100 gündür beyin çipi ilə yaşayır
100 gündür beyin çipi ilə yaşayır
09:25 22.05.2024
Texnologiya
1710
“Neuralink” şirkəti daha bir insana beyin çipi yerləşdirmək üçün icazə alıb
Elon Maskın dünyanın texnoloji nəhəngi hesab edilən “Neuralink” şirkəti daha bir insana beyin çipi yerləşdirmək üçün icazə alıb. İcazəni şirkətə ABŞ Qida və Dərman Dairəsi (FDA) verib.
“Sherg.az” “NTV.com.tr”yə istinadən bildirir ki, “Neuralink” şirkəti beyin implant həyata keçirməklə də tanınır. Şirkət beyin çipi ilə bağlı ilk təcrübəni həyata keçirib və bir insanın beyninə çip yerləşdirilib. İndi isə ikinci insana çip yerləşdirməyə hazırlaşır. İlk sınaq zamanı bəzi problemlər ortaya çıxdığından şirkətdən bu işi dayandırması tələb olunmuşdu. Problemlər ortadan qaldırıldıqdan sonra yenidən çip yerləşdirməni təkrarlamaq fikrindədirlər. FDA bu dəfə şirkətə ikinci insanın beyninə çip yerləşdirilməsinə icazə verib. Növbəti proqramda cihazın ultra incə naqillərindən bəzilərinin beynin daha dərinliklərinə yerləşdirilməsi əksini tapır. Qeyd olunur ki, beyninə çip yerləşdirilən ilk insan Nolan Arbaughdur. Əməliyyat zamanı onun başında hava sıxılması müşahidə edilib, bu durumun təhlükəli ola biləcəyi iddia edilib. Nolan Arbaugh 2016-cı ildə keçirdiyi qəza nəticəsində çiyinlərindən aşağı hissədə hissiyatını itirib. Və sağalacağına ümid edərək beyninə çip yerləşdirilməsinə razı olub. Başının kiçik bir parçasını çıxarmaq və çipi beyinə yerləşdirmək əməliyyatı tikiş maşınına bənzər robot tərəfindən 30 dəqiqə ərzində icra edilib. “Beyin implantı” adlanan bu əməliyyat yanvar ayının 30-da gerçəkləşib. 100 gündən artıqdır ki, bu insan beynində çiplə yaşayır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bu, terror cəhdidir - İsrail XİN
21:50 30.09.2026
Gündəm
ABŞ-nin Tennessi ştatında qadın məhkumun edamı dayandırıldı
21:37 30.09.2026
Dünya
Aİ-nin XİN rəhbərləri Gürcüstanla bağlı müzakirə aparacaqlar
21:24 30.09.2026
Dünya
Fatih Terim siqareti necə tərgitdiyini danışdı
21:14 30.09.2026
Maraqlı
Moskvadan kəndə qayıtdı, 100 illik ata toxumu tapdı
20:36 30.09.2026
Maraqlı
Netanyahu təyyarədəki insidentdən danışdı
19:14 30.09.2026
Aktual
Uşaqla nikah bağlamadan ailə qurmaq erkən evlilik sayılacaq
19:07 30.09.2026
Sosial
ASELSAN Naxçıvanda zavod açacaq
18:45 30.09.2026
Siyasət
“Real”ın müdafiəçisi əməliyyat olunacaq
18:19 30.09.2026
Futbol
İranın Gürcüstandakı səfiri XİN-ə çağırıldı
17:57 30.09.2026
Region
Kərim Vəliyevlə İran generalı hərbi əlaqələri müzakirə ediblər
17:33 30.09.2026
Gündəm
Azərbaycanda “SİQR” pilotsuz quru robotu istehsal edilib - FOTO
17:02 30.09.2026
Hərbi