Avtobus istehsalı üçün ƏDV və gömrük rüsumlarından azadolma tətbiq ediləcək
09:43 27.11.2024
İqtisadiyyat
456
Ölkə ərazisində istehsal olunan avtobusların satışı, habelə təsdiqedici sənəd əsasında istehsal məqsədilə avtobusların ehtiyat hissələrinin idxalı ƏDV-dən azad ediləcək.
Sherg.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərdə əksini tapıb.
Layihəyə əsasən, Azərbaycan Respublikasının ərazisində istehsal olunan avtobusların satışı, habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında hüquqi şəxslər tərəfindən istehsal məqsədilə avtobusların ehtiyat hissələrinin idxalı - 2025-ci il yanvarın 1-dən 8 il müddətinə ƏDV-dən azad olunacaq.
Vergi Məcəlləsinin 164.1.41-3-cü maddəsinin qüvvədə olan redaksiyasına əsasən, Azərbaycan Respublikasının ərazisində istehsal olunan minik avtomobillərinin satışı 2023-cü il mayın 1-dən 10 il müddətinə ƏDV-dən azad edilib.
Avtomobil sənayesinə investisiya cəlbinin stimullaşdırılması məqsədilə müvafiq azadolmanın ölkə ərazisində avtobus istehsalına da şamil olunması təklif olunur.
Ölkə Prezidentinin 1 iyul 2022-ci il tarixli 1732 nömrəli Fərmanı ilə təsdiq edilmiş "İdxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların Siyahısı"na əsasən, minik avtomobillərinin ehtiyat hissələrinin idxalının ƏDV-dən azad edildiyini nəzərə alaraq, eyni yanaşmanın istehsal məqsədilə avtobusların ehtiyat hissələrinin idxalına da tətbiqi nəzərdə tutulur.
“Gömrük tarifi haqqında” qanuna təklif edilən dəyişikliyə əsasən isə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında hüquqi şəxslər tərəfindən istehsal məqsədilə avtobusların ehtiyat hissələrinin idxalı 2025-ci il yanvarın 1-dən 8 il müddətinə gömrük rüsumlarından azad edilir.
Hər iki qanun qəbul ediləcəyi təqdirdə 2025-ci il yanvarın 1-dən qüvvəyə minəcək.
Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakıda oğurluq edən şəxslər saxlanılıb
17:05 19.03.2026
Gündəm
Əmək qanunvericiliyi gender bərabərliyinə tam təminat yaradır
16:40 19.03.2026
Sosial
Heqset: İrana bu gün ən böyük zərbəni endirəcəyik
16:38 19.03.2026
Gündəm
İranda İsrailə casusluq şübhəsi ilə daha 97 nəfər saxlanılıb
16:26 19.03.2026
Gündəm
Rusiyanın müvəqqəti işlər vəkili Estoniya XİN-ə çağırılıb
14:59 19.03.2026
Dünya
Sumqayıtda 34 kq narkotik aşkarlanıb
14:52 19.03.2026
Hadisə
Azərbaycan hərbi polisinin nümayəndə heyəti Bolqarıstana səfər edib
14:25 19.03.2026
Hərbi
Mingəçevirdə bədbəxt hadisə: 80 yaşlı kişi poçtda vəfat etdi
14:24 19.03.2026
Hadisə
ABŞ Ordusu Hörmüz boğazını ələ keçirməyə hazırlaşır
14:16 19.03.2026
Gündəm
“Qalatasaray”ın Çempionlar Liqasından əldə etdiyi gəlir bəlli olub
13:54 19.03.2026
Futbol
Kallas: Aİ Hörmüz boğazına qüvvə göndərmək istəmir
13:48 19.03.2026
Gündəm
Rasim Balayevin səhhətindəki son durum açıqlandı
13:41 19.03.2026
Mədəniyyət
Rusiya və Ukrayna arasındakı sülh danışıqları dayandırıldı
13:37 19.03.2026
Gündəm
Rusiyada dollar və avro bahalaşıb
13:29 19.03.2026
Dünya