Qeyri-region dövlətləri Ermənistan üzərində ciddi oyunlar qurur - Təhlil
Qeyri-region dövlətləri Ermənistan üzərində ciddi oyunlar qurur - Təhlil
10:42 22.05.2024
Dünya
389
"Bu dövlətlərin başında Fransanın olması heç kim üçün sirr deyil"
Azərbaycan və Ermənistan arasında delimitasiya və demarkasiya prosesinin başlanması, ilk sərhəd dirəklərinin basdırılması müsbət hal kimi dəyərləndirilə bilər. Əlbəttə ki, bu prosesin axıra kimi davam etdirilməsi, Ermənistan tərəfindən Azərbaycanın anklav və eksklav ərazilərinin geri qaytarılması, normal münasibətlərin qurulması üçün münbit imkan yarada bilər. Amma görünənlər ondan ibarətdir ki, qeyri-region dövlətləri Ermənistan üzərində ciddi oyunlar qurur, onu silahlandırır və Azərbaycanla yeni toqquşamaya hazırlayır. Bu dövlətlərin başında Fransanın olması heç kim üçün sirr deyil. Fransa həm birbaşa özü, həm Avropa İttifaqı, həm də Hindistan vasitəsi ilə Ermənistanı Azərbaycana qarşı sialhlandırmağa davam etməkdədir. Belə olan halda isə gərginlik hər gün biraz daha artır. Amma nəzərə almalıyıq ki, Ermənistanda həm də kilsə amili də var. Yəni kilsənin təsir və təzyiqləri erməni cəmiyyətində fikir ayrılıqlarının dərinləşməsi, qarşıdurmanın artması, Ermənistanı yenidən Azərbaycanla qarşı-qarşıya qoymaq, revanşist meylləri artırmaq məqsədinə xidmət edir. Əlbəttə ki, bu halda əsas məsuliyyət Ermənistandakı mövcud Paşinyan hökumətinin üzərinə düşür. İndi Paşinyanın qarşısında iki seçim var: - ya kilsənin və kənar güclərin təzyiqinə boyun əyib Azərbaycanla danışıqlar prosesini dayandırıb, yeni müharibəyə getməlidir, yaxud da bütün təzyiq və təkidlərə baxmayaraq Azərbaycanla qurulmuş münasibətləri davam etdirməlidir. Gözləntilər ondan ibarətdir ki, Paşinyan birinci deyil, ikinci yolu seçə bilər. Əks halda regionda baş verə biləcək növbəti qarşıdurma, regionu uzunmüddətli müharibəyə soxmaqla bərabər, həm də Ermənistanı dövlət kimi sıradan çıxara bilər.
Həsənova Günay,
Azərbaycan Universiteti
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bu, terror cəhdidir - İsrail XİN
21:50 30.09.2026
Gündəm
ABŞ-nin Tennessi ştatında qadın məhkumun edamı dayandırıldı
21:37 30.09.2026
Dünya
Aİ-nin XİN rəhbərləri Gürcüstanla bağlı müzakirə aparacaqlar
21:24 30.09.2026
Dünya
Fatih Terim siqareti necə tərgitdiyini danışdı
21:14 30.09.2026
Maraqlı
Moskvadan kəndə qayıtdı, 100 illik ata toxumu tapdı
20:36 30.09.2026
Maraqlı
Netanyahu təyyarədəki insidentdən danışdı
19:14 30.09.2026
Aktual
Uşaqla nikah bağlamadan ailə qurmaq erkən evlilik sayılacaq
19:07 30.09.2026
Sosial
ASELSAN Naxçıvanda zavod açacaq
18:45 30.09.2026
Siyasət
“Real”ın müdafiəçisi əməliyyat olunacaq
18:19 30.09.2026
Futbol
İranın Gürcüstandakı səfiri XİN-ə çağırıldı
17:57 30.09.2026
Region
Kərim Vəliyevlə İran generalı hərbi əlaqələri müzakirə ediblər
17:33 30.09.2026
Gündəm
Azərbaycanda “SİQR” pilotsuz quru robotu istehsal edilib - FOTO
17:02 30.09.2026
Hərbi