
İqtisadçı: Sənaye istehsalının artması yeni iş yerlərinin yaranmasına səbəb olur
11:07 13.12.2024
İqtisadiyyat
590
Bakı şəhərində 2024-cü ilin 10 ayında 44 milyard manatdan çox sənaye məhsulları istehsal olunub. Bu məlumat, Azərbaycanın iqtisadiyyatının mühüm sektorlarından biri olan sənaye sahəsinin artımını və inkişafını göstərir.
Tanınmış iqtisadçı-ekspert Razi Abbasbəyli “Sherg.az”a söyləyib ki, 44 milyard manatlıq sənaye istehsalında daha çox payı olan neft və qaz sənayesidir:

“Neft və qaz sənayesi kifayət qədər böyük bir paya sahibdir. Xüsusilə bu sənaye təxminən 80 faizi təşkil edir. Ümumiyyətlə Bakıda sənaye istehsalının əsasını neft və qaz sənayesi, tikinti materialları, elektrik enerjisi və içməli su təchizatı hasilatı təşkil edir. Nəticə etibarilə də Azərbaycanda sənaye istehsalının artması müsbət bir tendensiya kimi qiymətləndirilə bilər. Çünki sənaye istehsalının artması həm də əlavə dəyər və gəlir vergisinin ixracatı zamanı aksiz vergilərin büdcəyə daxil olmasının həcmini artırır. 2024-cü ilin proqnozlarına görə 10 milyard manata yaxın sənaye istehsalının vergilərindən əldə edilən gəlirlərdən büdcə formalaşıb. Bu baxımdan sənaye istehsalının artması yeni iş yerlərinin yaranmasına səbəb olur. Eyni zamanda ixracatın artması milli valyutanın möhkəmlənməsinə gətirib çıxaran müsbət hallardan biridir. Qeyd edilən rəqəmlər Azərbaycan büdcəsinə müsbət təsir göstərməklə yanaşı, həm də manatın möhkəmlənməsinə gətirib çıxarır. Gələn il üçün də Bakı üzrə sənaye istehsalının artacağı proqnozlaşdırır. Proqnozlara əsasən təxminən səkkiz faiz artım müşahidə olunacaq. 2025-2026-cı illərdə də son illər davam edən dəmiryol daşımaları ilə bağlı göstəricilərin artdığını müşahidə etsək, və eyni zamanda, Ələt Beynəlxalq Ticarət Limanının tam gücü ilə istifadəyə verilməsi baş verərsə, Bakıda sənaye istehsalı 8 faiz deyil, ən azı 25 faizə qədər artacaq. Bu da Azərbaycan üçün kifayət qədər sevindirici bir məqamdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp ABŞ-nin İrana zərbələri gücləndirəcəyini bəyan edib
01:58 10.09.2026
Gündəm
ÇL: "Qalatasaray" uduzdu, "Barsa" və PSJ-dən darmadağın
01:40 10.09.2026
Futbol
Hörmüzdəki böhranla bağlı Küveytdən qeyri-adi təklif
23:58 09.09.2026
Region
Tramp İranla müharibənin nə vaxt bitəcəyini açıqlayıb
23:49 09.09.2026
Gündəm
Tramp: Putin Ukrayna ilə bağlı razılaşma əldə etmək istəyir
23:37 09.09.2026
Aktual
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
23:23 09.09.2026
İnfrastruktur
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
22:30 09.09.2026
Hadisə
Paşinyan və Emmanuel Makron arasında görüş olub
22:12 09.09.2026
Gündəm
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm