
Paşinyanı devirsələr, gələnlər sülh sazişinə qarşı çıxacaqlar- RƏY
Paşinyanı devirsələr, gələnlər sülh sazişinə qarşı çıxacaqlar- RƏY
Yusif Nəzərli
07:17 17.11.2024
Siyasət
532
“Azərbaycan üçün önəmli olan qısa müddətdə Şərqi Zəngəzuru Naxçıvanla birləşdirəcək dəmir və quru yolun çəkilməsidir"
Ermənistan Baş naziri Nikol Paşinyan parlamentdə son çıxışı zamanı bildirib ki, Ermənistan və Azərbaycan sülh müqaviləsi ilə yanaşı strateji saziş də imzamalıdırlar. Paşinyan strateji sazişin imzalanmasını yaxın əsrlərdə xalqların dinc yanaşı yaşamasının vacib olmasıyla əsaslandırıb. Paşinyan ayrıca, Kazanda BRICS toplantısı çərçivəsində Prezident İlham Əliyevlə görüşü indiyə qədər keçirilən ən faydalı müzakirə kimi qiymətləndirib. Nikol Paşinyan Ermənistanın kommunikasiyaların blokdan çıxarılması üçün Azərbaycana yazılı təklif göndərdiyini deyib: “Biz regional kommunikasiyaların açılması məsələsini tamamilə qarşılıqlı məqbul hesab edə bilərik”.
Politoloq Elxan Şahinoğlu deyib ki, Ermənistandakı anti-Azərbaycan qüvvələr bir gün Paşinyanı devirərlərsə və ya seçki yolu ilə hakimiyyətə gələrlərsə, iki ölkə arasında dinc yaşamanı əsas tutan sazişə qarşı çıxacaqlar. Ona görə də Ermənistanda Konstitusiyanın dəyişdirilməsi ilə yanaşı Azərbaycanla strateji sazişin imzalanmasıyla bağlı da referenduma ehtiyac yarana bilər:

"Paşinyan iki xalqın dinc yaşaması məqsədilə strateji sazişin imzalanmasının vacib olduğunu bildirsə də, ona müxalif olan qüvvələr, o cümlədən erməni kilsəsi bunu istəyirmi? Paşinyan birinci bu suala cavab tapmalıdır. Ermənilərin mütləq əksəriyyəti Paşinyanın Azərbaycanla “strateji saziş” ideyasına səs verərlərsə, bu halda müxalifət əngəli ortadan qaldırılacaq. Paşinyanın regional kommunikasiyaların açılması məsələsinə gəldikdə isə baş nazirin tələsməsinin səbəbi İranla bağlıdır. Şərqi Zəngəzuru Naxçıvanla birləşdirəcək yolun İran üzərindən tikintisinə dair çalışmalar sürətlənib. Paşinyan Zəngəzur dəhlizinin açılmasıyla bağlı Bakı ilə razılaşmanı bir müddət də uzatsa, yeni yol İrandan keçəcək və Ermənistan oyundankənar vəziyyətdə qalacaq. Buna görə də hazırda rəqabət İranla Ermənistan arasında gedir. Azərbaycan üçün bu rəqabətdə hansı ölkənin qələbə qazanacağının fərqi yoxdur, önəmli olan qısa müddətdə Şərqi Zəngəzuru Naxçıvanla birləşdirəcək dəmir və quru yolun çəkilməsidir".
Xəbər lenti
Hamısına bax
1665-ci gün: Rusiyanın itkiləri yeniləndi
10:27 15.09.2026
Dünya
Ağdaşda qadın evdə təmizlik işləri görərkən zəhərləndi
10:07 15.09.2026
Hadisə
İran ABŞ PUA-sını vurdu: Hörmüz boğazında gərginlik artır
09:50 15.09.2026
Dünya
Ukraynadan şok: Rusiyanın sərnişin təyyarələrini vuraq!
09:43 15.09.2026
Dünya
Birinci sinfə gedən şagirdlərin sayı AÇIQLANDI
09:41 15.09.2026
Elm və Təhsil
Azərbaycan neftinin qiyməti 127 dolları ötüb
09:34 15.09.2026
İqtisadiyyat
Dünya bazarlarında neft bahalaşır
09:17 15.09.2026
İqtisadiyyat
Avropada Ukraynaya inam sarsılır
09:07 15.09.2026
Gündəm
Bilik Günü Bakını iflic etdi: Metroda və yollarda izdiham - FOTO
09:07 15.09.2026
Cəmiyyət
Rusiyaya gecə hücumu: Ozon anbarı və sənaye müəssisəsi vuruldu
08:33 15.09.2026
Dünya
Əkin sahələri böyüyür, ərzaq ucuzlaşacaq?
08:20 15.09.2026
İqtisadiyyat
Zabitə Alıyevanın toyudur - FOTO
08:18 15.09.2026
Şou
Bu ölkə parçalanır - 4 yeni dövlət yaranır
08:17 15.09.2026
Dünya
Britaniya mübahisəli adalara yeni qırıcılar göndərəcək
08:11 15.09.2026
Dünya
Təhsil müəssisələrində ilk dərs günü başlayır
08:03 15.09.2026
Elm və Təhsil
Mbappe sabiq klubuna təzminat ödəyəcək
07:50 15.09.2026
Futbol