
Ekoloq: Xəzər dənizinin səviyyəsinin enmə tendensiyası artma ilə əvəz ediləcək
08:25 14.08.2024
Cəmiyyət
596
Xəzər dənizinin qapalı su hövzəsi olması onun səviyyəsində periodik tərəddüdlərə səbəb olur.
Bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov Dənizkənarı Milli Parkda Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 12 avqust - Xəzər günü ilə bağlı keçirilən tədbirdə jurnalistlərə açıqlaması zamanı deyib.
O bildirib ki, səviyyə tərəddüdü Xəzər dənizinin su balansı elementləri, yəni onu qidalandıran çaylar, düşən yağıntının miqdarı, buxarlanma səviyyəsi, digər tərəfdən dəniz dibində baş verən tektonik hərəkətlərlə əlaqəlidir.
"Eyni zamanda, fəsillərlə bağlı olaraq səviyyə il ərzində dəyişə bilər. Qeyd edək ki, Xəzər dənizinin səviyyə tərəddüdünün müşahidələri qədimdən aparılsa da, ilkin olaraq ölçü cihazı ilə sistemli müşahidə işləri 1837-ci ildən E.A.Lents tərəfindən Bakı şəhəri ətrafı dəniz sahəsindən aparılmağa başlanılıb. Bu sistemli müşahidələrin əsasında belə bir nəticəyə gəlmək olar ki, 1837-ci ildən XX-ci əsrin 30-cu illərinə qədər Xəzərin səviyyəsində kəskin tərəddüdlər müşahidə edilməyib. 1882-ci ildə dənizin maksimal səviyyəsi Baltik sistemi ilə -25.2 metr qeydə alınıb. Lakin 2011-ci ildən başlayaraq yenidən kəskin enmə prosesləri müşahidə edilib ki, bu proses də hazırkı dövrə qədər davam edir”.
Nazim Mahmudovun sözlərinə görə, səviyyə tərəddüdü, eyni zamanda, qlobal iqlim dəyişmələri ilə bağlı olduğundan bütün Xəzəryanı ölkələr tərəfindən bu prosesin öyrənilməsi, gələcək iqlim ssenarilərin seçilməsi və uyğunlaşma tədbirlərinin işlənilməsi vacibdir.
"Eyni zamanda atmosferə atılan istilik effekti yaradan qazların azaldılması üzrə qlobal səylər göstərilməlidir. Xəzər dənizinin səviyyəsinin dəyişməsi ətraf mühitə, təsərrüfat sahələrinə, xüsusilə dənizdə neft-qaz əməliyyatlarına, dəniz nəqliyyatına, limanların fəaliyyətinə təsir edir. Buna görə də, Ekologiya və Təbii Sərvətlər Nazirliyi məsələyə xüsusi diqqət yetirir”, - deyə Xidmət rəisi vurğulayıb.
O qeyd edib ki, Milli Hidrometeorologiya Xidmətinin hidrometeoroloji müşahidə məntəqələrində dəniz səviyyəsi üzərində müntəzəm müşahidələr aparılaraq səviyyənin düşməsi tendensiyası nəzarətdə saxlanılır, müvafiq maraqlı tərəflər, xüsusilə fəaliyyətləri dənizlə bağlı olan qurumlar məlumatlandırılır ki, işlərində və gələcək fəaliyyətlərini planlaşdıranda bu məqamları nəzərə alsınlar.
Xidmət rəisi diqqətə çatdırıb ki, bu sahədə regional və beynəlxalq əməkdaşlığa da xüsusi önəm verilir.
AMEA Coğrafiya İnstitutunun şöbə müdiri, ekoloq Ənvər Əliyev “Sherg.az”a açıqlamasında qeyd etdi ki, Azərbaycanda Xəzər dənizi ilə məşğul olan heç bir təşkilat yoxdur:

“Məşğul olanlar da meteoroloji məlumatları Rusiya və Qazaxıstanın apardığı tədqiqatlardan götürürlər. Bu il Azərbaycan ərazisində, xüsusən də Şimali Avropa hissələrində yağıntılar artıb. Ötən il Naxçıvanda da 60 faiz yağıntı artmışdı. Bu səbəblərdən də Xəzər dənizinin səviyyəsinin enmə tendensiyası artma ilə əvəz ediləcək. Ümumiyyətlə iqlim şəraiti rütubətin çoxalmasına doğru gedən müddətdə hər zaman Xəzər dənizinin səviyyəsinin artması müşahidə edilib. 20 ci və 70 ci illərdə də bu cür proses baş verib. Fikrimcə Xəzər dənizinin səviyyəsinin qalxma tendensiyası bir neçə ildən sonra baş verəcək. Elə ölkələr var ki, orada su pulsuzdur. Ancaq həmin ölkələr suyu israf ilə istifadə etmir. Yəni küçəyə axıtmır, suvarma sistemləri pis vəziyyətdə olmur, artıq və boş yerə su istifadə etmirlər. Bizim suvarma sistemlərimizdə külli miqdarda israfçılıq var. Müasir texnologiyalar ilə suvarma sistemləri olsa, o zaman israfçılıq olmaz. Şəhərlərdə ağacları suvarmaq üçün istifadə edilən içməli sular olmamalıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Nazim İbrahimovun yeni fotosu heyrətləndirdi - FOTO
16:58 17.11.2026
Cəmiyyət
Əmək haqqı ödənişləri elektronlaşdırılacaq
16:55 17.11.2026
Sosial
Gələn il üçün ehtiyac meyarı 314 manat olacaq
16:23 17.11.2026
Sosial
Qərb Ermənistanı Rusiya ilə üz-üzə qoya bilər - Politoloq
16:12 17.11.2026
Gündəm
Rusiyada internet kəsilib
16:06 17.11.2026
Dünya
Tramp İrana sərt xəbərdarlıq edib
15:45 17.11.2026
Dünya
Ölkə üzrə birdəfəlik sosial müavinətlərin ödənişi yekunlaşdırılıb
14:57 17.11.2026
Sosial
Yazıçılar Birliyinin üzvü 3-cü mərtəbədən yıxıldı
14:49 17.11.2026
Hadisə
Naxçıvanda payızlıq taxıl əkini 2 dəfəyə yaxın artıb
14:20 17.11.2026
İqtisadiyyat
Azərbaycanda bu müəllimlərə kirayə və yol pulu veriləcək
14:15 17.11.2026
Elm və Təhsil
Ukrayna 1500-ə yaxın PUA ilə Rusiyaya hücum etdi
13:52 17.11.2026
Dünya
Çexiyada qatarlar toqquşdu, xəsarət alanlar var
13:41 17.11.2026
Dünya
Kreml: Krım körpüsü ətrafında vəziyyət Putinə məruzə olunub
13:30 17.11.2026
Dünya
Vəkillər ödənişlərini ala bilmirlər - Deputat
13:14 17.11.2026
Gündəm