2024-cü ilin ən nüfuzlu qadınları
Yusif Nəzərli
01:23 15.12.2024
Gündəm
372
Britaniyanın "Financial Times" qəzeti 2024-cü ilin ən nüfuzlu 25 qadınının siyahısını hazırlayıb.
Sherg.az qafqazinfo-ya istinadən xəbər verir ki, siyahıya səsini cəmiyyətə çatdıran və vacib problemləri göstərən qadınlar daxil ediliblər.
Ən nüfuzlu 25 qadının siyahısı "Qəhrəmanlar", "Liderlər" və "Yaradıcılar" olaraq 3 kateqoriyaya bölünüb.
"Qəhrəmanlar" kateqoriyasına rusiyalı siyasətçi Aleksey Navalnının həyat yoldaşı Yuliya Navalnaya daxil edilib. Bura həmçinin Qəzzadan olan videobloqer Bisan Ovdanı da qeyd edib. Ovdanın sənədli filmi 2024-cü ildə televiziya və videojurnalistika sahəsində ən yüksək mükafatlardan biri olan "Emmy"yə layiq görülüb. Bu siyahıda fransalı Jizel Peliko dayer alıb. Bu kateqoriyaya, həmçinin, Paris meri Ann İdalqo, 2024-cü ildə "Pinter" mükafatına layiq görülmüş hindistanlı yazıçı Arundati Roy və təmsil etdiyi idman növünün tarixində ən titullu idmançı olan amerikalı gimnast Simon Bayls daxildirlər.
"Liderlər" kateqoriyasına Avropa rəqabət komissarı Marqret Vestager, Böyük Britaniyanın ilk qadın xəzinə kansleri Reyçel Rivz, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen, ABŞ-nin vitse-prezidenti Kamala Harris, Meksikanın yeni Prezidenti Klaudia Şeynbaum, London Fond Birjasının baş direktoru və LGBT fəalı Culia Hoggett daxil ediliblər.
"Yaradıcılar"da yaradıcı peşə sahibi olan qadınlar qeyd ediliblər. Buraya amerikalı müğənnilər Teylor Svift və "Charli XCX", fələstinli müğənni Elyanna, irlandiyalı yazıçı Salli Runi, aktrisa Emma Stoun, "Chloe" moda evinin kreativ direktoru Çemena Xamani, Nigeriyada doğulmuş və Londonda bir neçə restoranın şef-aşpazı, təsisçisi Adexoke Bakari daxildirlər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hörmüzdəki böhranla bağlı Küveytdən qeyri-adi təklif
23:58 09.09.2026
Region
Tramp İranla müharibənin nə vaxt bitəcəyini açıqlayıb
23:49 09.09.2026
Gündəm
Tramp: Putin Ukrayna ilə bağlı razılaşma əldə etmək istəyir
23:37 09.09.2026
Aktual
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
23:23 09.09.2026
İnfrastruktur
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
22:30 09.09.2026
Hadisə
Paşinyan və Emmanuel Makron arasında görüş olub
22:12 09.09.2026
Gündəm
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya