
Terrorun sonu gəlir: Türkiyə qərarlı olsa, planlar məhv olacaq
Yusif Nəzərli
02:06 13.12.2024
Dünya
508
Suriyada İsrail və ABŞ çalışacaq ki, mərkəzi hökumət zəif olsun və dağınıq bir ölkə kimi fəaliyyət göstərsin
Türkiyə Suriyanın şimalında PKK ilə əlaqəli qüvvələrin mövcudluğuna son qoymağın zəruriliyi ilə bağlı ABŞ-yə xəbərdarlıq edəcək. Əks halda, Ankaranın özü bölgəni terrorçulardan təmizləmək üçün tədbirlər görəcək. Məlumata görə, Türkiyənin bu mesajı Ankarada xarici işlər naziri Hakan Fidan və ABŞ dövlət katibi Antoni Blinken arasında dekabrın 13-nə planlaşdırılan danışıqlarda səslənəcək. Qeyd edək ki, Türkiyənin Milli İstihbarat Təşkilatı (MİT) Suriyada PKK/YPG terror təşkilatının Əsəd rejimindən ələ keçirdiyi silah və sursatları daşıyan konvoyuna qarşı uğurlu əməliyyat həyata keçirib. Əməliyyat nəticəsində 12 yük maşını, 2 tank və 2 sursat anbarı məhv edilib. MİT Əsəd rejiminin süqutundan sonra bölgədəki hadisələri yaxından izləyərək PKK/YPG-nin rejimlə əldə etdiyi razılaşmalar nəticəsində müxtəlif silah və ağır texnikaları ələ keçirdiyini müəyyən edib. Terrorçuların gecə vaxtı bu silah və sursatları yük maşınlarına yükləyərək bölgədən uzaqlaşdırmağa çalışdıqları aşkar edilib. Bu məlumatlar əsasında həyata keçirilən əməliyyatda, konvoyda olan 12 yük maşını, 2 tank və 2 sursat anbarı məhv edilib. Məlumata görə, terror təşkilatı ələ keçirdiyi bu hərbi avadanlıqları Türkiyəyə qarşı istifadə etməyi planlaşdırırdı. MİT mənbələri bildirir ki, Suriyada yaranmış mövcud şəraitdə terror təşkilatının sərhəd bölgələrində möhkəmlənərək Türkiyəyə qarşı fəaliyyət göstərməsinə icazə verilməyəcək və bu cür əməliyyatlar davam etdiriləcək. Bu əməliyyat MİT-in bölgədəki effektli kəşfiyyat və əməliyyat qabiliyyətini bir daha nümayiş etdirərək Türkiyənin milli təhlükəsizliyinə yönəlmiş təhdidlərə qarşı qətiyyətli mövqeyini ortaya qoyur.
Siyasi şərhçi Məhəmməd Əsədullazadə "Sherg.az"a deyib ki, Türkiyənin Suriyanın şimalında PKK-YPG terror təşkilatına qarşı hərbi əməliyyatları İsrailin kəskin reaksiyasına səbəb olub. Çünki İsrail və ABŞ Suriyanın şimalında yeni "kürd muxtariyyəti"nin qurulması planına malikdir:

"İsrail HƏMAS-a görə Türkiyəyə qarşı PKK və YPG-ni dəstəkləyir. Həmçinin bu müstəvidə ABŞ ilə koordinasiyalı şəkildə fəaliyyət göstərir. İsrailin Suriyanın strateji hərbi hədəfləri vurması əsasən yeni hökumətin PKK-ya qarşı hərbi əməliyyatlar riskinin qarşısını almaqdır. Suriyada İsrail və ABŞ çalışacaq ki, mərkəzi hökumət zəif olsun və dağınıq bir ölkə kimi fəaliyyət göstərsin. Türkiyə rəhbərliyi Suriyada qərarlı şəkildə fəaliyyət göstərərsə, hər iki ölkənin planlarını neytrallaşdıra biləcək. Türkiyəyə qarşı PKK-nın yeni terror aktı törətməsi mümkündür. İsrail rəhbərliyi Suriyada sabit hakimiyyətin formalaşmasından sonra Fələstin dövlətinin qurula biləcəyindən narahatdır. Prezident İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefonla danışığı və Suriya məsələsində ortaq mövqedən çıxış etməsi, bir daha Azərbaycanın qardaş ölkənin yanında olduğunu göstərdi".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: İran gizli nüvə inşaatını fəallaşdırıb
02:32 10.09.2026
Aktual
Tramp ABŞ-nin İrana zərbələri gücləndirəcəyini bəyan edib
01:58 10.09.2026
Gündəm
ÇL: "Qalatasaray" uduzdu, "Barsa" və PSJ-dən darmadağın
01:40 10.09.2026
Futbol
Hörmüzdəki böhranla bağlı Küveytdən qeyri-adi təklif
23:58 09.09.2026
Region
Tramp İranla müharibənin nə vaxt bitəcəyini açıqlayıb
23:49 09.09.2026
Gündəm
Tramp: Putin Ukrayna ilə bağlı razılaşma əldə etmək istəyir
23:37 09.09.2026
Aktual
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
23:23 09.09.2026
İnfrastruktur
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
22:30 09.09.2026
Hadisə
Paşinyan və Emmanuel Makron arasında görüş olub
22:12 09.09.2026
Gündəm
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm