Trampın maliyyə naziri açıqlanıb- “Öncə Amerika” gündəminin güclü müdafiəçisi kimdir?
10:16 23.11.2024
Gündəm
518
Tramp, Bessentin hekayəsinin “Amerika arzusu”nun nümunəsi olduğunu bildirib
Yeni dövr üçün yaradacağı kabinet üçün təyinatlarını elan etməyə davam edən ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp, sosial media platforması "Truth Social"-da verdiyi açıqlamada: “Scott Bessentin Amerika Birləşmiş Ştatlarının 79-cu Maliyyə Naziri vəzifəsinə namizədliyini irəli sürməkdən çox məmnunam" deyə qeyd edib.
Sherg.az xəbər verir ki, Bessentin dünyanın aparıcı beynəlxalq sərmayəçiləri, geosiyasi və iqtisadi strateqlərindən biri kimi böyük hörmətə sahib olduğunu bildirən Tramp, Bessentin hekayəsinin “Amerika arzusu”nun nümunəsi olduğunu bildirib.
Bessentin “Öncə Amerika” gündəminin güclü müdafiəçisi olduğunu vurğulayan Tramp deyib:
“Böyük ölkəmizin 250 illik yubileyi ərəfəsində mən dünyanın aparıcı iqtisadiyyatı, innovasiya və sahibkarlıq mərkəzi və kapital üçün ən cəlbedici məkan kimi mövqeyimizi möhkəmləndirməklə Birləşmiş Ştatları yeni Qızıl Əsra aparmağa kömək edəcəyəm. ABŞ dollarının dünya ehtiyat valyutası statusunu heç şübhəsiz qoruyaraq “Keçmiş administrasiyalardan fərqli olaraq, biz heç bir amerikalının növbəti, ən böyük iqtisadi bumda geridə qalmamasını təmin edəcəyik və Skott mənim və ABŞ-ın böyük xalqı üçün bu səylərə rəhbərlik edəcək".
Administrasiyasının Amerika kapital bazarlarına “azadlıq, güc, davamlılıq və səmərəlilik” bərpa edəcəyini ifadə edən Tramp, özəl sektoru canlandıracaqlarını və federal borcun dayanıqsız gedişatının qarşısını almağa kömək edəcəklərini bildirib.
Tramp ABŞ-ın rəqabət qabiliyyətini artırmaq, ədalətsiz ticarət balanssızlıqlarını aradan qaldırmaq və qlobal enerji hökmranlığı vasitəsilə böyüməyə üstünlük verən iqtisadiyyat yaratmaq üçün Bessentin siyasətini dəstəkləyəcəyini bəyan edib.
Scott Bessent vəzifəyə başlamazdan əvvəl Senatdan təsdiq almalıdır.
SCOTT BESSENT KİMDİR?
62 yaşlı Scott Bessent Trampın Xəzinədarlıq Departamentinə namizəd olan dörd namizəddən biri idi.
1991-2015-ci illərdə Corc Sorosda işləyən Bessent 2015-ci ildə "Key Square Capital"-ı təsis edib.
Bessent 1992-ci ildə çökən Britaniya funtu və 2013-cü ildə zəifləyən Yapon yenisi ilə bağlı mövqeləri ilə tanınır.
Kamala Harrisin prezident olacağı təqdirdə iqtisadiyyatın çökəcəyini deyən Bessent açıq şəkildə Trampı dəstəkləyib.
Trump administrasiyasını hökumət borclarını azaltmağa çağıran Bessent, Co Baydenin ikiüzlü enerji keçidi investisiya siyasətlərində islahat tələb etdi.
Trampın ətrafındakı bəzi mühafizəkarların və MAGA tərəfdarlarının Soros işinə görə Bessentə qarşı çıxdığı iddia edilib.
Bessent Xəzinədarlıq naziri olmasaydı, Milli İqtisadi Şuranın prezidentliyinə namizəd ola biləcəyi barədə şayiələr yayılmışdı.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Öldürülən ABŞ pilotunun atası İranla müharibəyə qarşı çıxdı
20:36 20.03.2026
Dünya
Ağ Ev süni intellekt üzrə ilk milli siyasət çərçivəsini təqdim edib
20:24 20.03.2026
Dünya
KİV: Tramp İranla müharibə üçün 200 milyard dollar istəyir
20:11 20.03.2026
Dünya
İranın ali rəhbəri Türkiyəyə hücumlara münasibət bildirib
19:49 20.03.2026
Region
Azərbaycana yaz fəsli daxil olub
19:08 20.03.2026
Cəmiyyət
Tramp: ABŞ olmadan NATO “kağız pələng”dir!
18:50 20.03.2026
Dünya
Çak Norris vəfat edib
18:35 20.03.2026
Şou
Ərdoğan: Regionumuzda son illərin ən ciddi böhranı yaşanır
18:19 20.03.2026
Dünya
NATO öz kontingentini İraqdan müvəqqəti çıxarır
18:06 20.03.2026
Ekologiya
Türkiyə MN İncirlik bazasına raket hücumu iddialarına cavab verib
17:37 20.03.2026
Dünya
İran Hörmüz boğazından keçid üçün “yoxlama sistemi” hazırlayır
16:28 20.03.2026
Region
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
16:03 20.03.2026
Cəmiyyət
İranın "Bəsic" qüvvələrinin kəşfiyyat rəhbəri öldürülüb
15:06 20.03.2026
Gündəm
İran İsrailə ballistik raketlərlə hücum etdi - YENİLƏNİB
13:59 20.03.2026
Dünya