
Minsk qrupunun fəaliyyətini dayandırması öz yanlışlıqlarına görə baş tutdu -TƏHLİL
12:21 14.05.2024
Siyasət
553
“ATƏT daxilində olan Minsk qrupu 30 illik faəliyyətində Azərbaycan-Ermənistan münaqişəsinin həllinə heç bir fayda verməmişdir”.
Bu fikirləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in fəaliyyətdə olan sədri Yan Borqla birgə mətbuat konfransında deyib.
“Hesab edirik ki, artıq mandatları tükənmiş, funksional qabiliyyətini itirmiş, arxaik xarakter daşıyan bu qurumların saxlanılmasına heç bir ehtiyac yoxdur. Eləcə də ATƏT-in məhdud büdcəsini nəzərə alaraq deyə bilərik ki, bunun üçün əlavə maliyyənin xərclənməsi da lüzum yoxdur. Belə olan təqdirdə bu təsisatlara istinadların edilməsi vəziyyətin yaxşılaşdırmır, əksinə ona xələl yetirir”, – nazir əlavə edib.
Mövzu ilə bağlı “Sherg.az”a danışan politoloq Turan Rzayev bildirib ki, Ermənistan Azərbaycan münaqişəsinin “Dağlıq Qarabağ” mərhələsi bitdikdən sonra problemlərin həlli istiqamətində yaradılan ATƏT-in Minsk qrupunun fəaliyyəti başa düşülən deyil:
“Münaqişənin gedişatı zamanı ATƏT-in keçmiş Minsk qrupunun üzvləri arasında ciddi narazılıq yarandı. Yəni Fransa və Amerika Birləşmiş Ştatları Rusiyanın vasitəçi qismində iştirakını qəbul etmirdilər. Buna görə də Minsk qrupu fəaliyyətini bir müddət dayandırdı. Daha sonra Fransanın Minsk qrupunun həmsədr ölkəsi olmasına baxmayaraq Ermənistanın yanında olması, seperatçı qurumları dəstəkləməsi prosesə ikinci zərbə oldu. ATƏT-in Minsk qrupunun fəaliyyətini dayandırması öz yanlışlıqlarına görə baş tutdu. Ceyhun Bayramovun qeyd etdiyi kimi ATƏT-in Minsk qrupunun fəaliyyətinə ehtiyac yoxdur və bu əlavə büdcə sərfiyatından başqa bir şey deyil. ATƏT, Minsk qrupuna sərf edəcəyi büdcəni digər münaqişələrə və Azərbaycan-Ermənistan arasındakı sülh prosesinə xərcləyə bilər”.

Ekspert qeyd edib ki, keçmiş status-kvo Ermənistanın leyhinə idi:
“Erməni diasporası Fransa, Amerika və Rusiyada güclü fəailiyyət göstərirdi. Amma Azərbaycanın diplomatik və siyasi cəhətdən güclənməsi tədricən balansı dəyişdi. Əvvəllər həmin tərəflər status-kvonu saxlamaq üçün bir araya gəlirdilər. Ukrayna müharibəsindən sonra proseslər tamamilə dəyişdi və Amerika ilə Rusiya danışıqlar prosesində bir araya gəlməmək qərarı verdilər. Onsuz da ATƏT-in Minsk qrupuna “Dağlıq Qarabağ” münaqişəsini həll etmək üçün mandat verilmişdi. Hazırda elə bir problem olmadığına görə Minsk qrupuna da ehtiyac qalmır. Azərbaycanın bundan sonrakı problemlərinin həlli diplomatik masada tərəflərarası qarşılıqlı danışıqlarından keçir və keçmişin qalığı halına gəlmiş Minsk qrupunun fəaliyyəti ilə tənzimlənməyəcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin: Müharibəni biz yox, Ukrayna başladıb
20:14 01.10.2026
Aktual
Fransadan sonra Belçikada da şagirdlər kütləvi etiraza qalxdı
20:09 01.10.2026
Dünya
Britaniya səfiri İran XİN-ə çağırılıb
19:48 01.10.2026
Dünya
Muxtar Babayev Yaponiyanın Azərbaycandakı səfiri ilə görüşdü
19:31 01.10.2026
Siyasət
Rusiya Ukraynanın MiQ-29 qırıcısını vurub, pilot həlak olub
19:16 01.10.2026
Dünya
Çinlə əlaqələrimizin kökü əsrlər əvvələ gedib çıxır - ŞƏRH
19:14 01.10.2026
Gündəm
Türkmənistan və Ermənistan iqtisadi əməkdaşlığı genişləndirir
18:36 01.10.2026
Gündəm
"Bavariya" Noyerə alternativ axtarır
18:29 01.10.2026
Futbol
Hacıqabulda minik maşınları toqquşub, 4 nəfər xəsarət alıb
18:22 01.10.2026
Hadisə
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edilib
18:13 01.10.2026
Ölkə
ZemiS - təbiətin saf gücünü süfrələrə gətirən yerli brend
18:11 01.10.2026
Ölkə
“Qızıl Saray” şadlıq evində istehlaka yararsız ətlər aşkarlanıb
17:07 01.10.2026
Sağlamlıq
Məsud Pezeşkian: İran ABŞ ilə danışıqlardan qaçmaq niyyətində deyil
16:51 01.10.2026
Dünya