Vulkanda manqal keyfi: 500 dərəcə istidə yemək bişirilir
12:06 08.05.2024
Dünya
707
İspaniyanın Kanar adalarında Las-Palmas əyalətinə bağlı Lanzarote adasında qəribə restoran fəaliyyət göstərir. Bu restoranın sobası vulkan ocağının tam üzərinə yerləşdirilib. Bu restoranda ət, balıq yeməkləri çıtır-çıtır yanan vulkan ocağının istisiylə bişirilir.
“Sherg.az” Milliyet.com.tr”yə istinadən xəbər verir ki, restoran sahibi bunu “yanardağ bişirmə üsulu” adlandırıb. Və restorana gələnlərə vulkan atəşində bişmiş ət, balıq təklif edilir. Restoran “El Diablo” (Şeytan) adlanır. Tökmə dəmirdən düzəldilən soba altında vulkan ocağı olan böyük bir dəlikdən 1,8 metr hündürlükdə yerləşdirilib. Burada temperatur 500 dərəcəyə çatır. Altdan vuran isti yeməkləri saniyələr içində hazır hala gətirir. Bu restoran və soba memar Cesar Manrique tərəfindən layihələndirilib. Yeməklər vulkan ocağının geotermal istisiylə bişirilir. Restoranın meneceri Julio Padron vulkanın ilin 365 günü fasiləsiz isti verdiyini deyib. Sobanı işlətməzdən əvvəl restoran sahibi alimlərdən rəy alıb və onlar geotermal istidən faydalanmağın mümkün olduğunu bildiriblər. Üzərində soba yerləşən vulkan sonuncu dəfə 1824-cü ildə püskürüb. O vaxtdan bugünədək havaya ancaq isti ötürür. Arada palçıq vulkanlarında olduğu kimi qabarcıqlar çıxır. Lakin təhlükəsiz hesab edilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Səfir: TRIPP-in inşasına gələn ilin əvvəlində başlanacaq
12:17 02.10.2026
Gündəm
Qaxda 7 kiloqram narkotik vasitə aşkarlandı
11:59 02.10.2026
Hadisə
Türkiyə və Gürcüstan müdafiə nazirləri Şuşada görüşdülər
11:48 02.10.2026
Gündəm
Daha bir məktəbdə 14 şagird zəhərləndi
11:30 02.10.2026
Hadisə
Rzayi Mustafayevin barmaq uclarını niyə sıxdı? - VİDEO
11:29 02.10.2026
Gündəm
Azərbaycan Prezidenti: Müasir ideoloji işlər aparılmalıdır
11:25 02.10.2026
Gündəm
Azərbaycanda güclü zəlzələ oldu - Foto
11:22 02.10.2026
Hadisə
Nikzad: Xamenei möcüzə sayəsində xilas oldu
11:10 02.10.2026
Dünya
Peskov: Rusiyaya atəşkəs yox, sülh lazımdır
10:31 02.10.2026
Dünya
Paşinyan Minskdəki iclasa onlayn qatıldı
10:29 02.10.2026
Dünya
Güllü Muradovaya vəzifə verildi
10:25 02.10.2026
Mədəniyyət
Nazirdən ŞOK AÇIQLAMA: 10 minə yaxın müəllim...
10:24 02.10.2026
Elm və Təhsil
Ermənistan Azərbaycanın ardınca getməyə çalışır?
10:22 02.10.2026
Region
Tramp İran rəhbərliyini hədələdi
10:20 02.10.2026
Dünya
Ukrayna ərazisində müstəqil dövlət yaranacaq - Putin
10:15 02.10.2026
Dünya
Hikmət Hacıyev Azərbaycanın İsrail ilə münasibətlərindən danışdı
10:09 02.10.2026
Siyasət