləcək.
Bundan başqa, Azərbaycan, Qətər, Polşa, Rumıniya, Səudiyyə Ərəbistanı və Türkiyənin iştirakı ilə Konyadakı 3-cü Əsas Jet Baza Komandanlığında Anadolu Ankası-2024 beynəlxalq təlimi keçirilir.
6-17 may tarixini əhatə edən təlimin məqsədi şəxsi heyətin xilasetmə əməliyyatları çərçivəsində komanda və idarəetmə prosesini sınaqdan keçirmək və təkmilləşdirmək, şəxsi heyətin xilasetmə əməliyyat qrupunun ünsürləri ilə döyüş şəraitində digər ölkələrlə qarşılıqlı fəaliyyət səviyyəsini yüksəltmək, həmçinin əməkdaşlıq sahələrini müəyyən etməkdir.
Mayın 16-da Türkiyənin Jandarma Baş Komandanlığı və Xüsusi Təyinatlı Qüvvələr Komandanlığı ilə yanaşı, xarici tərəfdaşların da qatılacağı təlimin mətbuat günü keçiriləcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Məkkədə “canlı bomba hücumu” iddiası rəsmən təkzib edildi
13:13 02.10.2026
Dünya
Ankara türk ölkələrinə çağırış etdi
13:06 02.10.2026
Dünya
Sabah intensiv yağış yağacaq, güclü külək əsəcək
12:47 02.10.2026
Ekologiya
Ötən ay dövlət sərhədinin pоzulmasına görə 16 əcnəbi saxlanılıb
12:38 02.10.2026
Hadisə
Səfir: TRIPP-in inşasına gələn ilin əvvəlində başlanacaq
12:17 02.10.2026
Gündəm
Qaxda 7 kiloqram narkotik vasitə aşkarlandı
11:59 02.10.2026
Hadisə
Türkiyə və Gürcüstan müdafiə nazirləri Şuşada görüşdülər
11:48 02.10.2026
Gündəm
Daha bir məktəbdə 14 şagird zəhərləndi
11:30 02.10.2026
Hadisə
Rzayi Mustafayevin barmaq uclarını niyə sıxdı? - VİDEO
11:29 02.10.2026
Gündəm
Azərbaycan Prezidenti: Müasir ideoloji işlər aparılmalıdır
11:25 02.10.2026
Gündəm
Azərbaycanda güclü zəlzələ oldu - Foto
11:22 02.10.2026
Hadisə
Nikzad: Xamenei möcüzə sayəsində xilas oldu
11:10 02.10.2026
Dünya
Peskov: Rusiyaya atəşkəs yox, sülh lazımdır
10:31 02.10.2026
Dünya
Paşinyan Minskdəki iclasa onlayn qatıldı
10:29 02.10.2026
Dünya
Güllü Muradovaya vəzifə verildi
10:25 02.10.2026
Mədəniyyət