
Aydın Sezer: “Heyət Təhrir əş-Şam” qruplaşması ilə Türkiyənin əlaqələri net deyil
11:53 13.12.2024
Dünya
451
Əminəm ki, Türkiyə Cənubi Qafqazda Azərbaycan vasitəsilə öz təsirini bundan sonra daha da gücləndirəcək ki, bu da təbii olaraq Ermənistanın təhlükəsizlik risklərini artıracaq. Bu sözləri erməni hərbi ekspert Vitali Manqasaryan yerli mediaya açıqlamasında Suriyada türkyönlü qüvvələrin hakimiyyəti ələ keçirməsi ilə regionda güc balansının dəyişməsi və bunun Cənubi Qafqaza təsirləri haqda danışarkən deyib. O bildirib ki, Türkiyə ilə Azərbaycan arasında geosiyasi, iqtisadi və mədəni əlaqələrin güclənməsinə söykənən pantürkizm ideologiyası son illərdə özünü daha çox büruzə verir. Əminəm ki, Suriyada Əsəd rejimi devrildikdən sonra Türkiyənin iştahı artacaq və bütün enerjisini Cənubi Qafqaza, xüsusən də Zəngəzur dəhlizi məsələsinə yönəldəcək. Təsadüfi deyil ki, indiki mərhələdə Azərbaycan Qərbi Azərbaycan İcması mövzusunu irəli sürür və Ermənistandan həmin icmanın nümayəndələri ilə danışıqlara getməyi tələb edir.
Türk siyasətçi və yazar Aydın Sezer “Sherg.az”a vurğulayıb ki, Suriyada gedən son proseslər fonunda Türkiyənin getdikcə güclənəcəyi fikriylə razılaşmır:

“Çünki Suriyada ciddi şəkildə qeyri-müəyyənlik var. Xüsusilə də Fəratın Şərqindəki kürd qruplaşmaları Amerika və İsrailin qoruması altındadır. Dolayısı ilə Türkiyəni bu məsələdə daha çətin günlər gözləyir. Digər tərəfdən Fəratın Qərbindəki Türkiyənin dəstəklədiyi Suriya Milli Ordusunun yeni Suriya idarəetməsində nə qədər təmsil olunacağı sual altındadır. Çünki “Heyət Təhrir əş-Şam” qruplaşması ilə Türkiyənin əlaqələri tamamilə net deyil. HTŞ hələ də Türkiyədə terror təşkilatı kimi tanınır. Əgər hökümət gələcək zamanlarda HTŞ-ni terror təşkilatı siyahısından çıxararsa, vəziyyəti yenidən dəyərləndirmək lazım olacaq. Suriyanı gözləyən çox ciddi xaos var və oradakı dini, etnik azlıqların yeni idarəetmə sistemində nə qədər təmsil olunacaqları bilinmir. HTŞ Suriyada İslam dövləti qurmaq niyyətindədir. Erməni hərbi ekspertin dediklərini yersiz hesab edirəm. Türkiyə Cənubi Qafqazda təkcə Azərbaycanla deyil, eyni zamanda Ermənistanla münasibətlərini genişləndirmək istəyir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp ABŞ-nin İrana zərbələri gücləndirəcəyini bəyan edib
01:58 10.09.2026
Gündəm
ÇL: "Qalatasaray" uduzdu, "Barsa" və PSJ-dən darmadağın
01:40 10.09.2026
Futbol
Hörmüzdəki böhranla bağlı Küveytdən qeyri-adi təklif
23:58 09.09.2026
Region
Tramp İranla müharibənin nə vaxt bitəcəyini açıqlayıb
23:49 09.09.2026
Gündəm
Tramp: Putin Ukrayna ilə bağlı razılaşma əldə etmək istəyir
23:37 09.09.2026
Aktual
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
23:23 09.09.2026
İnfrastruktur
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
22:30 09.09.2026
Hadisə
Paşinyan və Emmanuel Makron arasında görüş olub
22:12 09.09.2026
Gündəm
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm