
Qafqaz bölgəsində proseslər məntiqi sonluğuna yaxınlaşır -PROQNOZ
Qafqaz bölgəsində proseslər məntiqi sonluğuna yaxınlaşır -PROQNOZ
04:00 15.05.2024
Siyasət
418
Rusiya qoşunlarının geri çəkilməsi Azərbaycanın istəyi ilə bağlıdır
“Nikol Paşinyan rus hərbçilərinin Azərbaycan-Ermənistan sərhədindən çıxarılmasını Kremldən istəməklə İlham Əliyevin daha bir tələbini yerinə yetirmiş oldu”. Bu iddia ilə “Hraparak” nəşri çıxış edib.
Nəşr yazır ki, Rusiya hərbçilərinin Azərbaycan-Ermənistan sərhədindən çıxarılması rəsmi Bakının 44 günlük müharibədən sonra irəli sürdüyü təkliflərdən idi: “Hazırda Ermənistan hakimiyyəti rusların sərhəddən çıxarılmasını İrəvanın qələbəsi kimi təqdim edir. Lakin bu, Nikol Paşinyanın Azərbaycan Prezidentinin daha bir tələbini yerinə yetirməsidir. Hələ iki ölkə arasında razılaşmanın detallarının təqdim edildiyi ilk vaxtda sənədin birinci nümunəsi bizə göndərildi. Orada dəqiq qeyd olunmuşdu ki, Azərbaycan iki ölkə sərhədində üçüncü ölkənin nümayəndələrinin olmamasını tələb edir. Beləliklə, ruslar sərhədin Azərbaycanla olan hissəsindən çıxır, lakin Türkiyə və İranla olan hissədə qalırlar”.
Erməni nəşrində qeyd olunan məlumatları şərh edən Vəhdət Partiyasının sədr müavini, politoloq Vasif Əfəndi isə deyib ki, Qafqaz bölgəsində baş verən proseslər nəhayət məntiqi sonluğuna yaxınlaşmaqdadır.
Politoloq “Sherg.az”a açıqlamasında bildirib ki, Ermənistanın uzun illər Qafqazda çuğul və münaqişə ocağı yaratmaq siyasəti iflasa uğrayır. Bəziləri bu proseslərdə Paşinyanın xüsusi rolunun olduğunu vurğulamağa çalışsa da, reallıq dünya miqyasında bölgəyə baxışın dəyişməsidir:
“Buna səbəb isə Azərbaycanın Türkiyə və Türkiyə vasitəsilə NATO hərbi alyansı ilə sıx əməkdaşlığı, 44 günlük müharibənin nəticələri, eyni zamanda təhlükəsizlik baxımından bağlanan saziş və müqavilələrdir. Rusiyanın Avropaya qarşı müharibə təhdidləri və Gürcüstanda gedən proseslər təsir elementlərindəndir. Rusiya Ukraynada qısa müddətdə hegemonluğunu bərpa etməyini planlasa da, təcavüzə uğrayan tərəfin 2 ildən artıq uğurla dirənişi Putini çətin və çıxılmaz vəziyyətə salıb. Müharibə aparan ölkədə müdafiə nazirinin işdən çıxarılması deyilənlərə aydınlıq gətirir. Böyük ehtimalla bu il müharibə bitəcək. Burada əsas məsələ müharibədən sonra ölkənin nizama salınmasıdır ki, bu da düşünülən qədər asan deyil. Proses elə sürətlə başlayıb ki, Rusiya qoşunları ən azı 2030-cu ilə qədər bütün Qafqazdan, yəni Gürcüstanın işğal olunmuş əraziləri daxil olmaqla Krım, Şərqi Ukrayna və Moldovanın Dnestryanı bölgəsindən çıxarılacaq. Bu proses daha da tezləşdirilə bilər. Eyni zamanda Rusiyanın Suriya daxil olmaqla bütün bölgələrdən hərbi kontingenti çəkilməlidir və çəkiləcəkdir”.

V.Əfəndinin sözlərinə görə, hazırda Rusiya qoşunlarının Azərbaycan sərhədinə cəmləşdirilən hərbi birləşmələrinin geri çəkilməsi prosesi Azərbaycanın istəyi ilə bağlıdır:
“Rusiya Azərbaycanla təhlükəsizlik baxımdan imzaladığı müqavilələrə əsaslanaraq tələb edir ki, bu ordu birləşmələri bizə qarşı tətbiq edilə bilməz. Ermənistanda Rusiyanın təsirinin azaldılması bölgədə gələcəkdə ikitərəfli münasibətlərin qurulmasına xidmət edəcək. Bu həm bizim, həm də Ermənistanın maraqlarına uyğundur. Demarkasiya işlərinin sürətlənməsi də məhz üçüncü qüvvənin iştirakı olmadan birbaşa kontaktların nəticəsidir. Ermənistan nəhayət anlamalıdır ki, Qafqazda möhkəm sülh bu regionun sürətli inkişafına yol açacaq. Zəngəzur dəhlizinin açılmasında Paşinyan bu mövqeyi davam etdirərsə, bölgədə birmənalı şəkildə kənar qüvvələrin qoşunlarına ehtiyac olmayacaq. Bütün bunların gerçəkləşməsi üçün Ermənistan rəsmi olaraq Türkiyəyə qarşı ərazi iddiasından əl çəkməlidir. Bundan sonra Ermənistan üçün çox böyük imkanlar açılacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hacıqabulda minik maşınları toqquşub, 4 nəfər xəsarət alıb
18:22 01.10.2026
Hadisə
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edilib
18:13 01.10.2026
Ölkə
ZemiS - təbiətin saf gücünü süfrələrə gətirən yerli brend
18:11 01.10.2026
Ölkə
“Qızıl Saray” şadlıq evində istehlaka yararsız ətlər aşkarlanıb
17:07 01.10.2026
Sağlamlıq
Məsud Pezeşkian: İran ABŞ ilə danışıqlardan qaçmaq niyyətində deyil
16:51 01.10.2026
Dünya
Bakıda 3 gün yağış yağacaq - XƏBƏRDARLIQ
16:26 01.10.2026
Ekologiya
Əhməd İsmayılov RTÜK sədri ilə görüşüb
16:13 01.10.2026
Media
Tramp ya razılaşma, ya da müharibə variantını ortaya qoyub - ŞƏRH
16:07 01.10.2026
Gündəm
Azərbaycan üç yeni avtomat istehsal edib - FOTO
16:05 01.10.2026
Hərbi
Paşinyan II Qaregini istefaya göndərməyə çalışacaq - RƏY
15:54 01.10.2026
Region
ABŞ Prezidenti Çin liderinin səhhətindən danışdı
15:49 01.10.2026
Dünya
Tramp İranın yenidən bombardman edilməsinə icazə verdi
15:34 01.10.2026
Gündəm
Zaqatalada hissedilən zəlzələ olub
15:01 01.10.2026
Hadisə
Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib
14:51 01.10.2026
Ekologiya