
Politoloq: Zurabaşvilinin mübarizə cəhdləri heç bir nəticə verməyəcək
11:30 23.12.2024
Dünya
449
Gürcüstan Prezidenti tamamilə nəzarətsiz hərəkət edir, nə qanuna, nə də konstitusiyaya baxır.
Bunu Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili Prezident Salome Zurabişvilinin ötən gün yeni parlament seçkilərinin təyin edilməsi ilə bağlı bəyanatına cavabında deyib. Nazir prezidentin tələbinin legitim olmadığını qeyd edib.
“Onun istəyinin heç bir legitimliyi ola bilməz, şübhəsiz ki, yeni seçkilər üçün heç bir əsas yoxdur, Onun Gürcüstanın maraqlarına zidd olan əməllərinə gəldikdə isə, onun üçün nə konstitusiyanın, qanunun, ümumiyyətlə hər hansı qaydaların əhəmiyyəti yoxdur ”, - Boçorişvili bildirib.
Qeyd edək ki, Salome Zurabişvili dünən Rustaveli prospektində keçirilən etiraz aksiyasında yeni seçkilərin tarixini müəyyən etmək üçün Bidzina İvanişvili ilə görüşməyə hazır olduğunu deyib.
Politoloq Turab Rzayev "Sherg.az"a bildirib ki, Zurabişvilinin yeni seçki təyin etmək istəməsinin uğurlu olacağını düşünmür:

"Gürcüstanda Parlamentli Respublika mövcuddur. Ona görə də nəzarət daha çox hökumətin əlindədir. Yəni qərarları Nazirlər Kabineti verir. Prezident isə daha çox simvolik fiqurdur. Bu baxımdan Zurabişvilinin seçki elan etmək istəməsini ciddiyə almayacaqlar. Əslində faktiki olaraq onu Prezident kimi tanımırlar. Çünki dəfələrlə impiçment etmək, hakimiyyətdən uzaqlaşdırmaq istədilər, amma mümkün olmadı. Eyni zamanda Zurabişvili də seçilmiş Prezidenti Parlamentli legitim saymır. Hətta seçkilərin saxtalaşdırıldığını və qanunsuz olduğunu bildirir. Məhz buna görə də yeni seçki təyin etmək istəyir. Gürcüstan Prezidenti bununla bağlı daha əvvəl Avropa İttifaqının müzakirəsində də çıxış etdi. Digər tərəfdən Zurabişvilinin administrativ resursları yoxdur. Hətta indiki hökumət ona hədə-qorxu gəlir ki, əgər vəzifəsini və iqamətgahını könüllü şəkildə təhvil verməsə, buna məcbur edəcəklər. Üstəlik Zurabişvilini həbslə qorxudurlar. Bu baxımdan onun mübarizə cəhdləri heç bir nəticə verməyəcək".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq
İsraildən xaricə köç artır: Ölkəyə qayıdanların sayı 58 faiz azalıb
10:54 09.09.2026
Dünya