Canan Karatay: Qaşıq dolusu zəhər yeyirik
Yusif Nəzərli
09:31 15.12.2024
Sağlamlıq
439
Professor Dr. Canan Karatay keyfiyyətsiz karbohidratlarla yüklənmiş qidaların insan sağlamlığına zəhərli təsir göstərdiyi barədə xəbərdarlıq edib. Bu cür qidaların qan şəkərini artırdığını deyən Karatay, müntəzəm olaraq sağlam yağlardan istifadə etməyi tövsiyə edib.
e-saglam.az xəbər verir ki, Daxili Xəstəliklər Mütəxəssisi Canan Karatayın sözlərinə görə, çörək, düyü, kartof, makaron, paxlava, xəmir, çay şəkəri, meyvə şəkəri, içdiyiniz şəkərli içkilər, qazlı içkilər bədənə daxil olduqda qan şəkərinizi yüksəldir: "Bunlar insan orqanizmi üçün zəhərdir. Bu zəhərin bədənimizdə uzun müddət qalmaması üçün orqanizm özünü qorumaq üçün mədəaltı vəzidən insulin hormonu ifraz edir".
Sağlam yağların insan orqanizmi üçün saysız faydası olduğunu ifadə edən Canan Karatay, sağlam yağ istehlak etdiyiniz zaman o yağ bədəninizdə yağ kimi yığılmır, əksinə, arıqlamağa səbəb olur: "Siz də yağ yeyərək bədəndə yığılan piylərdən xilas ola bilərsiniz. Çünki yağ sizi ac qoymur. Yağ, uzun müddət davam edən sağlam enerji təmin edir.
Diabetin təsirlərindən danışan mütəxəssis bildirib ki, şəkər xəstəliyi həmişə genetik olmur, həddindən artıq şəkər istehlakının nəticəsidir.
İnsulin dirənci nədir?
İnsulin müqaviməti, həmçinin pozulmuş insulin həssaslığı olaraq da bilinir, əzələ, yağ və qaraciyər kimi hədəf toxumaların insulinə bioloji reaksiyasının pozulmasıdır. Bu toxumaların insulin hormonuna normal reaksiya verə bilməməsi və qan şəkərini idarə edə bilməməsi insulin müqaviməti kimi tanınan patoloji vəziyyətə gətirib çıxarır. İnsulin müqaviməti adətən şəkərli və unlu xəmir, çörək, makaron və düyü kimi karbohidratla zəngin qidaları pəhriz vərdişinə çevirməklə irəliləyir.
İnsulin hormonu qanda şəkərin miqdarını idarə etməyə kömək edir. İnsulin müqaviməti yarandıqda, bədən hüceyrələri insulinə normal cavab verə bilmir. Qlükoza hüceyrələrə asanlıqla daxil ola bilmədiyi üçün qanda toplanır. Bu proses insulin müqavimətini ortaya qoyur ki, bu da qaraciyər yağlanmasına, xüsusilə 2-ci tip diabetə səbəb olmaqla yanaşı, ürək və beyin kimi həyati orqanlara da təsir edərək infarkt və insult kimi xəstəliklərin riskini artırır.
Qanda şəkərin çox olması nəticəsində insulin hormonunun öz funksiyasını yerinə yetirə bilməməsi səbəbindən insulin müqaviməti inkişaf edir. Buna səbəb olan amillərə yüksək kalorili, şəkərli və işlənmiş qidaların qəbulu və idmanın olmaması daxildir.
Bədəndə insulin müqavimətinə səbəb olan amilləri aşağıdakı kimi sıralamaq olar:
- Yüksək kalorili, şəkərli və işlənmiş qidaların istehlakı
- karbohidratla zəngin qidalanma proqramı
- hərəkətin olmaması
- piylənmə
- hipotiroidizm
- akromeqaliya
- Cushing sindromu
- genetik amil.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hörmüzdəki böhranla bağlı Küveytdən qeyri-adi təklif
23:58 09.09.2026
Region
Tramp İranla müharibənin nə vaxt bitəcəyini açıqlayıb
23:49 09.09.2026
Gündəm
Tramp: Putin Ukrayna ilə bağlı razılaşma əldə etmək istəyir
23:37 09.09.2026
Aktual
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
23:23 09.09.2026
İnfrastruktur
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
22:30 09.09.2026
Hadisə
Paşinyan və Emmanuel Makron arasında görüş olub
22:12 09.09.2026
Gündəm
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya